Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Yalnız bir halda Ağ evdən gedərəm“ - Tramp şərtini açıqladı

Tarix 27.11.20, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Donald Tramp deyir ki, Seçici Kollegiyası Demokrat Co Baydenin qələbəsini rəsmiləşdirərsə, Ağ evdən gedəcək. İndiyədək o, seçkinin nəticələrinə qarşı mübarizəni davam etdirəcəyini deyirdi.

“Əlbəttə, gedəcəyəm. Bunu bilirsiniz”, – Tramp noyabrın 26-da mətbuata bildirib. 

Jurnalistlər ondan Seçici Kollegiyasının təsdiqini tanıyıb-tanımayacağını soruşublar.


"Seçici Kollegiyası seçkinin nəticələrini rəsmiləşdirərsə, səhv edəcəklər, buna yol vermək çox çətin olacaq”, – deyəo, sözlərinə əlavə edib.

Prezident seçkisinin qalibini müəyyənləşdirən Seçici Kollegiyası dekabrın 14-də Baydenin qələbəsini təsdiqləmək üçün bir araya gələcək. Bayden seçkidə 306, Tramp isə 232 səs yığıb.Tramp yenə israr edir ki, nəticələr təsdiqlənənə kimi çox şey baş verə bilər. O, seçkidə saxtakarlıq iddialarını səsləndirməkdə davam edir.

Prezident seçkini uduzduğunu etiraf etməsə də, administrasiyası noyabrın 23-də rəsmi keçidə işıq yandırıb. Bununla da Baydenin kəşfiyyat brifinqləri əldə etməsinə, maliyyəyə, ofis məkanlarına, federal rəsmilərinə görüşlərinə yol açılıb.

3 noyabr seçkisindən üç həftədən çox keçməsinə baxmayaraq, Tramp nəticələri mübahisələndirir, uğursuz məhkəmə iddiaları qaldırır, seçkidə saxtakarlıqla bağlı əsassız iddialar səsləndirir.

Bu arada Bayden administrasiyasını formalaşdırmaqdadır. Bu həftə hökumətdə aparıcı postlara nominantlarının adlarını açıqlayıb. Onlar əsasən Baydenin vitse-prezident olduğu keçmiş Prezident Barak Obama administrasiyasının veteranlarıdır. (azadliq.org)



Xəbərin oxunma sayı : 820




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap