|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Xetafe“də oynayan Turanın atası: “Düşünmədən Azərbaycan millisi!“
Tarix 10.09.21, 22:00 |
|
Bir neçə gün öncə 11 yaşlı azərbaycanlı futbolçu Turan Qasımlı "Xetafe"nin akademiyasına keçib.
Yeniyetmə futbolçunun atası Cəmşid Qasımlı Fanat.Az-a müsahibəsində oğlunun İspaniya klubuna keçidindən danışıb.
- Turan hiperaktiv bir uşaq olub. Doğulduğu Sumqayıt şəhərində əməkdar idman xadimi Rövşən Allahverdiyev qonşumuz idi. Turanı karate məşqləri üçün onun yanına apardıq. Evi "sökməsin" deyə belə qərara gəldik. (gülür)... Uşaq öz enerjisini hardasa sərf etməli idi. Hər gün 2-3 saat məşq edirdi. Bəlli bir müddətdən sonra Turan yarışlara qatıldı və yaxşı nəticələr əldə etdi. Azərbaycan üzrə bürünc mükafatçı oldu. 6 yaşına qədər karate ilə məşğul olsa da, marağı daha çox futbola idi. Əlinə imkan düşən kimi futbol oynamağa qaçırdı. Yaşıdlarından fərqli olaraq oyuna daha böyük futbolçular kimi yanaşırdı. Hamı onun maraqlı futbol oynadığını qeyd edirdi. Azərbaycanda heç bir akademiyanın yetirməsi deyil.
Dostum İspaniyada yaşayır. Yay istirahəti üçün ailəvi olaraq 2 aylıq onun yanına getdik. Bir gün təsadüfən "Malaqa" futbol akademiyasının yanından keçirdik. Turan mənə bu akademiyada oynamaq niyyətində olduğunu bildirdi. Maraqlandıq və seçimlərin tarixini öyrəndik. Turanı düşünmədən akademiyaya qəbul etdilər. Qeyd edim ki, Avropada futbol akademiyasına qəbul olmaq elə də asan deyil. Turanın yetənəyi kifayət etdi ki, onu düşünmədən akademiyaya seçsinlər. Karatedə qazandığı bacarıqlar da ona kömək olub. Tez düşünüb qərar vermək, hər iki ayaqla topla rəftar etmək, qısa və cəld ötürmələri yerinə yetirmək kimi keyfiyyətlərin olmasında 2 illik karate praktikasının böyük rolu olub.
Bir müddət sonra məşhur futbolçu İskonun (İsco Alarcon) uşaqlıq müəllimi Xuan Zafra Qutiyerres Turana nəzər yetirdi və onun akademiyada uzun müddət qalmasının lazım olduğunu rəhbərliyə çatdırdı. Beləliklə İspaniyada qalası olduq.
6 ay məşqdən sonra La Liqanın aşağı yaş qrupları üzrə yarışda iştirak etdi. "Malaqa" akademiyasının yetirməsidir. "Atletiko Madrid" də daxil olmaqla bir neçə klubdan təkliflər var idi. Bir neçə gün öncə isə "Xetafe" akademiyasından gələn təklifi qəbul etdik. Bu akademiyada olması daha məqsədə uyğundur.
- Futbolçu ilə daha hansı klublar və skautlar maraqlanır?
- "Barselona" klubunun skautu Marko uşağı çox yaxından izləyir, "Sevilya", "Betis" klubunun rəsmiləri tez-tez mənimlə əlaqə saxlayıb Turanın vəziyyətini soruşurlar. "Atletiko Madrid" isə demək olar ki, əlindən gələn hər şeyi etdi ki, Turan orada oynasın. Biz klub qarşısında şərt qoyduq ki, Turanın fiziki hazırlığı barədə bizə hər gün hesabat verilməlidir. "Atletiko" isə bununla razılaşmadı. Maliyyə və bir çox üstünlüklərdən vaz keçdik. Fikrimcə, hələ peşəkar səviyyədə püxtələşməlidir. Hər tanınmış kluba qaçmırıq. Komandanın adına görə hansısa akademiyanı seçmək düzgün deyil. Aşağıdan yuxarı doğru getməyə çalışırıq. "Xetafe" akademiyası İspaniyanın 2-3 ən yaxşı məktəblərindən biridir. "Məndən yoxdur" fikri bizə yaddır. Təvazökarlıqdan da uzağıq. Çalışıram onu fərqli istiqamətdə yönəldim. Futbol bir peşədir və buna yüksək səviyyədə yiyələnmək lazımdır. Onun fərdi məşqçisi var fiziki və psixoloji durumuna yüksək səviyyədə nəzarət edir. Hələlik belə yaxşıdır, tələsmirik. "Xetafe"nin təklifini seçmişik və yolumuza burda davam edirik.
- Turanın özünün psixoloji durumu və dil bilikləri necədir? Qidalanmasına ciddi nəzarət olunur?
- Artıq 5 ildir burdayıq. İspan dilini yaxşı bilir, amma ata-bala doğma dildə hər gün mütləq 1-2 saat ünsiyyətdə oluruq. Yerli uşaqlarla və digər insanlarla ünsiyyət qurmaq ona çətinlik yaratmır. Qidalanması nəzarət altındadır, xüsusi plana uyğun olaraq qidalanır. Bu baxımdan özü də məsuliyyətlidir.
- Cəmşid bəy, hazırda Turan elə bir yaşdadır ki, müəyyən qərarları onun yerinə siz verməli olursunuz. Gələcəkdə Turanın hansı millidə oynamasına üstünlük verərdiniz və uşaq özü bu barədə nə düşünür?
- Mənim qardaşım I Qarabağ Müharibəsində şəhid olub. Ötən il isə Vətən müharibəsində 20-dən çox qohumumuz iştirak edib. Onların da arasənda şəhadətə qovuşan olub. O, bunların hamısını eşidirdi və buna sarsıntı keçirirdi. 44 günlük müharibə zamanı Turan "Sevilya" ya qarşı oyunda vurduğu qolu onların hamısını yad edərək meydanın mərkəzində əsgər salamı ilə qeyd etmişdi. Buna görə La Liqadan sərt xəbərdarlıq da almışdı. İspan jurnalistlərə müsahibədə də bunu ətraflı izah etdi.
Ona tez-tez "Sən Avropada böyüsən də, azərbaycanlısan" deyirəm. Mən özüm Azərbaycan millisinin azarkeşiyəm. Hətta bir dəfə millimizin Polşaya acı məğlubiyyətindən sonra özümü saxlaya bilməyib ağlamışdım. Deməyim odur ki, yığma seçiminə gəlsək, mən çox düşünməyəcəm. Həm Turan, həm də mən ölkə futbolu üçün ən yaxşısı uğrunda çalışmağa hazırıq. Sosial şəbəkələrdə mənə "İspaniyanı seç" kimi çağırışlar edirlər. Mən ona bir neçə futbolçunu örnək gətirirəm. Məsələn, Messinin İspaniya millisini seçəcəyi təqdirdə titullarının sayı hesabı olmazdı. Rayan Giqs (Ryan Giggs) də onun kimi. Ətrafdan gələn "İspaniyanı seç" məsləhətləri heç nəyi dəyişmir. Azərbaycan və azərbaycançılıq önəmli məsələdir.
- Ölkə xaricində yaşadığınız üçün uşağa xüsusi diqqət lazımdır. Bunun öhdəsindən gələ bilirsiniz?
- Azərbaycanda yaşadığım dövrdə düşünürdüm ki, Avropada bu qədər azərbaycanlı ailəsi var, nə əcəb onlardan futbolçu çıxmır?! Özüm bura gələndə gördüm ki, bu, olduqca mürəkkəb bir prosesdir. Müraciət edənlərin sayı 5 000-6 000, amma seçilən cəmi 25-30 futbolçu olur.
Əlbəttə ki, yad ölkədə xüsusi bir diqqət lazımdır. Maddiyatla bağlı problemlər olur, mənəvi sıxıntı olur. Bəlli bir dönəmə qədər bunlar mənim üzərimdədir. Asan deyil, amma bu, mənim bir nömrəli borcumdur və nəyin bahasına olursa-olsun bunun öhdəsindən gəlirəm. Hər oyundan sonra Turanın sərgilədiyi futbolu görənlər mənə yaxınlaşıb müəyyən məsləhətlər verirlər. Onunla necə davrandığımı, onu necə tərbiyələndirdiyimi və onu hansı şəraitdə böyütdüyümü soruşurlar. Onlar da bilir ki, Turana xüsusi diqqət lazımdır. Hələ ki, pis-yaxşı öhtəsindən gəlirik. Bir dəfə onun oyununu buraxmamaq üçün işimdən istefa vermişəm. Düzdür, sonradan çağırıb işimi bərpa etdilər, dediyim odur ki, onunla maksimum məşğul oluram.
- Turan əsasən hansı futbolçu keyfiyyətinə görə fərqlənir?
- Məşqçiləri və yaşıdları onun oyununu əfsanəvi futbolçu İniesta ilə müqayisə edirlər. Amma İniestadan fərqi odur ki, qapıya doğru çox zərbə endirir. Önü açıq oldusa, məsafəyə baxmayaraq topu qapıya ünvanlaya bilir. Cərimə zərbələrindən fərqlənə bilir ki, bunun da üzərində xüsusi proqrama əsasən özüm işləyirəm. Ayaqları ilə cəld hərəkət edir, anidən yön dəyişə bilir.
- Azərbaycanda onu izləyən futbol azarkeşlərindən yəqin ki, tez-tez dəstək mesajları alırsınız.
- Mesajlar fərqli olur. Dəstəyə görə hamıya təşəkkür düşür. Tənqid mesajlarına isə həmişə acığıq. Amma bir çoxu hətta təhqir belə edir. Bunu başa düşmürəm. Deyirlər ki, İspaniya futbolun vətənidir, orda komandaya düşməyə nə var ki, sən gəl, ölkədə oyna. Turan 5 000 uşağın içindən seçilən 24 nəfərdən biri olub. Bu, kimin və ya nəyin hesabına olub? Özünün fərdi keyfiyyətlərinin hesabına olub. Seçim üçün qapı hamıya açıqdır. Bacarığınız varsa, buyurun gəlin və nəticə qazanın. Yenə deyirəm dəstəyə görə təşəkkür edirəm, tənqid qəbul olunur və çalışırıq daha yaxşı olar. Amma həvəsdən salıcı sözlər və təhqirlər qəbulolunmazdır.
Xatırladaq ki, Turan Qasımlı "Xetafe" klubunun üzvü olaraq La Liqanın U-12 çempionatında çıxış edir.
Xəbərin oxunma sayı : 385
İdman
Xəbərlər
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
TOP 10
ARXİV