“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

Tarix 13.11.25, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


Bir zamanların "fövqəlgeneral”larından olan Vüsal Novruzov yenidən aktivləşmək istəyir.

Bir sıra dostları kimi, o da özünü mətbuatda "Ramiz Mehdiyevin "vurdurduğu” kadr” kimi təqdim etmək niyyətindədir.

Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi olan Vüsal Novruzov daha çox fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şirkətlərinin "qeyri-rəsmi mühasibi” kimi anılıb. Onun sabiq DGK sədri Səfər Mehdiyev ilə apardığı mübarizədə məğlub olduğu da bilinir.

Ancaq hazırda öz şəxsi biznesi ilə məşğul olan generalın yenidən vəzifəli vaxtlarını arzuladığı və bunun üçün də özü ilə bağlı piar kampaniyasının konturları üzərində işlədiyi vurğulanır. Plana görə, vəzifədə ikən və daha sonra da əlaqədə olduğu Azərbaycandakı "Fətullahçı” şəbəkənin media resursları və nüfuz agentlərindən istifadə edərək cəmiyyətdə özünün müsbət obrazını yaradacaq və "yuxarılar”a hazırda işlərin o qədər də yolunda getmədiyi gömrük sistemində nələrisə dəyişə biləcəyini göstərmək üçün şans istəyəcək.

FETÖ-nün Azərbaycandakı şəbəkəsinə ən böyük maddi dəstək olan şəxslərdən biri sayılan Vüsal Novruzov özü barədə nə qədər pozitiv imic yaratmaq istəsə də, onun dövründəki Bakı Baş Gömrük İdarəsi barədə şikayətlər, eyni zamanda, özünün zərərli vərdişləri və korrupsiya bataqlığına qərq olması gerçəkliyi bunun qarşısında ən böyük maneədir. Bu iddialar ortadan qalxmadıqca Vüsal Novruzovun yenidən "dirilməsi” mümkünsüz görünür.

Mövzu ilə bağlı Vüsal Novruzovun mövqeyini öyrənmək istəsək də, bizə bəlli olan telefonlarına zəng çatmadı.
 
Mənbə% Yenicag.az



Xəbərin oxunma sayı : 640




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap