Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“ Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO
Axtar
 
  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

“Ukrayna Belarus sərhədində heç vaxt problem yaşamayacaq” – Lukaşenko

Tarix 04.10.19, 19:24

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Vladimir Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Jitomirdə keçirilən görüş Ukrayna və Belarus Regionlarının II forumu çərçivəsində baş tutub.

Dövlət başçıları ölkələr arasında münasibətləri müzakirə ediblər.

V. Zelenski bildirib ki, Ukrayna və Belarus xalqları düşüncə baxımından bir-birinə yaxındırlar: “Biz bir-birimizi başa düşürük. Hesab edirəm ki, xalqlarımız mehribandır. Mən əminəm ki, hər bir ukraynalı bu cür yaxşı qonşuluq münasibətlərimizə görə qürur duyur”.

A. Lukaşenko deyib ki, Ukrayna Belarus sərhədində heç vaxt problem yaşamayacaq: “Belarusla hər hansı bir problem yaşamamısınız, heç vaxt da yaşamayacaqsınız. Biz həmişə sizin ən mehriban və etibarlı tərəfdaşınız olacağıq”.

Prezident Administrasiyasının məlumatına görə, prezidentlərin başçılığı ilə Ukrayna və Belarus nümayəndə heyətləri arasında geniş tərkibli görüş də keçiriləcək.

V. Zelenski və A. Lukaşenko forumunun yekun hissəsində çıxış edəcəklər. Daha sonra iki ölkə arasında sənədlərin imzalanma mərasimi olacaq.

Bundan əlavə, Ukrayna və Belarus prezidentləri kənd təsərrüfatı texnikalarının sərgisini ziyarət edəcəklər. /APA



Xəbərin oxunma sayı : 700




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap