Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Şuşanın bərpası şəhərə Azərbaycan ruhunun qayıdışıdır

Tarix 12.05.21, 11:54

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, Qafqazın konservatoriyası olmuşdur. 

Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin
mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. Ermənistan Respublikasının işğalçı hərbi qüvvələri tərəfindən  1992-ci il mayın 8-də Şuşa şəhəri işğal edilmiş, burada xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi, vandalizm siyasəti həyata
keçirilmişdir. Vandalizmin davam etdiyi 29 il ərazində Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil
məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki  dağıdılmış, məbədgah və
məscidlər təhqir  edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır.

Ordumuzun qətiyyətli mübarizəsivə qüdrəti sayəsində tarixi ədalət bərpa edilmiş,2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur.
Prezident İlham Əliyev hələ fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini demişdi.Qeyd olunan Sərəncamın imzalanma tarixi kimi
məhz 7 may tarixinin seçilməsi özündə mühüm mesajlar ehtiva edir. 1992-ci ildən  sonra hər il mayın 8- ni bayram edən Ermənistan 29 il sonra bu tarixi Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı
ilə qarşılamağa məhkumdur. 

Bununla dünya erməniliyinə mesaj verilir ki,  “Şuşi” adlı bir şəhər yoxdur,
olmayıb və heç vaxt olmayacaq. Şuşanın bərpası şəhərə Azərbaycan ruhunun qayıdışıdır. Şuşa nəinki Azərbaycanın, dünyanın ən
gözəl şəhərlərindən birinə çevriləcəkdir. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli səyləri, qəhrəman əsgər və zabitlərimizin böyük hünəri sayəsində Azərbaycanın böyük qələbə salnaməsi tarixin
səhifələrinə qızıl hərflərlə həkk olundu.

Pərvanə Soltanova



Xəbərin oxunma sayı : 256




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap