Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Valyutaya ehtiyacı olmayanlar da valyuta alır” – Ekspertlər manatın taleyindən danışdılar

Tarix 22.04.18, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


Bu yaxınlarda Mərkəzi Bankının (MB) sədri Elman Rüstəmov bəyan elədi ki, Azərbaycan manatının ucuzlaşmasından ötrü heç bir fundamental səbəb görmür.

Elman Rüstəmovun sözlərinə görə, artıq bir ildir manatın ABŞ dollarına nisbətdə məzənnəsi sabit qalır: “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntilər həm əhali, həm də real sektorun iştirakçıları arasında azalıb”, – o bildirib. Ancaq kütləvi informasiya vasitələrində (KİV) son günlər banklara xarici valyuta almaqdan ötrü müraciətlərin artması ilə bağlı məlumatlar yayılmaqdadır.

İqtisadçı Rövşən Ağayev vurğulayıb ki, 2015-2017-ci illərdə Azərbaycanda milli valyutanın məzənnəsinin sabitliyi iqtisadi inkişafın deyil, tam iqtisadi durğunluğun nəticəsi idi: “Hərəkət yoxdursa, inkişaf da yoxdur. Biznes və dövlət sektoru tələbatları dondurub saxlamışdı. Hazırkı vəziyyətə gəldikdə isə artan neft gəlirləri hesabına iqtisadi aktivlik hansı tempdə bərpa olunursa, valyuta bazarının dinamikliyi də həmin templə bərpa olunacaq. Təbii ki, investisiya xərclərinin müəyyən hissəsi əhalinin qazancları kimi həm də ev təsərrüfatları vasitəsilə valyuta bazarına gedəcək”.

Image result for İqtisadçı Rövşən Ağayev

Rövşən Ağayev dedi ki, valyuta bazarında yaranmış təlaşlı durum cari ilin ilk rübündə əvvəlki ilin eyni dövrünə nisbətən Neft Fondu vasitəsilə xarici valyuta satışının artımından irəli gəlir: “ Fond bu ilin yanvar–mart ayında 1.3 milyard dollar satıbsa, 2017-ci ilin ilk 3 ayında təxminən 790 milyon dollar satmışdı. Yəni söhbət 65 faizə yaxın artımdan gedir. Amma, bu artım valyuta bazarında yaşanan təlaşlı vəziyyətlərdə olduğu kimi hökumətin bazardakı spekulyativ tələbə qarşı etdiyi təklif, yaxud Mərkəzi Bankın satış yönümlü müdaxiləsi deyil. Hətta spekulyativ tələb artsa belə, 2018-ci ilin ilk rübündə təkcə ticarət balansı çərçivəsində ölkəyə xarici valyuta axınlarının 30 faiz artması narahatlığı aradan qaldırır. Yəni tədiyə balansı çərçivəsində ölkəyə valyuta axınlarının həcmi ölkədən çıxan valyuta həcmlərini üstələdiyindən məzənnə üçün risk xeyli aşağıdır”.

İqtisadçı-alim Nazim Bəydəmirli isə bildirib ki, Azərbaycanda manatın kursun neftin qiymətindən asılı olub: “ Çünki neft məhsullarının ixracda payı 90 faiz civarındadır. Neftin qiyməti də 70 dollar səviyyəsində olduğundan manatın durumu dəyişmir. Tədiyyə balansı da müsbət olduğundan manatın ucuzlaşması iqtisadi nəzəriyyə baxımından mümkün deyil. Ancaq Azərbaycan kimi ölkələrdə həmişə spekulyativ amillər və şayiələr fonunda valyuta bazarında ajiotaj yaranıb. Valyutaya ehtiyacı olmayanlar da valyuta alır. Bu, Azərbaycan manatına olan inamızlıqdan irəli gəlir və nəticədə bu cür ajiotajlar 30-35 faiz valyutanı bahalaşdırmağa qadırdir. Ona görə də iqtisadi proqnozlarla bağlı danışan ekspertlərin və məmurların daha diqqətli olmalarını tövsiyə edirəm. Bundan əlavə, Azərbaycan əmanətçiləri, valyuta ilə vəsait toplayanlar 2015-ci ildə Mərkəzi Bankın sədrinin açıqlamasından sonra devalvasiya qərarı verməsini unutmayıblar. Elə həmin mənzərə insanlarda yerli bank sisteminə və hökumətin bu istiqmaətdəki fəaliyyətinə inamsızlıq yaradıb. İqtisadiyyatda isə əsas olan inam və etimaddır. Bu, bir daha onu göstəriir ki, dolların kursu çox vaxt iqtisadi proseslərdən yox, Mərkəzi Bankın və hökumətin inzibati resurslarından asılıdır. Ona görə dolların bahalaşması və ucuzlaşması hökumətin istəyinə bağlıdır”

Image result for İqtisadçı-alim Nazim Bəydəmirli

Nazim Bəydəmirli hesab edir ki, Azərbaycanda valyutanın kursu bazar iqtisadiyyatı ilə yox, inzibati resurslarla müəyyən edilir. (Azadlıq Radiosu)

 



Xəbərin oxunma sayı : 442




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap