“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Yaxın həftələrdə “Abşeron” yatağından ilk qaz çıxarılacaq“ - “Total“

Tarix 01.06.23, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


Yaxın həftələrdə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılacaq.

"Report" xəbər verir ki, bunu "Total Enegy Avropa"nın birinci vitse-prezidenti Nam Lyuk Qizyu bu gün işinə başlayan Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropanın qaz təchizatında mühüm rol oynayır.

Xatırladaq ki, yataqdan ilkin mərhələdə illik təxminən 1,5 milyard kubmetr, gələcəkdə isə 5 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur.

"Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizimdə "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında "Total" şirkəti "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.



Xəbərin oxunma sayı : 856




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap