|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Övladları yüksək vəzifə tutan sabiq məmurlar - Maraqlı faktlar
Tarix 05.12.23, 20:00 |
|
Cəmiyyətimizdə məmurların iş fəaliyyətləri ilə yanaşı onların özəl həyatları, həmçinin ailələri də insanların hər zaman maraq dairəsində olub. Hətta vəzifəsini itirən sabiqlərin sonrakı fəaliyyəti və həyatları zaman-zaman diqqət mərkəzinə düşüb.
Maraqlıdır ki, vəzifədən azad olunmuş bir sıra sabiq məmurların yaxın ailə üzvləri, övladları hələ də yüksək vəzifələrdə çalışırlar.
Bizim.Media övladları vəzifədə olan sabiq məmurları araşdırıb:
Oqtay Şahbazov
Oqtay Şahbazov 1991-ci ildən etibarən Prezident Administrasiyasında çalışıb. O, müxtəlif illərdə Prezidentin İşlər müdirinin birinci müavini, 2016-2021-ci illərdə isə Prezidentin işlər müdiri vəzifəsini icra edib.
Oqtay Şahbazovun oğlu nazirdir. Belə ki, Pərviz Şahbazov hazırda Energetika naziri vəzifəsini daşıyır. O, 2017-ci ildən bəri bu vəzifəni icra edir.
Əli Məmmədov
Ərazilərin Bərpası üzrə Dövlət Agentliyinin sabiq sədri Əli Məmmədov 1997-2021-ci illərdə bu vəzifəni icra edib. Əli Məmmədov uğurlu fəaliyyətinə görə "Əməkdar mühəndis” fəxri adına, "Şöhrət” ordeninə layiq görülüb.
Əli Məmmədovun oğlu da yüksək vəzifə daşıyır. Sahib Əli oğlu Məmmədov hazırda İqtisadiyyat nazirinin müavinidir. O, 2021-ci ildən etibarən nazir müavini vəzifəsini icra edir.
Elçin Əfəndiyev
Elçin Əfəndiyev 1993-2018-ci illərdə Baş nazirin müavini vəzifəsini icra edib. O, dövlət idarəetməsindəki fəaliyyəti ilə yanaşı, yazıçı kimi də tanınır.
Sabiq məmurun qızı Humay ixtisasca hüquqşünasdır. Hazırda Humay Əfəndiyeva Konstitusiya Məhkəməsində Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifəsini tutur. Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi var.
Tağı Əhmədov
Tağı Əhmədov 1998-2014-cü illərdə "Bakı Metropoliteni”nin rəisi vəzifəsini icra edib. Sonrakı illərdə YAP-ın Yasamal rayon təşkilatına sədrlik edən T.Əhmədovun 74 yaşı var. Hazırda sabiq məmurun səhhətində ciddi problemlərin olduğu bildirilir.
Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov hakimdir. Digər oğlu Ruslan Əhmədov isə Xarici İşlər Nazirliyində çalışır.
Elman Məmmədov
Elman Məmmədov 1991–2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb. O, hazırda Milli Məclisin deputatı, GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Elman Məmmədovun oğlu Elşad Məmmədov da yüksək vəzifə tutur. O, hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisidir.
Vidadi Muradov
Uzun illər "Azərxalça” ASC-nin İdarə heyətinin sədri olmuş Vidadi Muradov 9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunub. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilib. 4 noyabr 2021-ci ildə xərçəng xəstəliyindən vəfat edib.
Vidadi Muradovun oğlu da yüksək vəzifə daşıyır. Cavid Muradov Sabunçu rayon Polis İdarəsinin rəisidir.
Vilyam Hacıyev
2012-2020-ci illərdə İmişli rayon İcra Hakimiyyətinin başçısı olmuş Vilyam Hacıyev hazırda həbsdədir. O, 5 may 2020-ci ildə DTX əməkdaşları tərəfindən saxlanılıb. V. Hacıyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə sabiq başçı 12 il azadlıqdan məhrum edilib.
Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Qubadlı rayon prokurorluğunda müstəntiq işləyir.
Nizaməddin Quliyev
Ağstafa rayonunun sabiq İcra başçısı Nizaməddin Quliyev də Vilyam Hacıyev kimi vəzifə başında həbs olunan məmurlardandır. 10 il icra başçısı olmuş N.Quliyev 2019-cu ildə saxlanılıb.
O, yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almaqda ittiham olunub. Nizaməddin Quliyev 2021-ci ildə həbsxanada olarkən COVID-19-dan vəfat edib.
Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Quba rayon prokurorunun köməkçisidir.
Xəbərin oxunma sayı : 703
Sosial
Xəbərlər
-
Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür
-
Müstəqilliyin bərpasından 33 il keçir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Messi son qərarını verdi - Növbəti dünya çempionatında oynayacaq
-
Tikinti materialları bahalaşıb - QİYMƏTLƏR/VİDEO
-
Ukrayna yaxın həftələrdə nüvə silahı yarada bilər - Bild
-
Dönər nə vaxt zəhərlənmə yaradır? - Son günlərin əsas bəlasından qorunmaq yolları
-
“Zelenski münaqişənin daha da gərginləşdirilməsi planını irəli sürür” - Peskov
-
Lütvəli Babayevin biznesmen oğlu Türkiyəyə qaçıb: İki milyonluq yeyintidə həbslər var
-
Azərbaycanlı müğənni rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Qəbələdə iki nəfər ov tüfəngi ilə öldürülüb - Daha bir nəfər xəsarət alıb
-
Polkovniklə bank işçisi biznesmeni öldürüb quyuya belə atıblar - MƏHKƏMƏ İŞİ
-
ABŞ Rusiya və Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib - SİYAHI
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Gəncəyə edilən raket hücumları nəticəsində dəymiş ziyanın məbləği açıqlanıb
-
Dünyanın ən çox maaş alan futbolçuları açıqlandı - Siyahı
-
Şıxıliyevə qarşı mülki iddia təmin edilmədi - Zərəçəkən apellyasiya şikayət verdi
-
Bu küçələrdə avtobus zolağı ilə hərkət etmək olar - VİDEO
-
Azərbaycanın Livandakı səfirliyi təhlükəsizlik səbəbi ilə boşaldılıb - KİV
-
Dövlət Su Ehtiyatları Agentliyi üçün yeni inzibati bina tikiləcək - 13.5 milyona
-
Qəbələdə qadın itkin düşüb - Azyaşlı övladı ilə birlikdə
-
“Xalq Bank” kiçilib - Aktivləri 140 milyon manatdan çox azalıb
-
“Araz Motors” cərimələnib - Gömrük qaydalarını pozduğuna görə
-
Ölkəni quru yolla tərk edənlərin sayı 15% artaraq 461 min nəfərə çatıb - Rəsmi
-
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - Gəmilərə xəbərdarlıq
-
Prokurorluq ləğv edilmiş BNA-nın sabiq vəzifəli şəxsləri barəsində olan hökmdən narazıdır - PROTEST
-
Təbiətə 413 min ziyan vuran iş adamı məhkəmə qarşısında - Zərəri ödəyib
-
Ayın 19-u bu yollara girməyin! - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Qeyri-sabit hava şəraiti daha bir neçə gün davam edəcək - XƏBƏRDARLIQ
-
Bu il 158 cinayətkar qrup zərərsizləşdirilib - DİN-də kollegiya iclası
-
Azərbaycanda banklar faizlərdən 3 milyard manat qazanıblar – Tam siyahı
-
Ölkədən çıxarılan pulun mübahisəsi - KATV1-in sahibinə yazılan protokola bu tarixdə baxılacaq
-
Marketlərdə polietilen torbalar pullu olsa da, istifadə artıb: Səbəb nədir?
-
“Azərkontrakt” ləğv edildi - Sərəncam
-
BDU-da təmir işləri bitmir: yarım milyon manatlıq təmirə başlanılır
-
“Mənə o qədər pulu kim verə bilərdi?“ - MN-də 42 milyonluq mənimsəmə
-
Qarabağda yeni idarəçilik: icra hakimiyyətləri ləğv edilir?
-
Türkiyədə məmurla görüşə gələn qadınların geyimi müzakirə yaratdı - Fotolar
-
Xaricdən 9,5 manata gətirilən kərə yağı marketlərdə 20,9 manata satılır - Süni qiymət artımı var
-
“Ferrum Capital”ın vətəndaşlara qarşı məhkəmə iddiaları...
-
Leysan yağacaq, dolu düşəcək – Sabahın havası
-
Bakıda hansı bələdiyyələrin birləşdiriləcəyi məlum olub - SİYAHI
-
Xətaidə torpaq sürüşməsi oldu - Mütəxəssislər hadisə yerindədir
-
Təcili yardım xidməti ödənişli olacaq? - Vüqar Qurbanov açıqladı
-
Keniya və İtaliya İslam ölkələri kimi Şuşadakı tədbirdə təmsil olunacaq? - Müəmmalı tender
-
Xatirə İslam Naziləyə cavab verdi: “Heç kimin başı üçün deyil...“
-
Azərbaycanda bu bələdiyyələr birləşir - Siyahı
-
Prezident COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış oldu - Fotolar
-
Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI
-
Rövşən Rüstəmovun yarıtmaz fəaliyyəti: qatarların “dalınca baxa-baxa” qalmışıq...
-
60 yaşdan sonra boşanmalara səbəb nədir? – ARAŞDIRMA
-
“Prezident olsam, Baydenin prezidentlik kursunu davam etdirməyəcəyəm” - Harris
-
Xarici ticarətimizdə kəsir yarandı - səbəblər
-
Qış qabağı 2-ci əl kombilərə təlabat artdı - Qiymətlər
-
Bakıda “Trendyol“ vasitəsilə notbuk sifariş verdi, milçək dərmanı göndərildi - VİDEO
-
“STP Global Cable” cərimələndi - Valyuta vəsaitlərini xaricdən qaytarmadığına görə
-
Hər gün satılan yüzlərlə “dəvə qutabı“ həqiqətən dəvə ətindən hazırlanır? - VİDEO
-
Xırdalanda binanın 12-ci mərtəbəsindən yıxılan azyaşlı necə sağ qala bilib? - VİDEO
-
“Vital Chemistry“ işçiləri qanunsuz işlədib - PROTOKOL
-
Bakıda sürücüləri narahat edən problem - Bildiriş vaxtından əvvəl gəlir
-
Prezidentdən Füzuli ilə bağlı paylaşım - VİDEO
-
Fındıq yığımı başa çatdı, məhsuldarlıq aşağı oldu
-
Minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusunun verilməsi təklif edilir - VİDEO
-
İrəvan Gəncəyə edilmiş raket hücumlarını araşdırmalıdır - Hikmət Hacıyev
-
Füzulilərin yaddaşına həkk olunan tarixi gün
-
Azad Füzuli sürətlə bərpa edilir
-
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan dörd il ötür
-
Bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür
-
Hadisə çəkildiyi serialın rejissoru ilə sevgilidir - Foto
-
“Uşaq kimi sevinirəm“ - Lionel Messi
-
“Azərbaycan bütün dünyanı “COP atəşkəsinə” dəvət edir” - Hikmət Hacıyev
-
Tarixi Qələbənin Füzuli müjdəsi
-
Nazir general Rəfail Mehdiyevə vəzifə verdi - Rəis müavini təyin etdi
-
Azərbaycan meyvə-tərəvəzin idxalını niyə artırıb? - VİDEO
-
Saah Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
“Putinin səhhətində heç bir problem yoxdur” – Peskov
-
TƏBİB millət vəkilinin oğlundan anbar icarəyə götürdü - 1,2 milyon manata
-
2025-ci ilin dövlət büdcəsi niyə artırıldı? - Nazirlik şərh etdi
-
Füzuli şəhərində aparılan bərpa işləri geniş vüsət alıb
-
Xankəndi Azərbaycan ərazisidir - Rusiya XİN
-
“İnterşin“ MMC şirkəti cərimələndi - Gömrük qaydalarını pozduğuna görə
-
Ərdoğan Nəçirvan Bərzanini qəbul etdi - Ankarada
-
Müstəqillik tariximizdə ilk - Gələn il Xankəndi şəhərinin gəlir və xərcləri olacaq
-
Güclü maqnit qasırğası BAŞLADI – Nə qədər davam edəcək?
-
Pensiyalar oktyabrın 20-dən tez verilməyəcək... – DSMF hər ay ödəniş tarixini niyə irəliyə doğru “sürüşdürür”?
-
Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi nə yerdədir? - AÇIQLAMA
-
Qeyri-etik paylaşımlar edən tiktoker həbs edildi - 30 gün
-
Dollar satışında 8 ilin rekordu təzələndi – Neft Fondu 5.7 milyardı “əridib”; nə gözlənilir?
-
Nazir rəis əvəzini vəzifəsindən azad etdi - Yeni müavin təyin olundu
-
Azərbaycanın ət idxalına çəkdiyi xərc 50% artdı - RƏSMİ
-
Narkotik qəbul etdi, nənəsini güldanla döydü - Həbs olundu
-
Kəmaləddin Qafarovun biznes imperiyası: Deputatın hansı şirkətləri var?
-
Türkiyədə güclü zəlzələ - 190-a yaxın xəsarət alan var
-
“Rahat“ market saxlama müddəti ötmüş məhsullar satıb - Protokola Xankəndi məhkəməsində baxılacaq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Şərurlu İsfəndiyarın şirkətindən daha bir şikayət - Məhkəməyə verildi
-
İcra başçısının qalmaqallı oğlu danışdı: “Ferma qayınatamındır“ - VİDEO
-
Mübariz İbrahimovun atası dəfn edildi - Fotolar
-
Casusluğu sübuta yetirildi - 16 il cəza aldı
-
“Fransada fundamental insan haqlarının pozuntusudur...“ - Rəsmi Bakıdan Pavel Durovun həbsinə münasibət
-
Qərib Dadaşov Şükürbəylidə 14,5 milyonluq ev tikir - 93 mənzil...
-
“Rusiya ilə yanaşı, İran və Şimali Koreyaya qarşı da vuruşuruq“ - Zelenski
-
“Mənə oğul lazımdır?“ deyən “Renka“ 700 manat cərimələndi - VİDEO
-
Azərbaycanın qaz ixracından gəliri 46% azaldı - RƏSMİ
-
Beytulla Hüseynovun qızı 7 il sonra - Əmlakları geri istəyir
-
İki gün güclü külək olacaq - Xəbərdarlıq
-
Gələn ilin müdafiə və təhlükəsizlik xərcləri - Açıqlandı
-
Bölgələrdə yağış və qar yağacaq, dolu düşəcək - Sabahın havası
-
Azərbaycan 23 ölkəyə 11 milyard dollarlıq neft satdı - CƏDVƏL
-
Mərkəzi Nəbatat Bağında son vəziyyət - Bu tarixdə istifadəyə veriləcək
-
“Gavali Group” cərimələndi - Yığılmış vergi borcuna görə
-
Bu il narkotiklə bağlı 7668 cinayət faktı aşkarlanıb - Rəsmi
-
“Millenium”un istehsalçısı Əvəz Səfərli barədə iddia - Ölkədən nə qədər pul çıxarıb?
-
İrana hücum: Ağ ev və Netanyahu razılaşıb
-
“Premium Bank” çöküşə doğru gedir - Müştərilər depozitlərini geri götürürlər
-
Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib
-
Bloqer Cəmil qadınları görüntüləri ilə şantaj edirmiş - 6 il həbs verildi
-
Dövlət Su Ehtiyatları Agentliyində müəmmalı “kadr islahatı“ - Asəf Quliyev necə idarə rəisi oldu?
-
Türkiyənin duz mərkəzi olan, səyyahların heyran qaldığı Çankırı - FOTOLAR
TOP 10
ARXİV