Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Unibank”da SKANDAL: müştərinin gizli məlumatlarını başqasına verdilər

Tarix 13.06.19, 12:49

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın ən ciddi banklarından biri sayılan "Unibank”da skandal sayılacaq hadisə baş verib. 

Bakupost.az-ın məlumatına görə, bankın işçiləri Mahir Abbasov adlı müştərinin məlumatlarını özündən xəbərsiz başqa bir müştəriyə verib. Bu barədə M.Abbasov özünün sosial şəbəkədəki hesabında yazıb. 

O bildirib ki, "Unibank”ın Salyan filialının əməkdaşı ondan xəbərsiz şəxsi məlumatlarını *** 05 95 sonluqlu nömrəyə yönləndirib. 
 
Müştəri bu barədə SMS məlumatlandırma aldıqdan sonra bankın Baş ofisinə yaxınlaşıb və bildirib ki, şəxsi məlumatlarının başqa nömrəyə yönləndirilməsi ilə bağlı heç bir tələbi olmayıb.
 
Skandal isə bundan sonra ortaya çıxıb. M.Abbasov şəxsi məlumatlının yönləndirildiyi nömrəyə zəng edib və məlum olub ki, xəttin digər ucundakı adamla eyni ad-soyad-ata adına sahibdirlər. "Unibank”ın Salyan filialının əməkdaşı da bu ad-soyad-ata adı oxşarlığına görə hər iki şəxsin məlumatlarını birləşdirib: "Məlum oldu ki, Salyanda yaşayan və mənlə eyni ad-soyadı daşıyan şəxs "Unibank”da VÖEN hesabı açdırıb. Bankın "təcrübəli işçiləri” isə mənim məlumatlarımı onun hesabına bağlayıb”.
 
M.Abbasovun banka şikayətindən sonra problem həllini tapmaq əvəzinə, daha da qəlizləşib. Belə ki, "Unibank”ın işçiləri bu dəfə də Salyanda yaşayan Mahir Abbasovun məlumatlarını Bakıda yaşayan adaşına yönləndiriblər. 
 
"Unibank”ın müştərilərinin gizlilik prosedurunu pozduğunu bildirən şikayətçi haqlı olaraq sual edir ki, sabah kimsə onun adından kredit götürsə, hesabından pul çıxarsa və ya bankda başqa bir əməliyyat həyata keçirsə, bunun məsuliyyətini kim daşıyacaq?
 
Məsələ ilə bağlı "Unibank”ın da mövqeyini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. 








Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap