Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Xal-Xal“ istirahət mərkəzində ÖZBAŞINALIQ - Az qala nəfəs almaq da pulludur...

Tarix 20.07.18, 15:56

Font ölçüsü : - / +
bitmap-img6


Şəlaləyə baxmaq belə, artıq pulludur, əraziyə gəzməyə gələn turistlər isə maşın saxlamaq üçün 1 manat ödəniş edirlər. Söhbət Oğuz rayonunda yerləşən Xal-xal şəlaləsini görmək üçün gələn turistlərdən və qonaqlardan dəxilsiz ödənişlərin tələb olunmasından gedir.

Son zamanlar respublikaya səfər edən əcnəbi qonaqların sayında artım müşahidə olunduğunu görən bəzi restoran sahibləri Allahın bəxş etdiyi gözəllik müqabilində insanları "soymaqla" varlanmaq qərarına gəliblər.

Belə hadisələrlə bağlı dəfələrlə yazılar yazılmasına və sosial şəbəkələrdə qınaq paylaşımları olmasına baxmayaraq, yenə də bəzi turizm obyektlərində qonaqları incidirlər. Bununla da ilk növbədə özlərinin və respublikanın adına mənfi imic formalaşdırırlar.

Sputnik Azərbaycan-ın bölgə müxbiri özbaşınalıqların hökm sürdüyü Oğuz rayonunun turizm obyektlərində olub və yaşananları yerindəcə müşahidə edib.

Etiraf edək ki, Oğuzda qarşılaşdığımız mənzərə heç də ürəkaçan olmadı. Hər ağacda bir yazıya rast gəldik. Düzdür, maarifləndirici və məlumatlandırıcı lövhələrin olması olduqca xoşdur. Ancaq insanlardan əsassız şəkildə ödəniş tələb olunduğu lövhələri heç də xoş qarşılamaq olmur.

Bu xoşagəlməz vəziyyət əraziyə istirahət üçün üz tutmuş həmvətənlərimizdə də ikrah hissi doğurur. Onlar əməkdaşımıza öz narazılıqlarını belə bildirdilər: "Vətəni, ölkənin mənafeyini, turizmin inkişafını yox, öz ciblərini düşünən sahibkarlar günahkardırlar. Sahibkarlar düşünmürlər ki, bu, onlara müəyyən qədər mənfəət gətirə bilər, ancaq ilk növbədə vətənpərvər olmaq lazımdır. Bu münasibəti görən turist bir də heç vaxt bura gəlmək istəməyəcək".

"Təbiət gözəlliyi hər insanın nemətidir. Hansısa müqavilə qarşılığında dövlətin ərazisində fəaliyyət göstərərək, onun gözəl təbiətinə insanlara ödəniş qarşılığında baxmağa icazə vermək doğru deyil" – istirahət mərkəzində qarşılaşdığımız şəhər sakini dedi.

Gördüklərimizdən və eşitdiklərimizdən sonra Xal-Xal istirahət mərkəzinin rəhbəri İsgəndər İsgəndərzadədən insanların qınağına çevrilmiş məsələyə aydınlıq gətirməsini xahiş etdik.

Sahibkar əvvəlcə Xal-Xal istirahət mərkəzinin yaradılması barədə məlumat verdi: "Bu istirahət mərkəzi 2014-cü ildən fəaliyyət göstərir. Bura ilk vaxtlar meşəlik və keçilməz ərazi idi. Sonradan abadlıq işləri aparıldı, ərazidə 250-dən artıq müxtəlif növ dekorativ ağaclar əkildi, süni göllər quruldu. İnsanlarda maraq oyatmaq məqsədilə ərazidən 1 km-dən çox uzaqlıqdan su çəkilərək süni şəkildə şəlalə yaradıldı. Bundan başqa, göllərdə qonaqların qayıq ilə gəzməsi üçün bir neçə qayıq alındı".

İ.İsgəndərzadə qeyd etdi ki, məhz bu görülən işlərə çəkilən xərclərə görə istirahət mərkəzində xidmətlər pulludur: "Əlbəttə, gələn qonaq gözəllik görmək və istirahətin maraqlı keçirmək istəyir. Biz də çəkdiyimiz xərcləri qarşılamaq üçün göldə gəzinti və şəlalə ətrafında şəkil çəkdirmək üçün pullu xidmət göstəririk".

Sahibkarın sözlərinə görə, indiyədək qayıqdan istifadə və ya yaradılmış ərazidə şəkil çəkdirmək üçün tələb olunan ödənişə görə onlara narazılıq edən olmayıb: "İndiyə kimi heç vaxt belə problemlə qarşılaşmamışıq. Bu barədə danışılanlar, ancaq əraziyə qonaq gətirən bələdçilərin təxribatıdır. Belə ki, onlar gətirdikləri qonaq qarşılığında restoran sahiblərindən müəyyən faiz tələb edirlər. Qarşılığında da rədd cavabı alırlar deyə, bu cür söz-söhbətlər yaradırlar".

İsgəndərzadə vurğuladı ki, dəfələrlə turizm agentliklərinə bu məsələ ilə bağlı məlumat versələr də, hələ problem aradan qaldırılmayıb: "İndi də bir neçə gündür yenə hansısa bələdçinin şantajı ilə qarşı-qarşıyayıq. Bu məsələni artıq hüquqi yolla həll etmək niyyətindəyik, problemlə bağlı son sözü ekspertlər deyəcək".

"Bildiyim bir şey var ki, turistlərin, qonaqların Azərbaycanda heç bir haqq ödəmədən gedə biləcəyi şəlalələr çoxdur. Düşünürəm ki, müvafiq qurumlar bu işlə məşğul olacaqlar" – sahibkar qeyd etdi.



Xəbərin oxunma sayı : 247




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap