Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Vasif Talıbovun vitse-prezident təyinatı Qarabağ ermənilərinə mesaj olardı“

Tarix 23.02.17, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin başçısı Vasif Talıbovun Azərbaycanın vitse-prezidenti postuna mümkün təyinatı məntiqi sual doğurub: bu prinsipdən Dağlıq Qarabağ Muxtar Respublikasının yaradılması yolu ilə erməni-Azərbaycan münaqişəsinin nizama salınmasının elementi kimi istifadə etmək olarmı?

Milli Məclisin deputatı Elmira Axundova virtualaz.org-a müsahibəsində Naxçıvan Muxtar Respublikası rəhbərinin Azərbaycanın vitse-prezidenti postuna təyinatı ideyasına dəstəyini ifadə edib.

"Bu bütün dövlət üçün faydalı olardı, bundan başqa, Dağlıq Qarabağ ermənilərinə mesaj kimi xidmət edə bilərdi. Axı Dağlıq Qarabağ Muxtar Respublikasının (DQMR) yaradılması halında onun başçısı NMR-in rəhbəri kimi Azərbaycanın vitse-prezidenti olardı. Muxtar respublikaların rəhbərlərinin vitse-prezidentlər kimi təyinatı NMR-in və DQMR-in statuslarını yüksəldər və onların daha böyük inkişafına və çiçəklənməsinə xidmət edərdi", - deyə o bildirib.

Öz növbəsində politoloq Toğrul Cuvarlı virtualaz.org-a açıqlamasında bildirib ki, potensial olaraq, çox uzaq perspektivdə Dağlıq Qarabağ Muxtar Respublikasının milliyyətcə erməni olan başçısının Azərbaycanın vitse-prezidenti postuna təyinatı tamamilə mümkündür.

Onun sözlərinə görə, Azərbaycanın tərkibində Qarabağ muxtariyyətinin yaranmasından sonra onun rəhbərinin milli məsələlər üzrə vitse-prezident təyin olunması ən optimal variant olardı.



Xəbərin oxunma sayı : 193




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap