|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yaşı gözündə donan qubalı qız - İlhamiyyə Rza Nurayın evindən yazır
Tarix 09.01.17, 23:05 |
|
10 yaşlı qızcığazın fəryadı qulağımdan hələ də getməyib. Bu fəryadın arxasınca Qubaya gəlib çıxmışıq. Olay kifayət qədər ictimailəşdiyindən, təfərrüata varmıram, hər şeyi özünüz məşum videodan görmüsünüz. Məhz ictimailəşməsi səbəbindən, ümid var ki, hər şey ədalətli şəkildə həll olunacaq. Amma bu ictimailəşmənin xeyri varsa, ziyanını da görməkdəyik və bu, narahatçılıq yaratmaya bilmir.
Xeyirini qeyd etdim, ziyanı isə, uşağın adının, şəkillərinin mediada yayımlanması, lazımsız, naşı yanaşmaların ürək bulandırması, aləm qarışıb məzhəb itərkən günahsız adamların yarğılanması və uşağa bunun mümkün yan etkiləri.
Bu, bir müddət hələ davam edəcək. Amma narahatçılıq doğuran məqamlar içində ən təhlükəlisi uşağa vurulmuş travmadır, heç şübhəsiz ki, ilk növbədə buna əncam çəkmək və gələcək zərbələrdən qorumaq lazımdır bu qızcığazı.
Millət vəkili Qənirə xanımın yaratdığı imkan və təklifdən yararlanıb səhər saat 9-da komfortlu maşında Qubaya yola düşürük.
- Bilirsən, İlhamiyyə, hər şey yoluna düşəcək, bax, indi Ailə Uşaq və Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da yolda bizə qoşulacaq, məsələni yerində araşdıracaq və hər şey ədalətli və qanuna uyğun bir şəkildə yoluna düşəcək. Amma uşaq ciddi travma alıb. Əsas məqsədim bir az onun könlünü almaqdır. Hədiyyələr də almışam ona, görək üzünü güldürə biləcəyikmi?
- Qanun uşağın maraqlarını hər şeydən üstün tutmalıdır. Qoşulduğumuz beynəlxalq konvensiyalar da bunu deyir. Uşağın maraqları, rəyi əsasdır.
- Əlbəttə... - millət vəkili razılaşıb qayğılı bir üz ifadəsi ilə susur...
Yenidən sükutu pozuram:
- Görəsən, o videodakı uşağı müdafiə etməyə cəhd göstərən şəxs kimdir bəs? O olmasaydı, insanlığa inamım ölə bilərdi. Hər dəfə uşağı zorla xaladan ayırmaq istəyəndə, kişi nalə çəkirdi ki, bəs, uşağın bağrı yarıldı axı, yazıqdı, belə etməyin.
- Hə, yerində maraqlanarıq. Görək kimdir .
Yolda Aynur xanımın maşını da bizə qoşulur. Beləcə, Quba İcra Hakimiyyəti binasına yetişirik. İcra Hakimiyyəti başçısının iki müavini ilə qısa dialoqdan sonra Nuraygilə (ad şərti deyil, çünki artıq uşağın adı da, görüntüləri də kifayət qədər tirajlanıb) yollanırıq.
Çatırıq. Kifayət qədər mədəni təsiri bağışlayır ailə, sonradan öyrənirəm ki, xalalar müəllimədirlər, uşağın rəhmətlik anası da müəllimə imiş. Nuray xalasının əlini bir anlıq da buraxmır. Göz bəbəkləri sürəkli sağa sola hərəkətdədir, dodaqlarını çeynəyir. Ürküdülmüş dovşan kimi çırpınır ürəyi. Bunu Qənirə xanım uşağı qucaqlayanda dedi, millət vəkilinin tibbi təhsili özünü göstərir:
- Uşağın ürəyi çox sürətlə döyünür. Taxikardiyası var heç şübhəsiz.
Mənsə fikirləşirəm ki, tək taxikardiyası olsa şükür edək, başqa xəstəliklər olmasın barı...
Aynur xanım araşdırmalara başlayır, suallar verir, sənədləri incələyir, şəkil çəkməməyimizi xahiş edir:
- Biz işimizi görürük, şou yaratmırıq. Şəkillərə ehtiyac yoxdur.
Ürəyimdə alqışlasam da onun bu istəyini, sosial şəbəkədə məndən xəbər gözləyənlərə bəzi məqamları maddi sübut şəklində təqdim etmək kimi bir öhdəliyimin də olduğunu fikirləşirəm. Tamam, Aynur xanımın şəklini çəkməsəm də, Nuraydan və qəyyumlarından şəkil çəkməklə bağlı icazə istəyib, müsbət cavab alıram. Səfərdə bizi müşayiət edən Çingiz Bayramovla (Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri) keçirik uşağın otağına. Bayaqdan xalanın əlini buraxmayan uşağı da öz otağına dəvət edincə, yalnız xalası ilə keçməyə razılıq verir. Keçirik və yaxşı mənada heyrətlənirəm. Çəhrayı rəngdə süslənmiş bu uşaq otağında, Nurayın özünəməxsus bir aləmi ilə tanışlığımız başlayır. Pianino, üstündə çox sayda şəkillər, xoşbəxt uşaqlıq anları, gülümsəyən Nuray. Bəli, nəhayət, onun təbəssümünü görürük. Amma hələlik yalnız fotolarda. Bu balaca qızın rəsm çəkməkdən də xoşu gəlir və divara öz işlərini də yapışdırıb. Yerdəki xalçadan tutmuş otağın pərdəsinədək, pərdənin arxasından boylanan dibçək güllərinədək, hər şey uşağa qayğıdan xəbər verir. Xalça da, pərdə də, mebel də qız uşağına yaxın olan mövzulardır. Çəhrayı rəngli prenses şəkilləri hər tərəfdən bizə boylanır.
Nuraydan nəsə ifa etməsini istəsək də imtina edir. Biz də üstünə getmirik. Amma notlar və pianinonun açıq qapağı onun hər gün məşğul olduğundan xəbər verir. Uşağın iki albomu var, icazə alıb, baxırıq. 10 yaşlı uşağın həyatının bütün mərhələləri əks olunub. Bax burda balacadır, xalanın qucağında, ikisi də gülürlər. Burda isə doğum günü tortunun üstündəki şamı üfürür. Beləcə, bir neçə müxtəlif yaşa aid doğum günü şəkillərini izləyirik. Demək ki, onun hər doğum günü ailədə bir bayram imiş...
Bu zaman, Qənirə xanım da otağa gəlib Nuraydan nəsə ifa etməsini xahiş edir. Bayaqdan bizə imtina edən qızcığaz bu dəfə razılaşıb keçir piano arxasına, etüd ifa edir. Alət kökdən düşsə də şövqlə çalır.
Amma hələ də üzündə təbəssüm yoxdur. Nə qədər çalışsaq da könlünü aça bilmirik, deyəsən. Yenidən qonaq otağına qayıdırıq. Xaladan soruşuram:
- Uşaq atasından niyə belə qorxur axı? Səbəb nədir?
- Nə deyim, biz ona heç vaxt atasını pis tanıtmamışıq. Sadəcə, üzünü görməyib. Görəndə də belə. Məhkəmə uşağı atasına verib. Komitə də öz rəyini verib ki, uşaq hazır deyil ata ilə yaşamağa, tədricən alışdırmaq lazımdır. Budur, baxın, bu sənəddə də var bunlar.
- Bəs atası ilə bu bir ildə ünsiyyəti niyə olmayıb?
- Vallah bizlik nə var, gedək ata axtaraq ki, hardadır, gəlsin? Gəlsə gələrdi də. Biz onun yanına gedəsi deyilik ha...
- Atası alimenti də verirmiş axı, deyəsən.
- Məhkəmə də onun aliment ödədiyini əsas götürüb qərar verəndə, amma biz 1 manat da görməmişik. Sənədlər var ki, ödəyib. Bu da surətləri, baxın. İşlədiyi yerdən baş həkimin və mühasibin arayışı. Biz də getdik həmin banka, maraqlandıq, dedilər bizdə heç hesab da açılmayıb. Hesab olsaydı sizə verilməsə də heç olmasa orda toplanardı.
- Bəs pensiya alırsınızmı, uşağın anasına görə?
- Yox, heç bilmirik də, müraciət etməmişik. Amma qəyyumluğa görə 60 manat alırdıq.
- Yaxşı bəs ata, bu uşağa ki, illərdir maraq göstərməyib, belə çıxır ki, aliment də ödəməyib, o zaman neynir indi bu təkidlə uşağı, niyə birdən atalıq hissi oyanıb axı sizcə?
- Heç nə deyə bilmərik. Ortada əmlak söhbəti də yoxdur. Amma eşitmişik ki, qoca anası kənddə tək qalmasın deyə, istəyir Nurayı ora aparsın, anasına baxmaq üçün. Başqa əmlak mübahisəsi də yoxdur ortada, nə deyək vallah.
Bundan sonra söhbətə Aynur Sofiyeva qarışıb, uşağı sakitləşdirir ki, qızım, sən istədiyin kimi olacaq, daha böyük qızsan, sənin rəyini soruşacaqlar və sair və ilaxır.
Bu zaman, yoldakı söhbətimizin şahidi olmuş Çingiz bəy məni çağırır:
- İlhamiyyə xanım, yolda soruşurdunuz ki uşağa canı yanan o kişi kimdir? Bax, bu müəllimdir. Cəbrayıl Mirzəliyev. Ona yaxınlaşıb, çox söz demək istəyirəm, amma nədənsə, bir qədər susub, başqa söz tapmayıb, sadəcə, “çox sağ olun” deməkdən başqa bir şey gəlmir əlimdən. Amma bu “çox sağ ol”da o qədər mətləblər var ki...
Sonda görüşümüzün bədii hissəsi Qənirə xanımın hədiyyələri ilə tamamlanır. Kitablar, ardınca gələn nəsihətlər, digər hədiyyələr, uşağın bayaqdan gərgin üzündə bir təbəssüm yarada bilir.
Sağollaşıb ayrılırıq.
Qayıdanbaş yol söhbətlərimizdə əvvəlki gərginlik yoxdur artıq. İnanırıq ki, Nurayın maraqlarına zidd heç nə baş verməyəcək. Bu vaxt Qənirə xanım, daha bir neçə ailəyə baş çəkməli olduğunu deyir. Bu günlərdə Tovuzda şəhid olmuş əsgərimizin ailəsinə baş çəkəcəkmiş, ordan da Qarabağ qazisinin evinə ziyarətə gedəcəkdi.
Fikirləşirəm ki, problemlərindən xəbər tutmadığımız hələ nə qədər insanlar var bu məmləkətdə, nə yazıq ki, onların dadına çatmaq tək adamın işi deyil. Və nə yazıq ki, belə millət vəkillərimiz azdır, çox az.
Bu paradoks, şair demiş, dərdin çox olması, həmdərdin az olması fikri yol boyu tərk etmir məni.
Eh... tək yolboyu olsaydı, nə vardı ki...
Xəbərin oxunma sayı : 94
Sosial
Xəbərlər
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
TOP 10
ARXİV