Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Yanacaq bazarı Tarif Şurasının nəzarətindən çıxarılmalıdır” – İlham Şaban

Tarix 26.05.20, 13:14

Font ölçüsü : - / +
bitmap-img6


“Dövlət Gömrük Komitəsinin məlumatına görə, I rübdə Azərbaycan İrandan 10 vaqon (519 ton) Ai-95 markalı benzini idxal etməyə başlayıb.

“Forbes” jurnalı isə yazıb ki, apreldə Rusiyada “Premium” Euro-95 markalı benzinin litri 0,61-0,63 dollar (1,04-1,07 manat), ABŞ-da isə 0,58-0,59 dollar (0,99-1 manat) olub. Gürcüsanda isə bu marka benzin 0,66-0,67 dollara (1,12-1,14 manat) satılıb”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspert qeyd edib ki, aprel ayı ərzində Azərbaycanda “Premium” Euro-95 markalı benzinin litri 1,20 manata satılıb: “Bizdə 1 aprel 2014-cü il tarixdən yüksək oktanlı benzinin qiymətinin Tarif Şurası tərəfindən tənzimlənməsi ləğv edilib. Bəs ləğv edilibsə, onda ölkədəki 900-ə yaxın yanacaqdoldurma məntəqəsində niyə eyni qiymət müşahidə edirik? Mənası nədir, bu bazarın monopoliyada saxlanılmasının? Ölkədə ildə 1,3 milyon ton benzin istehlak edilir, onun heç 60 min tonu belə yüksək oktanlı benzinin payına düşmür?”

İ.Şabanın sözlərinə görə, vətəndaşda sual yarana bilər - dövlət bazara əl qoymasa, qiymətlər daha da arta bilərmi?

“Kim nə istədi, qiymət qoyar və “evimiz yıxılar” düşüncəsi hakimdir. İnsanları qınamıram. Psixologiyaları Sovet dönəmindən qorxu, səksəkə ilə formalaşıb. İqtisadi menecment də onun kimi - bizim içərimizdən çıxanlardır da... Ancaq onları o qorxu yox, dövlətin nəzarətindən kənar bazar münasibətlərinin formalaşması qorxudur” - deyə ekspert əlavə edib.

İlham Şaban daha sonra bazardakı tendensiyaların müqayisəli təhlilini aparıb və düşüncələrdəki qorxunun əsassız olduğunu göstərib: “Birincisi: 2013-cü ilin dekabrından Azərbaycanda yanacağın qiyməti nə qədər qalxıb? - ortalama 70 faiz. Bəs taksilərdə gediş haqqı nə qədər artıb? Təqribən 40% ucuzlaşıb. Əvvəllər aeroporta neçəyə gedirdiniz - 20 manata, indi həmin yolu 12-13 manata. Şəhərdə 5 manata əvvəl getdiyiniz yolu indi taksilər 3 manata can-başla aparırlar. Bəs məntiq hanı? Yanacaq bahalaşır, gediş haqqı ucuzlaşır. Cavab sadədir - taksi bazarında liberallaşma baş verdi, qayda-qanun tətbiq edildi və rəqabət yarandı. Ona görə də ara-sıra taksiləri “fırlatmağa” öyrəşmiş məmurlar istəyirlər bu sahədə dövlət tənzimlənməsi tətbiq etsinlər”.

İ. Şaban ikinci amil kimi aşağı oktanlı yanacaq bazarının da Tarif Şurasının nəzarətindən çıxarılması tərəfdarı olduğunu vurğulayıb: “Düzdür, qısa bir müddət yanacaq satanlar nə istəsələr qiymət qoya bilərlər. Ancaq bir balaca səbrə ehtiyac var: qısa zamanda bazar münasibətləri işə düşəcək. Kim 10 litrdə yarım litrə qədər yanacaq kəsən, yanacağı baha satanın müştərisi olar? Bazar şəraitində belə dəllalların aradan çıxması sadəcə zamanın işidir. Ona görə də bazar qayda-qanunu işləyən sahələrdən çəkinməyin”.



Xəbərin oxunma sayı : 871




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap