Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Vosmoy”da söyüş üstündə kütləvi dava: Xəsarət alanlar var

Tarix 08.05.17, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda 8 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub

AzFakt.com report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, 8-ci kilometr ərazisində baş verib.

Belə ki, “Mercedes” və “Daewoo” markalı avtomobillərin sürücüləri və sərnişinləri arasında yolu hansı nəqliyyat vasitəsinin birinci keçməsi üstündə mübahisə yaranıb. Bu zaman hər iki tərəf bir-birinə qarşı nalayiq ifadələr işlədib.

Mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Nəticədə hər iki sürücü və avtomobillərdə olan sərnişinlər xəsarət alıblar.

Xəsarət alanlar: 28 yaşlı Allahverdiyev Amil Muradxan oğlu, 30 yaşlı Allahverdiyev Fikrət Fərman oğlu, 24 yaşlı Allahverdiyev Elşad Fərman oğlu, 18 yaşlı Əliyev Elvin Elmdar oğlu, 26 yaşlı Xələfov Seymur Vafiq oğlu, 22 yaşlı Rzayev Tural Əlirza oğlu və 37 yaşlı Rzayev Rzaxan Əlirza oğludur. Dava zamanı xəsarət almış daha bir yaralıya ambulator xidmət göstərilib.

Qeyd edək ki, 30 yaşlı Allahverdiyev Fikrət Fərman oğlu və 24 yaşlı Allahverdiyev Elşad Fərman oğlu dava zamanı üz nahiyələrindən ağır xəsarət alıblar. 

Hadisə ilə əlaqədar Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları əraziyə cəlb edilib, yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbərin oxunma sayı : 151




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap