Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

"Xalqımız Qarabağda qələbəni Azərbaycanla birgə qeyd etdi" - Pakistanın Baş naziri

Tarix 14.01.21, 21:59

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri İmran Xan ilə görüşü baş tutub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Strateq.az-a verilən məlumata görə, Baş nazir İmran Xan əldə etdiyi qələbə münasibətilə Azərbaycanı təbrik edərək, bu xüsusda səmimi arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqətinə çatdırılmasını xahiş edib.

Qələbənin Pakistan xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən Baş nazir bu hadisəni Pakistan xalqının Azərbaycanla birgə qeyd etdiyini bildirib.

Nazir Ceyhun Bayramov xoş qəbula və yüksək səviyyədə təşkil edilən ikitərəfli və çoxtərəfli görüşlərə görə təşəkkürünü bildirdi və Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin salamlarını və səmimi arzularını Baş nazirin diqqətinə çatdırıb.O, həmçinin Azərbaycanın Vətən müharibəsində qələbəsi ilə bağlı Pakistan Baş nazirinin təbriklərinə görə minnətdarlığını ifadə edib. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə Pakistan tərəfindən verilən birmənalı dəstəyi, bu xüsusda qəbul edilmiş qətnamələri yüksək qiymətləndirib və təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, bununla yanaşı, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu vurğulayıb.

Həmçinin Pakistan Baş nazirinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən işlər, o cümlədən bu ərazilərdə həyata keçirilən minalardan təmizləmə işləri, bərpa və quruculuq fəaliyyəti barədə məlumat verib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



Xəbərin oxunma sayı : 1030




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap