Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Valerian“ niyə yoxa çıxıb? - Açıqlama

Tarix 12.05.21, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər Bakıda apteklərdə yenə də "Valerian” preparatı yoxa çıxıb. Paytaxtın müxtəlif ünvanlarında yerləşən apteklərə bu dərmanla bağlı müraciət edənlər əliboş qaytarılır.  

"Qafqazinfo” xəbər verir ki, bəzi apteklərdə əczaçılar bir həftədən artıqdır dərmanın depodan məhdud sayda göndərildiyini bildirirlər. Əvəzində isə müştərilərə "Valerian”ın maye məhlulu və ya "Validol” təklif edilir.

Dərmanın niyə qəhətə çıxdığından isə əczaçılar da məlumatsızdır:

"Artıq bir həftədən çoxdur ki, valerian tapılmır. Bizə depodan limitlə - cəmi 3-4 ədəd göndərilir. Amma tələbat çoxdur, kim qabağa düşürsə, alır, qalanları əliboş qaytarırıq. Niyə tapılmamasının səbəbini isə bilmirik”.

Səhiyyə Nazirliyindən məsələ ilə bağlı "Qafqazinfo”ya bildirilib ki, dərmanların aptek təminatı nazirliyə aid deyil. Bu işlə özəl şirkətlər məşğul olurlar. 

Yaranmış problemlə bağlı apteklərin əsas dərman təminatçısı "Zeytun Pharmaceuticals” və” Avromed” şirkətlərinin baş ofisləri ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik. 

Xatırladaq ki, "Valerian” qıtlığı ilə bağlı oxşar vəziyyət bundan əvvəl də bir neçə dəfə yaşanıb. Sonuncu dəfə bu ilin fevral ayında apteklərdə "Valerian” tapılmırdı.  O zaman bu preparatın tapılmamasını dərmanın istifadə müddətinin başa çatması ilə əlaqələndirdilər.

Qeyd edək ki, "Valerian”dan ürəyində narahatlığı olan, stress və həyəcandan əziyyət çəkən şəxslər tez-tez istifadə edirlər. Dərmanın kütləvi istifadəsi həm də onun əlçatanlığı ilə izah olunur. Belə ki, içərisində 50 həb olan "Valerian” preparatı 35 qəpiyə satılır. 



Xəbərin oxunma sayı : 661




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap