Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İvanka Tramp yazdığı kitabında özünün 19 məziyyətindən bəhs edib

Tarix 05.05.17, 3:58

Font ölçüsü : - / +
bitmap-img6


Donald Trampın qızı və hazırda baş məsləhətçisi olan İvanka Tramp 212 səhifəlik “İşləyən qadınlar” adlı kitab yazıb. Kitabı yazmaqda onun məqsədi işləyən qadınlara karyeralarında necə yüksəlmək və eyni zamanda həyatlarını necə qurmağa kömək etməkdir.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, kitabda İvanka Tramp özü haqqında da bir sıra məlumatları ictimaiyyətə çatdırıb.

1. Uşaqları nənələrini, yəni İvankanın anasını “Glamma” adlandırır. (“Glamma” hazırda ingiliscə “Grandma” yəni “nənə” sözünün modern forması hesab edilir). Prezident Donald Trampın birinci həyat yoldaşı İvanka Tramp qızını “moda ikonu”, mükəmməl ev sahibi və işgüzar xanım kimi təsvir edib.

2. Yarışçıdır. “Mən yarışçı kimi hər zaman inkişaf etməyə can atıram” – İvanka yazır.

3. Çalışqandır. “Məni tanıyan hər kəs bilir ki, mən nə qədər işləyirəm” – o deyir.

4. Həyat yoldaşı Kuşner stimul verici qüvvədir. “O, çox praqmatik insandır, hər hansı problemi sakit qarşılayır; problemin özünə deyil, həllinə fokuslanmağı verimli hesab edir və emosional reaksiya verməməyi üstün tutur” – İvanka Cared Kuşner haqqında yazıb. Kuşneri özünün bu mənada müəllimi hesab edir, onu böhran və xaos dönəmində və yaxud hər hansı problemə qarşı sakit olmağa çağırdığını bildirir. İvanka həmçinin müəyyən qədər emosional reaksiya verdiyini etiraf edib.

5. Bəzək bitkilərini xoşlayır.

6. Mükiyyət idarəçiliyini oxuyub. İvanka Corctaun Universitetinə qəbul olub, sonra isə Pensilvaniya Universitetinin Varton məktəbində mülkiyyət idarəçiliyi, maliyyə və incəsənət tarixini oxuyub.

7. Qızı Arabellanın ailə biznesi ilə məşğul olmasını istəyir, əgər özü bunu seçərsə. İvanka, 5 yaşlı qızının gələcəkdə Tramp otelini idarə etməsini istəyir. Bu fikrini seçki komitəsində paylaşdığını da kitabda yazıb.

8. Çoxlu mütaliə edir. “Mən həddindən artıq mütaliə edirəm, kitablar, qəzetlər, biznes haqqında məlumatlar, jurnallar oxuyuram. TED danışıqları və digər internetdən yayımlar mənim məlumat bazama fərqlilik gətirən digər mənbələrdir”.

9. 2016 – gözlərini açdığı ildir. Özəl məktəbə gedən və özəl çevrədə hər zaman olan İvanka, atasının prezidentlik kampanyasında iştirak edərkən gözünün açıldığını deyir. O, öz çevrəsindən kənarda kampaniya dövründə qarşılaşdığı müxtəlif siyasi fikirli insanlarla qarşılaşdığının nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.

10. İvanka və Cared evləndirmə ekspertidirlər. İvanka bildirir ki, bu onların gizli talantıdır. 7 cütlüyün tanış olub-evlənmələrinə səbəbkar olublar.

11. Uzun siyahılar tərtib edir. Yeni illə əlaqədar tək oturub qulaqcıq taxaraq siyahı tutduğunu deyir. Buraya həm biznes əlaqələri, həm də ailəsi və yaxın çevrəsinə aid siyahılar da daxildir.

12. Cared piyada gəzməyi xoşlayır. Bazar günləri kilometrlərlə piyada gəzir.

13. İvanka həm də əkinçiliklə də məşğuldur. Həftə sonları uşaqları ilə bərabər Nyu-Cersi kəndindəki evinə gedir və uşaqları bərabər əkin işləri ilə məşğul olur. Giləmeyvələr sevimli meyvələridir, bağında moruq, çiyələk əkdiyini deyir, bundan əlavə, şaftalı və əncir ağaclarının da olduğunu yazıb.

14. Transsendental meditasiya ilə məşğul olur. İvanka illərdir ki, meditasiya ilə məşğul olduğunu və onsuz gün keçirtmədiyini deyir. O bildirir ki, 20 dəqiqə idealdır, ancaq başın dincəlməsi üçün 5 dəqiqə də kifayət edər.

15. Əvvəllər uşaqlarını sosial mediadan uzaq tuturdu. Qızı Arabellanın 1 yaşı tamam olana qədər bir dəfə də olsun onun şəklini ictimaiyyətlə paylaşmadığını deyib. İvankanın 1, 3, və 5 yaşında övladları var. Hazırda tez-tez instaqram hesabından onların şəkillərini paylaşır, amma müəyyən limitləri də var. İctimaiyyətin bunu xoş qarşıladığını dilə gətirib.

16. Övladlarına xüsusi vaxt ayırır. İvanka hər uşaq ilə ayrı-ayrılıqda vaxt keçirməyin çox vacib olduğunu yazıb. O, bildirib ki, özü heç vaxt vanna saatını sevməsə də, çalışır ki, bunu uşaqları üçün xüsusi etsin. “Biz mahnı oxuya-oxuya, duşu bir-birimizə tutaraq, su ilə oynayaraq bu saatı keçiririk”. Uşaqlar bundan çox əylənirlər.

17. İvanka “Real ev xanımları”-nı izləyir. Bəzən TV qarşısında əyləşib, pasta və şərabla “Real ev xanımları”nı izlədiyini deyir. O bunun meditasiya üçün yaxşı vaxt olduğunu deyir.

18. O, ana südü haqqında gerçəkləri qəbul etdiyini deyir. “İşə qayıdarkən ən çətin şey uşağı ana südü ilə təmin etməkdə yaranır, çünki işlədikcə ana südünün azaldığını müşahidə edirsən, bu isə məni pis valideyn olduğumu hiss etdirir”.

19. Qayınanası yüngül qəlyanaltılar gətirir. “Qayınanamın sayəsində soyuducuda hər zaman sağlam qidalar var”, – xanım Tramp yazıb.



Xəbərin oxunma sayı : 145




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap