Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Vasif Talıbov qurub-yaratsın, siz də “masabəyilik” edin” - Deputata daha bir cavab

Tarix 23.02.19, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin Naxçıvan MR-nın rəhbərliyi haqda səsləndirdiyi ittihamlara daha bir cavab verilib.

“Yeni Sabah” xəbər verir ki, bu dəfə cavabı Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli verib. Onun yazısını qısa ixtisarla təqdim edirik:

...Naxçıvan inkişaf edib çiçəkləndikcə bu inkişafa kölgə salmaq, bulanıq suda balıq tutmaq cəhdlərini də həmişə görmüşük. Necə ki, bu günlərdə bir sıra saytlarda yayımlanan “Naxçıvanda kəndlərə girəndə elə bilirsən müharibədən çıxıblar” sərlövhəli müsahibə kimi. Müsahibə ilə tanış olan ən sadə oxucu da  bilir ki, müsahibəni verən (ad çəkməklə kimlərisə gündəmə gətirmək istəmirəm. Çünki məqsədləri zatən odur)  Naxçıvan “kartından” istifadə etməklə gündəmə gəlməyə çalışır. Naxçıvanın müxtariyyət statusu, sosial-iqtisadi inkişafı, idarəetməsi, əhali artımı, regionlarının, o cümlədən kəndlərinin müasir vəziyyəti və inkişaf perspektivləri ilə bağlı reallıqdan uzaq, populist və absurd fikirlər səsləndirir.

Müsahibədə deyilir: “Naxçıvanın, demək olar, bütün kəndləri eyni vəziyyətdədir... Çayxanalar, mağazaların çoxu bağlatdırılıb, kənd yerlərində, məsələn, Əbrəqunusda təqaüdçülər evi dağılıb, kitabxana, klub, xəstəxana uçub, getdikcə istifadəsiz hala düşən şərab zavodları dağılıb. Həmin yerləri insanlar, görünür, şərtlər ağır olduğundan götürüb, nəsə tikmirlər, qurmurlar. Kəndin mərkəzinə girəndə xarabalıqla qarşılaşırsan. Elə bilirsən, müharibədən çıxıb. Ağsaqqallar əksər hallarda qaz borularının üstündə oturub dərdləşirlər. Özü də, təkcə bizim kənddə belə deyil...”

Naxçıvanda ən azı bir dəfə olan, hətta internetdən, televizordan da bir dəfə görən bilir ki, indi Naxçıvanda abad olmayan kənd demək olar  qalmayıb. Naxçıvanın digər kəndləri kimi, elə müsahibin bəhs etdiyi Culfanın Əbrəqunus kəndinə də müasir yol çəkilib, məktəb, həkim ambulatoriyası, kənd mərkəzi, xidmət mərkəzi, məscid tikilib, kiçik emal və istehsal sahələri qurulub. Yüzlərlə hektar əkilməyən torpaq əkin dövriyyəsinə qatılıb. Kənd sakinlərinə lizinq yolu ilə onlarla texnika verilib, bunun da hesabına yeni ailə təsərrüfatları qurulub.  

Bu yerdə bir haşiyə çıxıb atalarımızın gözəl bir sözünü yada salmaq istərdim: Tarlada izi olmayanın, süfrədə üzü olmaz. Mən başa düşə bilmirəm ki, öz kəndinə, obasına, hətta qapısının ağzına indiyəcən bir ağac əkib suvarmayanlar hansı haqla görülən bu qədər işə kölgə salmağa, qaranlıq otaqda qara pişik tutmağa çalışırlar?! Şəxsən mən “səngərdə döyüşmək” əvəzinə işlərini müsahibə veməklə, “tankın üstündə” şəkil çəkdirib paylaşmaqla bitmiş hesab edənlərin nə istədiyini heç cür başa düşə bilmirəm...

Həmin müsahibədə deyilir ki, Naxçıvanda işsizlik problemi var və ona görə də əhali buranı tərk edir. Bildirim ki, təkcə 2018-ci ildə muxtar respublikada 2024 iş yeri açılıb. Təkcə dövlət qulluğuna sonuncu qəbul imtahanlarına 700-ə qədər vakant vəzifə çıxarılıb. Bilin ki, bu gün Naxçıvanda iş problemi yoxdu, bəzi adamların iş bəyənməmək, zəhmətə qatlaşmamaq problemi var: Ver yeyim, ört yatım, gözlə, canım çıxmasın... Ona görə də indi bəzilərinin səsi qonşu ölkələrin “gecəqondu”larından gəlir.

Həmin müsahibələrindən sonra seçicilərin və Naxçıvan sakinlərinin ciddi arqumentli faktları ilə üz-üzə qalan müsahib sonrakı müsahibəsində iddia edir ki, mən müsahibəmdə Naxçıvanın inkişafı ilə bağlı yalnız təkliflər səsləndirmişəm. İndi mənə maraqlıdı,  Milli Məclisin komissiyalarındakı müzakirələr, iclaslar dura-dura deputatların təklifləri mətbuatdan niyə səslənir?!

Təbii ki, məqsəd başqa  cür görünür: Nə yoğurmaq, nə yapmaq, hazırca kökə tapmaq! Üstəlik, Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasını elə dəqiqliklə idarə edir və çiçəkləndirir ki, açığı, kiminsə təklif xatirinə verdiyi təklifə də heç bir ehtiyac duyulmur!

Uzun sözün qısası, min illər boyunca biz Naxçıvanı həm daxildən, həm də xaricdən sarsıtmağa çalışan qüvvələrlə qarşılaşmışıq. Amma bu diyar doğma Azərbaycanımızın vuran ürəyi kimi daim qorunub və yaşayıb. Yanıb kül olub, ancaq o küllərin içindən yenidən boy verib. Elə bu gün də öz yolu ilə gedir, nə “masabəyilik” edənlərə əhəmiyyət verir, nə müsahibə verənlərə, nə də ki, sosial şəbəkələrdə “layk” dalına düşüb təngənəfəs olanlara...

Nəsə ki, görünən nə dağa, nə də ki, kəndə bələdçi lazım deyil... Siz danışın, müsahibə verin, real işlər görmək əvəzinə, iş görənlərin də əl-ayağına dolaşın. Eybi yox, necə olsa da karvan keçib gedir, dayanmır...

“Vasif Talıbov qurub-yaratsın, siz də “masabəyilik” edin” - Deputata daha bir cavab








Xəbərin oxunma sayı : 727




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap