Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Xəzər TV“dən Tahir İmanova ağır sözlər: “Zibil yeşiyi...“ (VİDEO)

Tarix 04.11.18, 20:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın əməkdar artisti. Çox təmtəraqlı səslənir. Bu adı almaq qədər onu daşımaq da məharət istəyir. Amma deyəsən, aktyor Tahir İmanov bu adın verdiyi məsuliyyət yükünün altında əziyyət çəkir. Əgər belə olmasaydı, öz tükənmişliyinin günahını başqalarında axtarmazdı.

Xəzər TV-nin xəbərinə görə, Tahir İmanov bugünlərdə mətbuata açıqlama verib və öz ağlınca baltanı kökündən vurub. Ki, bəs, Azərbaycanın bütün özəl TV kanallarını zibil yeşiyinə atardım. Səbəbini də deyib: guya bu kanalların hamısı ucdantutma onun kimi istedadları başa düşəcək səviyyədə deyilmiş.

Bu şəxs daha sonra bir az da irəli gedərək iddia edib ki, hazırda Azərbaycan mediasının 95%-i sarı mediadır. Yəni ona inansaq, ölkədə ciddi media yox imiş.

Bəs, belə iddiaları dilə gətirməyə onu vadar edən nədir? Deyir ki, sonuncu konsertimizə çağırdığımız jurnalistlər konsertdən deyil, başqa şeylərdən yazıblar. Biz də sual edirik: niyə? Cavab sadədir: ona görə ki, təqdim edilən konsert sadəcə gözlənilən marağı doğurmayıb. Bu da bu adamın istedadının tükənməsinin sübutu ola bilər.

İstedadın tükənməsindən söz düşmüşkən: Tahir İmanov deyir ki, son illər ərzində filmlər çəkiblər, amma arzu olunan diqqətlə qarşılaşmayıblar. Elə bu faktın özü bir daha sübut edir ki, istedad tükənib, ictimai maraq dairəsi daralıb. Ona görə də media artıq bu adamların tamaşalarına əvvəlki kimi diqqət göstərmir. Yəni belə bir şəxsin özünün tükənməsini dərk etmək yerinə durub Azərbaycan mediasının 95 faizini günahlandırması, jurnalistləri az qala ucdantutma savadsız elan etməsi artıq onun özünün problemli olmasından xəbər verir.

Və sonda. Tahir İmanov doğurdanmı hesab edir ki, onun məşhurlaşmasında, tamaşaçı rəğbəti qazanmasında, lap elə “əməkdar artist” adını almasında indi zibil yeşiyinə atmağa hazır olduğu mətbuatın, eləcə də özəl televiziyaların rolu olmayıb?!

Əgər aktyor tükənibsə, ortaya yeni maraqlı heç nə çıxara bilmirsə, tamaşaçı özü onu zibil yeşiyinə atır. Əgər Tahir İmanov şənliyini və hazırcavablığını itiribsə, burada televiziyaları günahlandırmaq ən azı çörəyi dizinin üstündə olmaqdır.





Xəbərin oxunma sayı : 322




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap