Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Unudun onları, onlar ziyalı deyillər!…”Görkəmli bəstəkar Cavanşir Quliyev qürbətdəki həyatından danışdı

Tarix 09.01.19, 10:59

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Kiprdə yaşayan Azərbaycanın görkəmli bəstəkarı, ictimai xadim Cavanşir Quliyev Strateq.az saytının suallarını cavablandrıb.

Cavanşir müəllimlə yaradıcılığındakı yeniliklər, qürbətdəki həyatı, xaricdə yaşayan azərbaycanlıların durumu, düşüncələri, eləcə də Azərbaycan haqqında danışmışıq.

Müsahibəni oxucularımıza təqdim edirik:

– Cavanşir müəllim, xəbər aldıq ki, bir müddət əvvəl Bakıda olmusunuz. Təəssüratınız necədir, kənardan və içəridən necə görünür Azərbaycan?

–  Yayda oldum Bakıda. Təəssüratlar mənfidir – insanlar bədbindirlər, uşaqlarının gələcəyi barədə ümidsizdirlər, ona görə də bir çox ailə məktəb bitirmiş uşaqlarını ali təhsil almaq üçün xaricə göndərməyə çalışır. Düşünürlər ki, bəlkə uşaq orda təhsilini bitirəndən sonra  özünə bir iş-zad tapıb qala bildi. Ailəlikcə, hətta sülaləcə köçüb, xaricdə özlərinə bir mini-Azərbaycan yaradanlar da var. Bu köçün acınacaqlı tərəfi də odur ki, gedənlərin əksəriyyəti ağıllı və savadlılardır, toplumun, necə deyərlər, qaymaqlarıdır.

Mən yaşadığım Şimalı Kiprdə də son illər Azərbaycandan köçüb gələn ailələrin sayı durmadan artır. Hətta uşaqlarını Azərbaycanda nənə-babalarının yanına qoyub gələnlər də var, çünki orda ailələrini dolandıra bilmirlər.

– Burada kimlərlə əlaqəniz var? Azərbaycana gələndə mədəniyyət, incəsənət, ədəbiyyat, eləcə də ölkədəki ictimai-siyasi mühitlə bağlı dostlarla müzakirələr olurmu? Necə qiymətləndirirsziniz bu sahələrdəki durumu?

 – Azərbaycanla əlaqələrim heç vaxt qopmadı, hər dəfə ora gedəndə dostlarımla görüşürəm, təbii ki, müxtəlif mövzularda müzakirələr də olur. Yaradıcı əlaqələrim də davam edir – teatrlarda, kinoda, müğənnilərlə əlaqələr davam edir, yeni əsərlər yaranır. Bir sözlə, mən fiziki olaraq Azərbaycanda az oluram, amma yaradıcılıq baxımından həmişə ordayam.

– Şimali Kiprdə, Türkiyədə çoxsaylı azərbaycanlı müəllimlər, sənət adamları, həkimlər var. Əlaqəniz varmı onlarla, danışıb görüşürsünüzmü?

– Bəziləri ilə telefon əlaqəsi var, bəziləri ilə ara-sıra görüşürəm də, bəziləri ilə eyni universitetdə işləyirəm. Ara-sıra xəbərləşirik.

– Ölkədən kənarda da bir Azərbaycan toplumu formalaşır. Onların düşüncəsi, yanaşması necədir? Onlar Azərbaycanda yaşayanları qınayırlar, buradakılar da onları. Ki, çıxıb gediblər, oradan ağıl öyrədirlər…

– Doğrudur, aralarında uçurum yaranır. Buna bənzər hadisələr 100 il öncə olmadımı? Cümhuriyyət yıxılandan sonra xaricə gedən insanları burdakılar satqın, qorxaq, agent və digər pis-pis sözlərlə adlandırmadılarmı? “Qızılları götürüb qaçdılar” demədilərmi? Sadəlövhcəsinə təbliğata uyub geri dönənləri isə Sibirə sürgün etmədilərmi? Yenə də tarix təkrar olur. Dərs olmadı bizə, yenə də kəlləmiz həmin “dırmıxın sapına” dəyir! Əlbəttə, bu, çox düşündürücüdür, əslində isə kədərlidir. Məni belə ittiham edənlərə cavab verirəm ki, əgər getməyimi istəmirsənsə, onda elə et ki, mən də getmək istəməyim. Edə bilmirsənsə, danışmağın nə anlamı var? Hərəkət lazımdır, danışmaq yox.

– Ümumi gedişat bizi hara aparır, nə təklif edirsiniz?

– Siyasi-ictimai durumu nəzərdə tutursunuzsa, gedişat cəmiyyətin aktivliyinə bağlıdır – heç kim kənardan ölkəmizi istədiyimiz vəziyyətə gətirməyəcək, toplum özü bunu etməlidir. Bu yolda çətinliklər də, təbii ki, olacaq, bəlkə itkilər də oldu, fəqət dünyada bunun başqa yolu yoxdur – örnəklər də çoxdur. Əgər cəmiyyət aktiv olsa, gedişat da onun istədiyi kimi olacaq. Olmasa, onda hər şey iqtidarın istədiyi kimi olacaq.

– Ziyalılardan daha çox gözləntilər var. Yəni onlar dursunlar, danışsınlar yol göstərsinlər və s. Bu ictimai tələbat niyə ödənmir?

– Mən də hesab edirəm ki, durmalıdırlar, danışmalıdırlar, amma durmurlar, danışmırlar – deməli, ziyalı deyillər. Onları xalqın aqibəti maraqlandırmır, onlar yalnız özləri, öz işləri və öz qohumları ilə məşğuldurlar. Onlara artıq ziyalı kimi baxmayın, zatən heç vaxt onlar ziyalı olmayıblar ki… Onlardan bir şeylər ummayın, unudun onları. Ölkədə üç-beş ziyalı qalıb, vəssalam. Hər yaxşı həkim, alim, müəllim, mühəndis, şair, aktyor, rəssam, memar, bəstəkar hələ ziyalı deyil. Ziyalılıq könül keyfiyyətidir, peşə deyil.

– Öz yaradıcılığınız, Şimali Kiprdəki güzəran haqqında da danışmağınızı rica edirik. Nə yeniliklər var, necə keçir həyat?

– Mən Kiprə güzəran üçün gəlmədim – Bakıda daha çox maddi qazancım vardı. Mən buraya “mənəvi oksigen” üçün gəldim və onu burada tapdım. Çünki Azərbaycandakı basqılı mənəvi ab-hava şəraitində yaradıcılığım da zərər çəkirdi. Mənim üçün isə həyatımın ən önəmli tərəfi maddiyyat deyil, yaradıcılıqdır – Afrikada, Şimal qütbündə belə yaradıcılıq üçün mənəvi şərait olsaydı, oraya gedərdim. Təkrar edirəm, mən bura pul-para üçün gəlmədim, yaradıcılıq üçün gəldim, onu da tapdım: 3 balet, bir simfoniya, bir oratoriya, kino musiqisi, çox sayda kamera-instrumental və xor əsərləri, bir sıra Türkiyə teatr tamaşalarına musiqi, bəzi Türkiyə siyasi partiyalarının himnləri, mahnılar və digər əsərlər – bunların hamısını mən Kiprdə yazdım, Azərbaycanda yox. Planlar isə daha genişdir.

– Azərbaycana dönmək də planınızda varmı?

– Həmişə dediyim fikri yenə təkrar edirəm: hər saniyə çantamı qapıb, hava limanına qaçmağa hazıram, təki Azərbaycanda ehtiyacım olan mənəvi ab-havanı görüm.

– Sonda nə demək istəyərsiniz? İctimaiyyətə ünvanlamaq istədiyiniz bir mesajınız varmı?

– Əgər biz toplum olaraq hər birimiz öz kiçik addımlarımızı atmasaq, Azərbaycan adlanan qatar yerindən tərpənməyəcək. Anlayan anladı.

Strateq.az




Xəbərin oxunma sayı : 382




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap