Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Yaxın illərdə “Şahdəniz”də qaz hasilatı 25 mlrd. kubmetri ötəcək” – Nazir

Tarix 24.07.20, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 2024-cü ildə 25 mlrd. kubmetrdən artıq qaz hasil ediləcək.

Energetika Nazirliyindən verilən məlumata görə, bunu Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində “Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu” mövzusunda çıxış edərək deyib.

Nazir “Cənub Qaz Dəhlizi” layihəsində isə Azərbaycanın qaz ölkəsi kimi inkişafı, bazarlarını şaxələndirməsi və Avropanın diversifikasiya məqsədlərinin birləşdiyini qeyd edib: ““Şahdəniz” yatağından ilbəil artan qaz hasilatının 2024-cü ildə 25 mlrd. kubmetri ötəcəyi gözlənilir. Bu isə imkan verir ki, Cənub Qaz Dəhlizi (CQD) tam işə düşdükdən sonra “Şahdəniz” qazının alıcılarını 16 mlrd. kubmetrlik qaz həcmləri ilə təmin edək”.

Şahbazovun sözlərinə görə, CQD-nin seqmenti olan Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyəyə qaz nəqli artıq 6 mlrd. kubmetrə çatıb.

“Layihənin sonuncu seqmenti-TAP yekunlaşmaq üzrədir. Xəzər qazı ilk dəfə olaraq Avropaya məhz Azərbaycanın təşəbbüsü olan mənbə və marşrutların şaxələndirilməsi layihəsi-Cənub Qaz Dəhlizi ilə çatdırılacaq”, – nazir qeyd edib.



Xəbərin oxunma sayı : 667




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap