Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“YAP-ın fəaliyyəti optimallaşdırılıb“ - Ədalət Vəliyev

Tarix 10.03.21, 21:23

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanın siyasi mühitinin təkmil təməllər üzərində qurulması istiqamətində aparılan islahatlar çərçivəsində Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar nəticəsində iqtidar partiyasının fəaliyyəti optimallaşdırılıb. Qurultayda 6 siyasi partiyanın YAP-a qoşulması ölkəmizdə siyasi dialoq mühitinin daha da dərinləşməsinin göstəricisidir".

 "Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev martın 10-da Milli Məclisdə "Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu" mövzusunda keçirilən konfransda deyib.

VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin deputatlar qarşısında duran vəzifələrə dair tövsiyələrinin əhəmiyyətini vurğulayan şöbə müdiri dövlətçiliyin möhkəmləndirilməsi üçün Milli Məclisdə yeni demokratik mühit formalaşdığını, müxalifət nümayəndələrinin qanunverici orqanın rəhbərliyində təmsil olunduğunu, deputat fəallığının artmasının vətəndaş məmnunluğunu yüksəltdiyini bildirib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli mərhələsini yaşadığını qeyd edən Ədalət Vəliyev indiki dövrdə mövqeyindən və statusundan asılı olmayaraq hər bir fərdin – bütünlükdə Azərbaycan cəmiyyətinin vəzifəsinin bu tarixi Qələbəni möhkəmləndirmək, şəhid ailələri və müharibə iştirakçılarının qayğısına qalmaq, düşmən tapdağından azad olunmuş ərazilərimizi bərpa edərək dirçəltmək, erməni təcavüzkarlığının yenidən baş qaldırmaması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün haqq işimizlə bağlı beynəlxalq müstəvidə geniş məlumatlandırma işi aparmaq olduğunu vurğulayıb.



Xəbərin oxunma sayı : 337




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap