Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şuşa istiqamətində döyüşlərdə şəhadətə yüksələn igidimiz - VİDEO

Tarix 27.01.21, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


Züvüc kəndi Lerik rayonunun ucqar kəndlərindəndir. Bu yerlərdə yaşamaq o qədər də asan deyil. Lakin Vətənin qara torpağı, boz daşı da əzizdir. Harada doğulmağımızdan asılı olmayaraq Vətənimiz olan Azərbaycanın uğrunda can verib, can alan oğullarımız var. Bu kəndin də Qarabağ müharibəsində şəhadətə yüksələn “Qartal” ları, Şahinləri olub. 

“Report”un Cənub Mərkəzi Vətən müharibəsi şəhidi Şahin Afət oğlu Tahirlinin doğulduğu kənddə olub, məzarını ziyarət ediblər.

Müharibə başlayanda Şahin hərbi xidmətdə olub. Döyüşlərə Füzulidən qoşulub. Sonra barəsində heç bir məlumat olmayıb. Atası və qohumları onu bütün cəbhəboyu hərbi hissələrdə, hospitallarda axtarıblar. Sentyabrın 21-də könüllü olaraq orduya yazılan böyük qardaşı İsgəndər də Şahindən xəbər tuta bilməyib. Məlumat alıblar ki, son dəfə onu Şuşa istiqamətində Daşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə görüblər. Ailəsi ilə də son telefon danışığı noyabrın 3-də olub. Harada olduğunu söyləməyib.

Atası Afət Tahirov deyir ki, müharibə qurtarandan sonra oğlunun axtarışına çıxıb: "Onun nəşini tapanda artıq 10 gündən çox keçmişdi. Amma ata övladını iyindən tanıyar. İnanmadım, qolun açdım. Dedim qolu uşaqlıqda yanıb, izi qalmışdı. Açıb baxdım, gördüm odur. Yenə inanmadım. Qolunu məktəbdə oynayanda şüşə kəsmişdi. Ora da baxdım. Gördüm odur. Güllə qolundan girib kürəyindən çıxmışdı".

Köksündən oğlunun rəsmini ayırmayan Nazilə ana deyir ki, oğlunun arzuları ürəyində qalıb: “Çox arzuları vardı balamın. Oxuyurdu. Evimin zəhmətkeşi, hamısının sevimlisi idi. Nənəsi ayrılığına tab gətirmədi. Şahin gecələr yuxuma girir, ətrini hiss edirəm, oyanıram. Fəxr edirəm. Deyirdi polis olacağam. Ana, nə istəyirsən eliyərəm. İndi ölümünə nə deyim? Getdi Vətən yolunda. İki oğul böyüdüb döyüşə, müharibəyə göndərmişəm. Bir-birindən xəbərsiz. Oğullarımın ikisi ilə də fəxr edirəm. Böyük oğlum da müharibə başlayanda getdi qulluq etməyə".

İsgəndər Şahinin böyük qardaşıdır. Hərbi xidmətini sülhməramlı qüvvələrin tərkibində başa vurub. Hərbi bacarıqlarından Vətən naminə sərf etməyin vaxtı çatdığını düşünərək ilk çağırışçılarla bərabər orduya səfərbər olub.

“Vətənimiz uğrunda müharibəyə getdim ki, Vətənimizi xilas edək. Həm də ki, qardaşımın yanında olmağa. Gedəndən sonra tam fərqli bir şey oldu. Qardaşımın şəhid olmasını sonradan eşitsəm də, ordakı döyüş yoldaşlarımın hamısı mənə qardaş oldu. Qardaşımın şəhid xəbərini eşidəndən sonra da yoldaşlarım bir an belə məni tək qoymurdular. Hamısı qardaşlıq nümunəsi göstərdilər. Sağ olsunlar hər biri. Bu qardaşlığın sayəsində torpaqlarımızı geri ala bildik. Birlik sayəsində. Əvvəl ikimiz də Füzulidə idik. Biz getdik Şuşaya tərəf, Laçın yolunu qorumağa. Onlar noyabrın 7-də Daşaltıda pusquya düşüblər. Snayperlə vurulub. Şəhidlərin, qazilərin sayəsində qələbə qazandıq. Böyük bir hissdir. Xalqımızın sayəsində. Böyük bir hissdir. Xalqımız sağ olsun. Dayaq oldular. Şuşanın alınmasında taborumuzun böyük xidməti olub. Laçın koridorunu saxlamaqla. Onun sayəsində oldu. Artıq müharibə bitib. Həyat davam etməkdədir. Ailədə yeni Arzu doğulub. Şahin dayısına isə bu günə şahidlik etmək qismət olmayıb. Amma əsgər məvacibindən ayırdığı muştuluq sahibinə yetişib. Bacısı uşağının dünyaya gəldiyin eşidəndə deyib ki, ata cibimdən 20 manat ayırıb, o biri cibimə qoyuram. Gələndə muştuluğunu verərəm. Verib gizirə ki, döyüşdən sonra alaram səndən. Həmin 20 manat sonradan gəlib çıxıb bizim evə", - İsgəndər Tahirov deyib.

Bu da bir əsgər hekayəsinin sonu. Kaş ki, bütün diləklərimiz ünvanına vaxtında yetişəydi.









Xəbərin oxunma sayı : 544




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap