Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Yığmanın artıq özünəməxsus stili var” - Canni de Byazi

Tarix 13.11.21, 19:42

Font ölçüsü : - / +
bitmap-img6


“Fikirləşirəm ki, işimizi təkcə nəticələrlə dəyərləndirmək düzgün olmaz. Çünki əsas məqsədimiz futbolun inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Qətərlə keçiriləcək yoldaşlıq görüşü öncəsi Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

DÇ-2022-nin seçmə mərhələsini 1 xalla sonuncu pillədə başa vuran yığmamız bu ilin martında Macarıstanda 1:2 hesabı ilə uduzduğu Qətəri sabah Bakı Olimpiya Stadionunda qəbul edəcək.

İtaliyalı mütəxəssis mətbuat konfransında gələnilki dünya çempionatının ev sahibi ilə keçiriləcək matça münasibət bildirib: “Komandada çox dəyişiklik etdik, gənclər cəlb etdik. Çalışdıq ki, onlardan istifadə edək. Düşünürəm ki, mənim və bizim ümumi ideyalarımız var, nə istədiyimizi bilirik. Komandanın oyununda inkişaf görürəm. Yığmanın artıq özünəməxsus stili var. Rəqiblər güclü olsa da, hamısı ilə başabaş oynamışıq. İnkişaf dövründə ilk növbədə təcrübə lazımdır. Gənclərimiz var, bu, bəzən bizə baha başa gəlir. Məsələn, Lüksemburqla son oyunun 20-ci dəqiqəsində qırmızı vərəqə oldu. Bütün matçlarda sona qədər mübarizə apardıq. Azərbaycanın şərəfini ən yaxşı şəkildə qorumağa çalışdıq. Ən böyük nəticəmiz komandaya mentaliteti oturtmaq oldu. Ən vacib odur ki, hər bir rəqibə çətinlik yarada bilərik. Bu dövrdə 15 nəfərdən çox oyunçu millidə debüt etdi, dəyişikliklər çox oldu. Belə dövr həmişə çətin və riskli olur. Nəzərə alaq ki, onların təcrübəsi yoxdur. Bu yola başlanılıb, əminəm ki, bu işin bəhrəsi tezliklə olacaq. Qısa müddətdir. Onu da nəzərə almaq lazımdır ki, çox çətinliklərlə qarşılaşdıq. Pandemiya və müharibə dönəminə düşdük, bəzi oyunları öz meydanımızda keçirə bilmədik. Çox sayda oyunçularımızı itirdik”.

- Sabah ilk dəqiqələrdən eksperiment olacaq?
- Düşünürəm ki, ən yaxşı heyətimizlə çıxacağıq. Bəzi dəyişikliklər də olacaq. Amma hər şeyin öz yeri var.

- Elə giriş etdiniz ki, sanki yığmada qalacağınızdan əminsiniz. AFFA rəhbərliyi ilə artıq danışmısınız, yoxsa hələ gözləmədəsiniz?
- Hələ heç nə bilinmir. Bu mənim son mətbuat konfransım da ola bilər. Ümumilikdə 15 aydakı olanlar barədə fikrimi bildirdim. Sabah 20-ci oyuna çıxacağıq. Bu, elə də böyük rəqəm deyil. Məşqçi bir ölkəyə gələndə ən böyük çətinliklərdən biri oyunçuların mentalitetini, arzularını, hara getmək istədiklərini bilməkdir. Bu gün deyə bilərəm ki, onları çox yaxşı tanıyıram. Yığmaya çox oyunçu cəlb etmişdik.

- U-21 yığmasının baş məşqçisi bildirib ki, yığmaya 15 oyunçu verib, siz isə mentaliteti ön plana çıxardınız. Heyətdəki bu qədər dəyişiklik kimin zəhmətinin nəticəsidir?
- Düşünmürəm ki, mənimlə Milan Obradoviç arasında hansısa anlaşılmazlıq olsun. U-21-in əsas məqsədi əsas yığmaya oyunçu hazırlamaqdır. Bəzən oradan oyunçular cəlb edirdik ki, əsas komandanın ab-havasını görsünlər. İnkişaf dövründə vacib məqamdır. Adicə bir missal çəkim. Məktəbdən əvvəl uşaq baxçaya gedir. Hər şeyin öz vaxtı var. Mentalitet baxımından danışırıqsa, bunun özünə də vaxt lazımdır. Öz təcrübəmi maksimum dərəcədə oyunçulara başa salmağa çalışıram. Mən gələndə Emin Mahmudov milliyə çağırılmırdı. Amma bu gün bizim ən vacib oyunçularımızdan biridir. Kənardan danışmaq çox asandır.

- 70 dəqiqə azlıqda oynamaq əlavə fiziki güc sərf etmək deməkdir. Bu amil Qətərlə oyunda komandaya problem yaratmayacaq?
- Buna sabah baxarıq. İlk növbədə heyəti açıqlamazdan əvvəl oyunçuların durumuna baxacağam. Üstəlik, 6 əvəzləmə imkanımız olacaq. Düşünürəm ki, vəziyyəti idarə etmək olar.



Xəbərin oxunma sayı : 922




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap