Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Ukrayna ordusu döyüşə Almaniya ordusundan daha hazırlıqlıdır” - Nazir müavini

Tarix 26.01.22, 17:34

Font ölçüsü : - / +
bitmap-img6


“Almaniya bu gün Ukraynaya silah göndərməyə hazır olmasa belə, hərbi-siyasi dialoqun bərqərar olması üçün Normandiya formatı çərçivəsində çox böyük səy göstərir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna müdafiə nazirinin müavini Oleksandr Polişuk Almaniyanın ölkəsinə hərbi sursat satışından imtina etməsinə münasibət bildirərkən deyib.

“Biz hazırda bir sıra məşvərətlər aparırıq. Ona görə də fikrimcə, bu, təkamül prosesidir. Almaniya Ukraynaya silah və hərbi texnika sarıdan kömək etmək qərarına gələrsə, biz buna hazır olacağıq. Mövcud ehtiyacları bilirik, yeni müqavilələri harada imzalaya biləcəyimizi də bilirik. Söhbət heç də hansısa xeyriyyə tədbiri şəklində təmənnasız silah verməkdən getmir. Biz müqavilə imzalanmasını, lisenziya alınmasını nəzərdə tutan adi tərəfdaşlıqdan bəhs edirik".

Müdafiə nazirinin müavini Ukrayna ordusunun döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu bildirib:

"Bu gün Ukrayna ordusu döyüşə girməyə heç mübaliğəsiz Almaniya ordusundan daha çox hazırlıqlıdır. Almaniya Silahlı Qüvvələrinin mövcud vəziyyətinə yaxından bələdəm, odur ki, Almaniya kimi güclü tərəfdaşımızın da müdafiə qabiliyyətini yüksəltməsi üçün bizim də bölüşəcəyimiz məsələlər var”- deyə, nazir müavini əlavə edib.



Xəbərin oxunma sayı : 865




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap