Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə sıx riayət etməlidirlər” – Prezidentin köməkçisi

Tarix 23.03.20, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


“Pandemiya ilə əlaqədar dövlətlər arasında əlaqələr dayandırılır”.

Bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, nəqliyyat əlaqələri, aviauçuşlar dayandırılıb: “Azərbaycan Hava Yolları ilə 10 minə yaxın vətəndaşımızın ölkəmizə təxliyəsi həyata keçirilib. Bu kimi təxliyənin həyata keçirilməsi böyük koordinasiya tələb edir. Vətəndaşlarımızın bir toplama məntəqəsinə gətirilməsi, təyyarədə gigiyenik qaydalara riayət edilməsi özündə kompleks tədbirləri ehtiva edir. Prezident və Birinci vitse-prezidentin qayğısı nəticəsində 10 minə yaxın vətəndaşımızın təxliyəsi həyata keçirilib”.

H. Hacıyev nəzərə çatdırıb ki, təxliyə zamanı uşaqlı ailələrə, tibbi ehtiyacı olanlara və azyaşlılara üstünlük verilir: “Təxliyədən sonra da vətəndaşlarımızın 21-28 gün karantin rejimində olması vacibdir. Ölkədaxili karantininin miqyası da genişlənir. İndiyə qədər koronavirus idxal olunan xəstəlik idi. Amma xəstəlik çox yoluxucu xüsusiyyətə malikdir, artıq ölkə daxilində də yayılır. Bütün diplomatik nümayəndəliklərə göstəriş verilib. Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və digər qurumların sıx koordinasiyası həyata keçirilir. Vətəndaşlarımız həm də xarici ölkələrdə o ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər”.




Xəbərin oxunma sayı : 589




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap