Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“YAP 123 dairədən namizəd irəli sürüb” - Siyavuş Novruzov

Tarix 27.12.19, 18:14

Font ölçüsü : - / +
bitmap-img6


YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov təmsil olunduğu qurumun deputatlığa namizədlərin siyahısı ilə bağlı açıqlama verib.

S. Novruzov Modern.az-a açıqlamasında qeyd edib ki, siyahının dəqiqləşdirilməsi üçün partiya geniş tədqiqat aparıb:

“5 il müddətində partiyanın deputat olan üzvlərinin parlamentdə fəaliyyəti, seçicilərlə münasibətləri, öz dairəsindən olan şəxslərin problemlərinin parlamentdə qaldırılması, beynəlxalq aləmdə Azərbaycanı təmsiletmə, dövlətçilik və digər məsələlərlə bağlı atdıqları addımlar nəzərə alınıb.

Bunun nəticəsi olaraq, növbəti siyahı hazırlanarkən həmin məsələlər önə çəkilir. Tədqiqatların nəticəsində hansı xarakterli namizədlərin irəli sürülməsi, köhnə namizədlərin yenidən irəli sürülüb-sürülməməsi məsələsi seçicilərlə sosiaoloji sorğu şəklində müzakirə olunub.

Nəticədə partiyanın namizədlər siyahısı tərtib edilib. Bundan əlavə partiya sədrinin tapşırıq və göstərişləri də bu məsələdə xüsusi nəzərə alınır.

Həyata keçirilən islahatlar, burada Milli Məclisin oynadığı rol, xüsusilə YAP üzvləri tərəfindən qarşıya qoyulan vəzifələrin necə yerinə yetirilməsi diqqətə alınır”.

Siyavuş Novruzov onu da vurğulayıb ki, partiya həm gənclərin, həm də qadınların bütün seçkilərdə iştirakına üstünlük verib: “Bundan öncə keçirilən bələdiyyə seçkilərində də xeyli gənclərin və qadınların namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Parlament seçkilərində də namizədlərimiz arasında gənclər, qadınlar üstünlük təşkil edir”.

YAP rəsmisinin sözlərinə görə, partiya 123 dairədən namizəd irəli sürüb: “Cəmi iki dairədən namizəd irəli sürməmişik. Naxçıvan Muxtar Respublikasında 3 saylı seçki dairəsindən və Xankəndi seçki dairəsindən namizədimiz yoxdur. Qalan bütün dairələrdən namizədlərimiz var.

Deputat həmkarlardan bəzilərinin siyahıdan kənarda qalmasına gəlincə isə bu qərar YAP idarə heyətinin qərarıdır”.

Novruzov onu da əlavə edib ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim olunub: “Kim maraqlanırsa, oradan götürə bilər”.



Xəbərin oxunma sayı : 277




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap