Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Xaricdə olan 15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub” - Prezidentin köməkçisi

Tarix 08.04.20, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


“Xaricdə olan 15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub. Gətirilənlər xüsusi karantin zonalarında yerləşdirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, 20 aprelə qədər Azərbaycana hava yolları və quru yollarla giriş-çıxış dayandırılıb: “Bu, yükdaşımalara şamil edilmir, daxili yoluxma hallarına diqqəti yönəltmək üçündür. Həmçinin karantin məqsədləri üçün ayrılmış karantin yerləri ilə bağlı məsələni tənzimləməkdən ötrüdür. Xaricdə olan vətəndaşlarımıza da anlayışları üçün təşəkkür edirik. Sərhədlər bağlansa da, müstəsna hallar olur. Son iki gündə Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi halları olub. O insanların yaxınları müraciət edib, humanizm prinsipi əsasında bu məsələ nəzərə alındı”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, xaricdəki diplomatik nümayəndəliklərimiz vətəndaşlarımızla təmasdadırlar: “Zəruri ehtiyacı olan vətəndaşlara diplomatik nümayəndəliklərimiz, tələbələrə münasibətdə isə Təhsil Nazirliyi tərəfindən dəstək verilir”.



Xəbərin oxunma sayı : 622




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap