Müğənni Afaq kamera önündə soyundu… – FOTO Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2020

    Müğənni Afaq kamera önündə soyundu… – FOTO

  • / Maqazin / — 21 Sentyabr 2020

    Nigar Camal çimərlikdən paylaşım etdi - VİDEO

  • / Maqazin / — 05 Sentyabr 2020

    Afaq Gəncəli açıq-saçıq geyimdə... - Video

  • / Maqazin / — 02 Sentyabr 2020

    Müğənni Afaq ərə gedir - Braziliyalı iş adamına

  • / Maqazin / — 24 Avqust 2020

    Nəsrin Cavadzadə qırmızı əlbisədə... - VİDEO

  • / Maqazin / — 18 Avqust 2020

    Pərvin Abıyevanın istirahət paylaşımı olay oldu - FOTO

“Uşaqpulu” yenidən gündəmdə - parlamentdə müzakirə ediləcək

Tarix 24.09.20, 8:35

Font ölçüsü : - / +
bitmap-img6


Fazil Mustafa: “Konkret elmi təhlillərlə müəyyən nəticəyə gələndən sonra qərar qəbul olunacaq”

Son dövrlər uşaqpulunun verilməsi ilə bağlı məsələ cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır. Amma zaman-zaman bu mövzu gündəmə gəlsə də, hətta Milli Məsclidə belə müzakirəyə çıxarılsa da nəticəsi olmayıb. Bu günlərdə məsələnin yendən gündəmə gəldiyi bildirilir. Milli Məclisin payız sessiyasında bununla bağlı dinləmələrin olacağı deyilir.

“Yeni Müsavat”a danışan millət vəkili Fazil Mustafa bildirib ki, bu məsələ Milli Məclisdə qaldırılıb və müzakirəsi aparılır: “ Əslində uşaqpulu bu və ya digər formada verilir, məsələn, müavinətlər formasında. Amma bütün vətəndaşları əhatə edəcək formada tələb olunur. Ona görə də Milli Məclis səviyyəsində bu araşdırılır, müzakirə olunur. Yəqin ki, orada konkret elmi təhlillərlə müəyyən nəticəyə gələndən sonra qərar qəbul olunacaq”.

Tahir Kərimli: Vəzifəyə təyin olunan hər kəs dövlətçiliyə xidmət etməlidir  - İki sahil

Tahir Kərimli: Vəzifəyə təyin olunan hər kəs dövlətçiliyə xidmət etməlidir  - İki sahil

Millət vəkili Tahir Kərimli də məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Geniş şəkildə Milli Məclisdə bununla bağlı nitq söyləmişəm, mənbələri göstərmişəm, fikrimi bildirmişəm. İndi mən də Milli Məclisin payız sessiyasının başlamasını gözləyirəm. Bununla bağlı aidiyyəti orqanlar var, müvafiq nazirlik var, hökumət var, məsələni qaldırmışıq, görək nə reaksiya olacaq. Hamı kimi biz də gözləyirik. Oktyabrın 1-də sessiya başlayanda yenidən bu məsələyə baxılacaq. Biz bu məsələni qaldırmışıq, reaksiya necə olacaq onu bilmirik”.

T.Kərimli evdar qadınların da müavinət alması məsələsinə münasibət bildirib: “Bildiyimə görə, dövlət səviyyəsində bununla bağlı proqram hazırlanır. Bu proqramın tərkib hissəsi kimi həm analar, həm də ola bilsin ki, hər iki valideynin hüquqları əsas götürülərək maddi təminatla  bağlı müddəalar olsun. Amma indi həm pandemiya şəraitində, həm də düşmənlə döyüşlərin bir addımlığında bu məsələni qaldırsaq, düzgün başa düşülməz. Ona görə bir müddət gözləmək lazımdır”. 

AzFakt

Qubad İbadoğlu: “Ailələrə gəlirlərin səviyyəsinə uyğun olaraq uşaqpulu verilməlidir”

Bizimlə söhbətdə iqtisadçı Qubad İbadoğlu isə uşaqpulunun verilməsi ilə bağlı dünya praktikasından misal gətirib: “Dünyada uşaqpullarının verilməsinin üç fərqli istiqaməti var. Bir qrup ölkələr uşaqpullarını ailədəki uşaqların sayına görə müəyyənləşdirirlər. Məsələn, hansı ölkələrdə ki, demoqrafik artım müşahidə olunur, o ölkələrdə uşaqların sayı artdıqca uşaqpullarının məbləği azalır. Hansı ölkələrdə isə demoqrafik artım yoxdur, o ailələrdə uşaqların sayı artdıqca uşaqpullarının məbləği çoxaldılır. Məsələn, Almaniyada uşaqların sayı artdıqca uşaqpullarının məbləği azaldılır. Amma başqa bir nümunəni götürsək, Britaniyada uşaqların sayı artdıqca uşaqpullarının məbləği artırılır. Digər bir yanaşma ondan ibarətdir ki, uşaqpulları ailələrin gəlirliyi ilə əlaqələndirilir. Aztəminatlı ailələrə daha çox uşaqların qayğısını çəkmək üçün uşaqpulu adı ilə vəsait ödənilir. Uşaqpullarının məbləği həm də ailənin gəlirləri ilə əks mütənasiblik təşkil eləyir. Ailənin gəlirləri az olanda uşaqpullarını daha da çoxaldırlar. Belə bir yanaşma Avropa ölkələri arasında İtaliyada var. O cümlədən ABŞ-da da ailənin gəlirləri ilə uşaqlara olan qayğı arasında bir əlaqə var. Gəlirlər az olanda uşaqlara olan qayğı daha çox olur, gəlirlər çox olanda isə uşaqlara olan qayğı nisbətən az olur. Yəni qayğı deyəndə mən uşaqlar üçün ödənilmiş vəsaitin məbləğini nəzərdə tuturam. Azərbaycan da bu modelə istinad edə bilər. Azərbaycanda heç də mən bütövlükdə bütün ailələrə uşaqpullarının verilməsinin məqbul hesab etmirəm. Hesab edirəm ki, bu, ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı olan bir məsələdir. Beynəlxalq təcrübədə üçüncü yanaşma uşaqların sayına görə vergi güzəştləridir. Daha doğrusu, ödənilmiş verginin bir hissəsinin geri qaytarılması praktikasıdır. Bu praktikadan həm ABŞ, həm Kanada, həm də ki, Avstraliya və Böyük Britaniya istifadə edir. Hesab edirəm ki, bu da həm vergi ödənişlərinin stimullaşdırılması, həm də uşaqlara görə vergiyə ödənilmiş məbləğin bir hissəsinin geriyə qaytarılması nöqteyi-nəzərindən əhəmiyyət kəsb eləyə bilər. Bir çox ölkələr, o cümlədən yalnız Avropa və ABŞ, Avstraliya deyil, qonşu Rusiyada da uşaqpullarının verilməsi praktikası var. İndiyə qədər bu davam edir və yenə qeyd etdiyim kimi, burada uşaqlara ödənilmiş məbləğ ailədə uşaqların yaşı ilə əlaqəli ola bilər. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Yəni 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir. 6-10 yaşlı uşaqlara nisbətən çox, orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir. Hesab edirəm ki, Azərbaycanda uşaqpullarının gəlirliliyə bağlanması ilə yanaşı, həm dəbu praktikadan istifadə etmək olar”.

Q.İbadoğlu uşaqpullarının hesablanması ilə bağlı məsələyə də münasibət bildirib: “Bu istiqamətdə Azərbaycanda tətbiq ediləcək model ailənin gəlirlərinə bağlı olmalıdır. Və təbii ki, uşaqların sayı ilə əlaqələndirilməlidir. Gəlirləri az olan ailələrdə adətən uşaqların sayı çox olur. Odur ki, Azərbaycanda adambaşına verilən ödənişlər uşaqların sayı ilə əlaqələndirilməklə yanaşı, yaşına uyğun olaraq hesablanmalıdır. Düşünürəm ki, 3 yaş qrupu üzrə uşaqlara müavinət verilməlidir. 0-6 yaş qrupu üzrə nisbətən aşağı, 6-10 yaş qrupu üzrə orta, 10-17 yaş qrupu üzrə yüksək səviyyədə ödənişlərdən söhbət gedə bilər. Hazırda Azərbaycanda 0-14 yaşlı uşaqların sayı 2 milyon 2 yüz min nəfərdən çoxdur. Bu halda əgər orta hesabla bir uşağa 100 manat xərclənilərsə, il ərzində 2,4 milyard manat vəsait tələb olunur. Bu az vəsait deyil. Bu baxımdan hesab edirəm ki, uşaqpulu ucdantutma bütün ailələrdəki uşaqlara şamil olunmalı deyil. O ailələr ki, uşaqlarının ehtiyaclarını qarşılamaq üçün kifayət qədər gəlirlərə malikdirlər və yaxud sahibkarlıq fəaliyyətindən qazanclar əldə edirlər, bu ailələrdəki uşaqların ehtiyaclarını valideynlər qarşılamaq imkanındadırlarsa, təbii ki, dövlət bu yükü öz üzərinə götürməli deyil. Amma aztəminatlı təbəqələr, işsizlər, o cümlədən yoxsullar və sağlamlıq imkanları məhdud olan valideynlərin ailəsində böyüyən uşaqların qayğısını dövlət çəkməlidir və bu uşaqlara sahib çıxmalıdır. Uşaqpulu gəlirlərin səviyyəsinə uyğun olaraq hesablanmalıdır. Gəlirləri az olanların daha çox uşaqpuluna ehtiyacı olduğunu nəzərə alaraq onlara daha yüksək məbləğlərdə uşaqpulu verilməlidir. Gəlirləri çox olanlara isə ümumiyyətlə, uşaqpulu verilməməlidir. Orta gəlirlilərə isə uşaqların ehtiyaclarını tam ödəmək üçün nisbətən az uşaqpulu verilə bilər. Mənim təklif etdiyim model bundan ibarətdir. Azərbaycanda bu modelə keçid olarsa, onda Azərbaycan büdcəsi əhəmiyyətli dərəcədə yüklənməz".





Xəbərin oxunma sayı : 685

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda