“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Şuşa şəhərinə qazın çəkilişi ilə bağlı qərar verilib - Nazir müavini

Tarix 25.05.23, 13:59

Font ölçüsü : - / +
bitmap-img6


İşğaldan azad edilmiş ərazilərdə yüksəkvoltajlı sistemin qurulması demək olar ki, başa çatıb.

"APA-Economics" xəbər verir ki, bunu İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən Enerji təminatı məsələləri üzrə işçi qrupun Şuşa şəhərində keçirilən növbəti iclası zamanı çıxış edən Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov deyib.

Elnur Soltanov bildirib ki, qeyd olunan sistemin halqa halında fəaliyyət göstərilməsi bir neçə ayın söhbətidir: "Laçın şəhərində xüsusən görülən işlər başa çatdıqdan sonra bir halqa yaranacaq. Halqanın yaranması dayanıqlıq nöqteyi nəzərindən çox vacib məsələdir".

Nazir müavini onu da qeyd edib ki, azad edilmiş ərazilərdə energetika sahəsində işlər sürətlə və keyfiyyətlə davam etdirilir.

Qazlaşdırma məsələlərinə toxunan E. Soltanov əlavə edib ki, Şuşa şəhərinə qazın çəkilişi uzun müddət idi müzakirə olunurdu. Yekunda qərar verilib ki, Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək və 5 ana magistral qaz kəmərlərindən biri Şuşa istiqamətində yönəldiləcək.



Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap