Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Xaşuqçinin öldürülməsini təsdiqləyən dəlillər var –Türkiyə polisi Səudiyyə konsulluğunda nə tapıb?

Tarix 16.10.18, 0:27

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə və Səudiyyə Ərəbistanının yaratdığı birgə işçi qrup oktyabrın 15-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda axtarış aparıb.

Bu qrup səudiyyəli jurnalist Camal Xaşuqçinin oktyabrın 2-də konsulluğun binasında yoxa çıxmasını araşdırmaq üçün yaradılıb. Türkiyə hakimiyyəti hesab edir ki, jurnalisti binada qətlə yetiriblər. Səudiyyə Ərəbistanı ittihamı rədd edir.

Türkiyə insidenti araşdırmaq üçün ötən həftə Səudiyyə Ərəbistanından birgə qrup yaradılmasını xahiş eləmişdi. Məlumata görə, Türkiyə rəsmilərində jurnalistin konsulluqda öldürülməsinə dair audioyazı da var. Qərb mediası istintaqa yaxın mənbələrə istinadla yazırlar ki, həmin dəlillər jurnalistin Apll qol saatından ötürülüb.

Amma istintaq hələ ki, bu barədə rəsmi açıqlama verməyib.

Jurnalist Camal Xaşuqçi voktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna sənəd almaq üçün gedibmiş. Nişanlısı isə onu bayırda gözləyirmiş. Xaşuqçi Səudiyyə Ərəbistanının Yəmən siyasətini və fəqli düşünənləri boğmasını tənqid edən yazıları ilə tanınırdı.

O, “Vaşinqton Post” qəzeti ilə əməkdaşlıq edirdi. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər jurnalistin səfirlikdə öldürülməsi bəlli olsa Səudiyyə Ərəbistanını ağır cəza gözləyir. Böyük Britaniya da bəyan edib ki, bu məsələyə görə Səudiyyə rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər. Səudiyyə Ərəbistanı isə istənilən sanksiyaya cavab verəcəyini bildirib.

(Azadlıq radiosu)



Xəbərin oxunma sayı : 235




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap