Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Valyuta Birjasının ləğvinin Azərbaycanda banklararası əməliyyatlara heç bir təsiri yoxdur“ - Mərkəzi Bank

Tarix 10.06.22, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Banklararası Valyuta Birjasının ləğv olunması qərarının Azərbaycanda banklararası valyuta əməliyyatlarının aparılmasına heç bir təsiri yoxdur.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) “Report”un sorğusuna cavab olaraq bildirilib.

AMB qeyd edib ki, 2011-ci ildən etibarən ölkədə banklararası valyuta əməliyyatları Mərkəzi Bank tərəfindən müəyyən edilmiş vahid ticarət platforması vasitəsilə həyata keçirilir.

"1993-cü il iyunun 21-də qapalı səhmdar cəmiyyət formasında yaradılmış birjanın fəaliyyətinin predmeti yerli banklar arasında valyuta əməliyyatlarının aparılması üçün şərait yaradılmasına dəstək göstərilməsi olub. 2014-cü ildə Birja vergi orqanına müraciət edərək əməliyyatların həcminin az olması və gəlirlərinin xərclərini ödəməməsi səbəbindən ticarət fəaliyyətini könüllü şəkildə dayandırdığından qeyd olunan tarixdən etibarən faktiki olaraq Birjada heç bir ticarət əməliyyatı aparılmayıb.

Məlum olub ki, elə bu səbəbdən səhmdarların növbədənkənar ümumi yığıncağı Birjanın ləğv olunması qərarına gəlib", - açıqlamada deyilir.

Mərkəzi Bank xatırladıb ki, Birja ilə 2000-ci ildə təsis edilmiş və fəaliyyət predmeti ölkədə qiymətli kağızlar üzrə kütləvi ticarətin təşkili olan Bakı Fond Birjası (BFB) ilə səhv salınmamalıdır: "BFB fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. BFB dövlət qiymətli kağızları bazarının, korporativ qiymətli kağızlar bazarının və törəmə maliyyə alətləri bazarının ticarətini təşkil edir".



Xəbərin oxunma sayı : 1117




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap