Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Xəzəri hasarlayıb balığı da satır, kürüsünü də...” - Partiya sədrindən etiraz

Tarix 26.06.22, 15:34

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Azərbaycanda fəaliyyət göstərən 30-a yaxın siyasi partiya təmsilçisi işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Onlar minatəmiziləmə işləri ilə maraqlanaraq, Həkəri çayına xeyli miqdarda kiçik balıq buraxıblar. 

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında səfəriin yüksək səviyyədə keçdiyini deyib: “İlk dəfə görürdüm ki, işğaldan azad olunmuş ərazilərdə bu dərəcədə yüksək səviyyəli quruculuq işləri gedir. Yol çəkilişi, yeni dəmiryolunun inşası, yeni qəsəbələrin salınması insanı xoşbəxt edir. Bizi yeni salınmış “Ağıllı kənd”ə apardılar və burada yüksək səviyyədə quruculuq işlərinin aparıldığını öz gözlərimizlə gördük. Mən belə layihələri Almaniyada görmüşdüm və Azərbaycanda da belə layihələrin olması məni çox sevindirdi”. 

18 il balıqçılıq sahəsində işlədiyini xatırladan siyasətçi deyib ki, bu sahənin inkişafına xüsusi diqqət ayrılmalıdır: “Azərbaycanda balıqçılıq sahəsinin inkişaf etdirilməsində böyük rolum olub. Mənim vaxtımda Göygöldə, Zaqatalada, Şəkidə və bir çox başqa rayonlarımızda yeni zavodlar, fabriklər tikildi. Hazırda Azərbaycanın dövlət büdcəsinin 30-40%-ni balıq sahəsindən gələn gəlirlə təmin etmək olar. Azərbaycanda dünya miqyasında dəyərli olan bir çox balıq növləri - farel, nərə balığı, sazanı və.s var. Bu balıqlarla Azərbaycan bazarında bolluq və qiymətlərin ucuzlaşmasına zəmin yaratmaq olar. Bəzi oliqarxlar, məmurlar var ki, dənizin bir tərəfin hasarlayıb balığı da satır, kürünü də. Bu adamlar özləri üçün biznes sahəsi yaradaraq, balıq bazarında süni bahalaşmaya səbəb olurlar. Mən hər zaman dənizin özəlləşdirilməsinin əleyhinə olmuşam. Öz təcrübələrimə arxalanaraq bildirmək istəyirəm ki, əgər belə halların aradan qaldırılmasını istəyiriksə, bunun üçün xüsusi dövlət  qurumu yaradılmalıdır". 



Xəbərin oxunma sayı : 646




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap