Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Yanardağ“da işlər keyfiyyətsiz və təhlükəli materiallarla aparılır?

Tarix 19.04.19, 0:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edərkən "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda da oldu. 
 
Qoruqdakı acınacaqlı şəraitlə tanış olan dövlət başçısı burada vəziyyətin dözülməz olduğunu, ölkədə aparılan quruculuq-abadlıq işləri ilə heç cürə uzlaşmadığı deyərək acınacaqlı vəziyyətin qısa zaman kəsiyində aradan qaldırılması üçün dövlət qurumlarına müvafiq tapşırıqlar verdi. 
 
Prezident İlham Əliyevin bu tapşırığından sonra "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yenidənqurma, təmir-tikinti işləri başladı. 
 
Məlumata görə qoruqda tikinti işləri hələ də davam etdirilir. 
 
Ancaq Qlobal.az-ın əldə etdiyi məlumata görə adında rəsmi olaraq "Tarix-Mədəniyyət" sözünü ehtiva edən "Yanardağ”da aparılan təmir-tikinti işləri heç də milli-tarixi memarlıq üslubunda aparılmır. 
 
Məlumatda o da qeyd edilir ki, qoruqdakı tikililərin damları "profnastil" tipli dam örtüklərindən istifadə olunub. Bu material isə həm görünüş, həm də keyfiyyət baxımından qoruğu tamamlamır.
 
Digər məqam isə Yanardağ”da inşa edilən tikililərdə alkopan adlı materialdan istifadə olunmasıdır. 
 
Qeyd edək ki, bu material bir anda adi qığılcımdan alovlana bilir. 
 
Xatırladaq ki, bir çox ölkələrdə alkopan materialından tikintidə istifadə olunması qadağan edilib. Bu yaxınlarda Bakıda yanaraq külə dönən "Diqlas" Ticarət Mərkəzinin tez bir zamanda yanmasının əsas səbəblərindən biri alkopan materialı ilə üzlənməsi idi. 

Məsələ ilə əlaqədar "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundan münasibət öyrənməyə çalışdıq. Qoruzdan bizə Dövlət Turizm Agentliyinə müraciət etməyimizi dedilər. 
 
Dövlət Turizm Agentliyi isə məsələyə münasibət bildirmədi.



Xəbərin oxunma sayı : 679




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap