Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Şuşa sevincini yaşayan azərbaycanlı satıcı Ukraynanı heyrətə saldı - VİDEO

Tarix 14.11.20, 22:39

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağ Azərbaycandır! Krım Ukraynadır!”

Azərbaycandan olan bir kişi Dağlıq Qarabağda müharibənin qələbə ilə başa çatmasından doğan sevincini bazarda satdığı malları pulsuz paylamaqla ifadə edib. Ukraynanın paytaxtı Kiyevin bazarlarının birində ərzaq satan bir soydaşımız yoldan keçənləri çağıraraq onlara satdığı malları pulsuz götürməyi təklif edib. Bu barədə Ukraynanın “rbc.ua” saytı xəbər yayıb. Məlumatda deyilir ki, rəsmi Bakı Dağlıq Qarabağda işğal altına olan ərazilərinin əhəmiyyətli bir hissəsini geri qaytarib. Bu, azərbaycanlılara qələbə sevinci yaşadıb.

Sayt bildirir ki, bazarda mal satan azərbaycanlının öz mallarını pulsuz paylamasını əks etdirən müvafiq videonu paytaxt sakini Aleksey Getman öz Facebook səhifəsində paylaşıb.

Ukrayna saytı da həmin video-görüntünü yayıb. Azərbaycanlı satıcı müştərilərə müraciətlə deyir ki, Şuşa azad olunub. “Qarabağ Azərbaycandır! Krım Ukraynadır!”

Azərbaycanlı satıcının bu jesti sosial şəbəkədə ciddi rezonans doğurub. Ukrayna vətəndaşları onun bu hərəkətini təqdirəlayiq bir davranış kimi qarşılayıblar.

Həmin video-görüntüləri biz də təqdim edirik.

00:33
00:33
 

Musavat.com






Xəbərin oxunma sayı : 577




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap