Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Unibank” zərərin içində – Xarici səhmdarları onu xilas edə biləcəkmi?

Tarix 19.06.17, 1:45

Font ölçüsü : - / +
bitmap-img6


"Unibank" 2016-cı ilin nəticələrinə dair bu il auditdən keçmiş ikinci maliyyə hesabatını açıqlayıb. Hesabata görə, bankın investisiya və lizinq fəaliyyəti sahəsində işləyən iki törəmə şirkəti ilə birgə illik zərərləri 117 milyon manatdan çoxdur. Bir il əvvəl isə maliyə qrupu 70 milyon manata yaxın zərər etmişdi.

«Unibank Kommersiya Bankı» ASC-nin birləşdirilmiş maliyyə hesabatını (http://unibank.az/file/report/44az.pdf) korporativ saytında yerləşdirməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların hesabatlarının açıqlanmasının gecikdirilməsinə dair xəbərdarlıq bəyanatından sonraya təsadüf edir. «Banklar haqqında» qanun auditdən keçmiş hesabatın il başa çatdıqdan sonra ən geci beş ay ərzində bankın internet səhifəsində və KİV-də dərc olunmasını tələb edir. Palata isə banklara iyunun 15-dək vaxt vermişdi.


Bankın borcları aktivlərindən çoxdur


Hesabata görə, son bir ildə bank təxminən 2 dəfə kiçilib. Onun aktivləri 1 milyard 15 milyondan 628 milyon manata düşüb. Səhmdarlara aid 56,5 milyon manatlıq ödənilmiş nizamnamə kapitalı olsa da, qrupun 121,8 milyon manat ödənilməmiş zərəri var. Bankın və onun törəmələrinin aktivlərinin öhdəliklərinə olan nisbəti də ürəkaçan deyil. Borclar aktivlərdən 87 milyon manat çoxdur. Lakin verilən xəbərlərə görə, bankın xarici səhmdarları onu xilas etmək niyyətindədirlər və bu istiqamətdə iş aparılır.

Mənfi maliyyə göstəricilərinin yaranması səbəbləri sırasında auditor problemli kreditlər üzrə ehtiyatların yaradılmasını, kredit portfelinin kiçilməsini və faiz gəlirlərinin azalmasını göstərir. İl ərzində dövriyyədə olan müştəri kreditlərinin məbləği 300 milyon manat, əmanətlərin məbləği isə təxminən 200 milyon manat azalıb. Üstəlik,“İNG Bank” da 50 milyon ABŞ dolları məbləğində borcunu tələb edib.

Xarici səhmdarlar banka köməyə tələsir


«Unibank» ASC-nin rəhbərliyi kapital çatışmazlığı məsələsin səhmdarlarla – Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) (15,15 faiz) və "Deutsche İnvestision und Entwiklungsgesellschaft GmbH" (DEG) (8,33 faiz) ilə müzakirə edib. Hələ ötən ilin oktyabrında Müşahidə Şurası 50 milyon manat həcmində əlavə səhm buraxılışı haqda qərar qəbul edib. Nəhayət, bu il iyunun 9-da AYİB və DEG müvafiq olaraq 14,5 milyon və 24,4 milyon manat həcmində səhmin alınması haqda bankla saziş bağlayıblar. Banka nəzarət edən Eldar Qəribov da (səhmlərin 68,38 faizi ona məxsusdur) kapital artımında ən azı 10 milyon manatla iştirak edəcək. Əgər işlər uğurla gedərsə, bankın rəhbərliyi yaxın 12 ay ərzində likvidliyin təmin olunacağına ümid edir. Audit hesabatında belə deyilir.

DEG səhmdar olmaqla yanaşı, «Unibank» ASC-nin iri kreditorlarındandır. Bankın xilas olunması proqramına qoşulmaqla, o, həm də 2019-cu ilin sentyabrında ödəniş müddəti yaxınlaşan 15 milyon dollarlıq subordinasiya kreditinin taleyinə də aydınlıq gətirməlidir. 2008-ci ildə banka kredit verəndən bəri ondan illik 10,5 faiz gəlir götürürdü.

Bank zərərli aktivlərindən yaxa qurtarmaq məqsədilə bu ilin martında «Unileasing Lizinq Şirkəti» QSC-dəki 66,67 faizlik payını nominal qiymətindən iki dəfə ucuz – 600 min manata satıb. Qalan səhmlər AYİB-ə məxsusdur.

AMB banka ucuz kredit verib

Mərkəzi Bank da "Unibank"a dəstəyini əsirgəmir. 2016-cı ildə ona 45 milyon manat məbləğində ucuz kreditlər (illik 3 və 7 faiz) verilib. Kreditin ödəniş vaxtı çatsa da, AMB 30 milyon manatlıq borcun ödənişini avqust və noyabr aylarınadək ertələyib.

Ötən il Unibankın maliyyə durumunun ağırlaşdığı zaman beynəlxalq reytinq agentlikləri onun reytinqini endirmişdilər.

Azadliq.org



Xəbərin oxunma sayı : 988




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap