|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
“Yenə danışıqların imitasiyası prosesi gedir” – İndi də “Medvedyev planı”ilə…
Tarix 17.04.19, 12:08 |
|
Məlumatlı mənbə: “Rusiya Qarabağla bağlı prosesi yenidən nəzarətə aldı”
Azərbaycan XİN başçısının “2016-cı ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında müzakirə apardıq”, - sözləri nədən xəbər verir?; Rusiya baş nazirinin təklifləri yenidən dövriyyəyə çıxır; məlumatlı mənbə: “Rusiya Qarabağla bağlı prosesi yenidən nəzarətə aldı”
Aprelin 15-də Rusiyanın təşəbbüsü, həmsədrlərin və ATƏT sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Moskvada keçirilən Qarabağ danışıqlarında bir sıra anlaşmalar əldə olunduğu rəsmən bəyan edildi. Bununla bağlı həmsədrlərin bəyanatında detallı məlumat verilməsə də, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında bir sıra məqamlara aydınlıq gətirdi, razılaşmalardan bəhs etdi.
Diqqətçəkən budur ki, Azərbaycan XİN-in başçısı ermənistanlı həmkarı ilə keçirdiyi budəfəki görüşü müsbət qiymətləndirib, danışıqların faydalı və substantiv keçdiyini bildirib. Nazir qeyd edib ki, əvvəlcə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri üçtərəfli görüş keçirdilər. “Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq”, - deyə nazir bildirib. E.Məmmədyarov vurğulayıb ki, görüşdə bəzi təkliflər səsləndirilib: “İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu, həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.
Nazir görüşün yekun bəyanatında qeyd olunduğu kimi, Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə toxunub: “Bu, çox maraqlı fikirdir ki, erməni və azərbaycanlı jurnalistlər İrəvana, Bakıya, Dağlıq Qarabağa səfərlər etsinlər. Bundan əlavə, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyinin təmin olunması barədə razılığa gəldik. Ümid edirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərə öz torpaqlarında işləməyə imkan yaradacaqlar”.
Jurnalistlərin qarşılıqlı səfərləri barədə anlaşma birmənalı qarşılanmasa da, kənd təsərrüfatı işlərinin aparılmasın imkan verilməsi barədə razılaşma təqdir olunur. Azərbaycanın dinc vətəndaşları, əkin-biçin işləri ilə məşğul olan sakinlər dəfələrlə işğalçı ölkənin təxribatlarının qurbanı olublar, yaxud ciddi zərər görüblər. Ancaq bəzi ekspertlər Moskva görüşündə əldə olunan razılaşmalarla bağlı elə də yüksək fikirdə deyil.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əvvəlcədən Moskva görüşündən ciddi nəticə gözləmirdi: “Biz başa düşürük ki, ermənipərəst qüvvələr, həmçinin Rusiya Ermənistanın qarşısındakı bəzi çətinlikləri aradan qaldırmaq, Paşinyanın səhvlərini düzəltmək üçün imitasiya prosesini yaratmaqda maraqlıdır. Bu mənada bizə bəlli olan taktikanı tətbiq edirlər. Başa düşürük ki, Ermənistanın XİN başçısının danışıqlarda mövqeyi həlledici ola bilməz. Çünki Paşinyan özü keçirdiyi görüşdən sonra bəyanat verərək dedi ki, ərazi müqabilində sülhü qəbul etməyəcək. Bu mənada biz anlayırıq ki, Moskva görüşündə ərazilərin azad olunmasına aid heç bir müzakirələr olmayıb, müzakirə oluna da bilməzdi. Sadəcə, humanitar mövzulardan danışılıb”.
T.Zülfüqarov E.Məmmədyarovun bəyanatı ilə razılaşmadığını da bildirdi: “Mövcud durumda erməni tərəfi və havadarları danışıqlar prosesini bərpa etməyə maraqlıdır. Təbii ki, biz də danışıqlardan imtina etməməli və təbii ki, görüşlərə qatılmalıyıq. Deməli, biz Moskva görüşündə də orda iştirak etməli idik, amma görüşdən sonra belə bir görüntü yaratmamalıydıq ki, ciddi müzakirələr aparılıb. Azərbaycanın mövqeyi sadə olmalı idi. Deyilməliydi ki, danışıqlarda iştirak edirik, amma ciddi heç bir müzakirə aparılmayıb. Kim istəyirsə, danışıqlar görüntüsü yaratsın, bununla bağı əsaslar ortaya qoysunlar. Amma bu görüntünü biz yaratmamalıyıq. Bizim girovluqda qalan vətəndaşlarımız var. Heç olmasa onları azad edəydilər. Deməli, ortada ciddi məsələlər yoxdur”.
E.Məmmədyarovun “Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Ümumiyyətlə, 2016-cı ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında müzakirə apardıq” sözlərinə gəldikdə, sabiq nazir T.Zülfüqarov bunları bildirdi: “Ermənilər həmişə deyirlər ki, Sankt-Peterburq görüşündə atəşkəs rejiminin gücləndirilməsi və kameraların quraşdırılması müzakirə olunub. Görünür, Moskvada yenidən bu məsələ qaldırılıb. Həmsədrlər də səslənən təkliflərə qarşı çıxmayıblar. Biz əvvəlcədən bilirdik ki, nəticə olmayacaq. Amma Azərbaycan deməlidir ki, görüş oldu, lakin ciddi danışıqlar aparılmadı. İndiki durumda hücumlu taktiki addımlar atılmalı idi ki, heç olmasa, prosesdən öz xeyrimizə istifadə edək”.
Bu arada erməni mənbələri müxtəlif iddialar irəli sürməkdədirlər. “Moskvada xarici işlər nazirləri ”Medvedyev planı” üzərində müzakirələr aparıblar. Publika.az xəbər verir ki, bu iddia ilə erməni şərhçi Naira Ayrumyan çıxış edib. Ayrumyan yazır ki, Rusiya “Medvedyev planı”nı canlandıracaq: “Bu planın əsasını ”Kazan düsturu” təşkil edir, lakin Moskva həm də münaqişə bölgəsində hərbi eskalasiyaya qarşıdır. 2016-cı ilin “aprel müharibəsi”ndən dərhal sonra – 7-8 aprel tarixində Rusiyanın baş naziri Dmitri Medvedyev regiona səfər etdi. Medvedev bəyan etdi ki, “İki seçim var, birinci, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması, ikinci eskalasiyaya imkan vermədən danışıqların aparılması. Mən ikincini seçərəm, nə də olsa qan tökülmür”. Medvedyev həmçinin qeyd etdi ki, “Rusiya başqa regiona başqa ölkələrdən təchizatın gəlişinə qarşı Azərbaycan və Ermənistanla hərbi-texniki əməkdaşlığı davam etdirəcək”. Medvedyevin həmin səfəri Ermənistanda mənfi reaksiya doğurmuşdu, xüsusilə Azərbaycanla hərbi əməkdaşlığın davamı haqqında səsləndirdiyi bəyanatlar. İstisna edilmir ki, Moskva yenə “Medvedev planı”nı işə salır və nazirlərin görüşündə bu məsələ gündəmə gəlib”.
T.Zülfüqarov isə hesab edir ki, əslində söhbət “Medvedyev planı”ndan getmir: “Çünki o zaman Medvedyev Ermənistana səfər etmişdi və ola bilsin ki, haradasa müəyyən fikirlər səsləndirib. Lakin bu, bir plan kimi ortada olmayıb. Sadəcə, o vaxt xüsusi mexanizmlərin işlənilməsi, təmas xəttində kameraların yerləşdirilməsi, pozuntular olanda onları qeydə alıb məsuliyyət daşıyan tərəfin açıqlanmasından söhbət gedirdi. Ümumiləşdirəndə plan indiki vəziyyətin dondurulmasına yönəlmişdi. Ermənilər hesab edir ki, bu, təmas xətti deyil, ”Artsax”ın sərhədləridir”. Eks-nazir bir daha qeyd etdi ki, hazırda danışıqların imitasiyası prosesi gedir və Azərbaycan tərəf Ermənistanın qeyri-konstruktiv mövqeyini bəyan etməlidir.
Xəbər verildiyi kimi, nazirlərin görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfər edəcəyi açıqlanıb. Diplomatların saysız-hesabsız səfərlərinin bölgəyə hələ də ədalətli sülh gətirmədiyi faktdır. Ancaq belə təxminlər var ki, Rusiya ev sahibliyi etdiyi görüşün nəticələrinin effektli olmasını nümayiş etdirməkdən ötrü davamlı səfərlərə və görüşlərə təşəbbüs göstərəcək. Həmsədrlərin səfəri də Moskva görüşünün məntiqi davamı olaraq qiymətləndiriləcək. Ola bilsin, ardınca liderlərin görüşünə də təşəbbüs göstərilsin.
Moskva danışıqları ilə bağlı digər bir maraqlı ehtimal da var. Belə yanaşma var ki, Rusiya prosesi tam nəzarətdə saxlamağa çalışdığı üçün belə bir görüş keçirmək təşəbbüsü ilə çıxış edib. Adının çəkilməsini istəməyən məlumatlı mənbə Rusiya-Ermənistan münasibətləri barədə ilginc fikirlər söylədi. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan fəaliyyəti boyu özəl taktika seçib. Belə ki, onun keçirdiyi görüşlərin əksəriyyəti təkbətək baş tutub. Bu mənada əminliklə demək olar ki, Moskva Paşinyana etibar etmir və onun görüşləri təkbətək keçirməyə üstünlük verməsi Rusiya rəhbərliyini narahat edir. Bu mənada şübhələr var ki, Rusiya onun iştirakı olmadan Ermənistanın Azərbaycanla hansısa razılığa gələ biləcəyindən ehtiyatlanır. Məhz buna görə də Rusiya Qarabağla bağlı prosesi yenidən nəzarətə aldı.
Məlumatlı mənbəmiz xatırlatdı ki, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və ya Serj Sərkisyan Qarabağ danışıqlarını aparanda Moskva keçirilən görüşlərdən indiki qədər narahat olmurdu: “Hər halda, Rusiya hakimiyyəti əmin idi ki, nə Köçəryan, nə də Sərkisyan Moskvanın çəkdiyi xətlərdən kənara çıxmayacaq, görüşdən sonra da aparılan müzakirələr barədə ona hesabat verəcək. Nikol Paşinyana isə Rusiya etibar etmir. Üstəlik, Ermənistanın baş naziri keçirilən ikitərəfli görüşlərin əsas vaxtını təkbətək keçirməyə çalışır. Ona görə də Moskva düşünür ki, amerikapərəst baş nazir Rusiyanın arxasından hansı işləri qarışdırır”. Paşinyan da başa düşür ki, təkbətək danışıqlara üstünlük verməsi Rusiyanı qıcıqlandırır. Çünki Rusiya sonda “ofsayd”da qalacağından ehtiyat edir.
Rusiya Paşinyanı səhvlərinə görə cəzalandırmaqda israrlı olsa da, hələlik Qarabağ amilindən istifadə etmək istəmir. Çünki o halda Azərbaycan daha üstün mövqeyə sahiblənə bilər. Üstəlik, rəsmi Bakı Avropa İttifaqı ilə saziş imzalamaq ərəfəsindədir. Deməli, “nə hərb, nə sülh” variantı daha çox Moskvanın işinə yarayır.
E.Məmmədyarovun da açıqlamasından ortaya çıxan nəticə budur ki, “bu xəmir hələ çox su aparacaq”. Sitat: “Əlbəttə, bir görüşlə biz bütün məsələləri həll edə bilmərik”. Deməli, tərəfləri hələ çoxsaylı görüşlər gözləyir…
Bu günlərdə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko isə növbəti dəfə ölkəsinin mövqeyini bəyan edərək dedi ki, Rusiya münaqişənin sülh yolu ilə həll olunmasına səy göstərir: “Bu münaqişənin həllinin başqa yolu yoxdur. Rusiya Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini azaltmayacaq”. Matvyenko da dolayısı ilə “Medvedyev planı”na işarə edib.
Xatırladaq ki, Rusiyanın baş naziri D. Medvedyev 2016-cı ilin aprel döyüşlərindən bir neçə gün sonra demişdi ki, hər kəs münaqişənin həllini, vəziyyətin dəyişməsini istəyir. Amma Medvedyev demişdi: “Burada da bir çox siyasətçilər haqlı olaraq gələcək nəsillər qarşısında öz məsuliyyətlərini anlayırlar. Yəni ki, gələcək nəslə dondurulmuş deyil, həll olunmuş münaqişə ötürmək lazımdır. Problem odur ki, münaqişənin istənilən həlli bir tərəfi qane edəcək, digər tərəfi isə narazı salacaq. Əgər münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq, yəni onu tez bir zamanda həll etmək qərarından imtina etmək və münaqişənin həlli yolunda verilən insan itkiləri arasında seçim etməli olsam, mən yenə də ikincini seçərəm. Yaxşısı budur vəziyyət belə qalsın, amma qan tökülməsin”.
Status-kvonun saxlanılması Ermənistanın da tam ürəyincədir. Çünki ermənilər ümid edir ki, zaman onların xeyrinə işləyəcək, Qarabağda böyüyən yeni nəsil geri dönüşü heç zaman qəbul etməyəcək, üstəlik, beynəlxalq aləm də işğalı “həzm” edəcək. Azərbaycan rəhbərliyi isə daim bəyan edib ki, torpaqların işğalda qalması ilə heç zaman barışmayacaq və səbri sonsuz deyil. (Musavat.com)
Xəbərin oxunma sayı : 673
Siyasət
Xəbərlər
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
-
Rusiyadan gətirilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlandı - AQTA
-
Bir, üç və beş qəpiklərdən istifadə hansı səviyyədədir? - SORĞU + VİDEO
-
Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - VİDEO
-
MN-dəki doqquz milyonluq mənimsəmə ilə bağlı növbəti MƏHKƏMƏ
-
Rusiya parlamentinin komitə sədrinin müavini: “Hazırda Qarabağda sülhməramlılar lazım deyil”
-
İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi - VİDEO
-
Bu halda Rusiyaya qalib gəlmək şansımız yoxdur - Zelenski
-
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi - FOTO
-
Xiyarın qiyməti dəyişməyib, pomidorun qiyməti 4,3% bahalaşıb – Rəsmi
-
Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşüb - FOTO
-
“Dövlətin yürütdüyü siyasətə güvənməliyik” - Ramin Əhmədov
-
Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”
-
Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq - Xəbərdarlıq
-
Sülhməramlıların Qarabağdan çıxmasının yeni görüntüləri – VİDEO
-
“Bank Avrasiya”nın xalis mənfəəti 23% azalıb - Kredit portfeli kiçilib
-
Azərbaycanda bu futbol oyununa külli miqdarda pul qoyulub - UEFA
-
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
-
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq
-
Əri ilə boşanan qadın qızını başqa kişiyə təhvil verdi - İDDİA + FOTO
-
“16 milyon seçicinin səsverməyə getməməsi seçkinin nəticələrinə təsirsiz ötüşməyib“ - Ərdoğan
-
“Aİ-nin rəhbərliyi dəyişməlidir” - Viktor Orban
-
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
-
“Qadınların pensiya yaşı kişilərlə müqayisədə aşağı salınsın” - Əli Məsimlidən təklif
-
Azərbaycanda film kimi olay: Kişi evli ola-ola başqası ilə nigaha girib
-
“Hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib“ - Hikmət Hacıyev sülhməramlıların çıxarılmasından danışdı
-
Jurnalist Cəmil Məmmədliyə hökm oxundu - FOTO
-
Rusiya qoşunları Çerniqova raket zərbəsi endirib: Ölənlər və yaralananlar var
-
Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar
-
Sülhməramlılar Qarabağdan çıxır - Kreml təsdiqlədi
-
Yaşı 30-dan aşağı olan milyarderlər -Siyahı
-
Müştərilər “AFB Bank”dan pullarını geri götürür – Bank zərərlə işləyir
-
Sabah 28 dərəcə isti olacaq - Hava
-
Aşağı Güzdəkdə təhlükə: “Göl zəhərli ilanlar, vəhşi heyvanlarla doludur”
-
“İsrailin İrana ən kiçik hücumu belə olsa, şiddətli qarşıdurma yaşanacaq“ - İbrahim Rəisi
-
Rusiyanın üç hava limanında uçuşlar dayandırıldı - SƏBƏB
-
Deputat cərimələrin artırılmasını istəyir: “Cərimənin məbləği elədir ki...“
-
Bayden Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmir - Con Kirbi
-
İlham Əliyev Kayrat Sarıbayı qəbul etdi - YENİLƏNİB
-
Azərbaycanda banklar son 3 ayda nə qədər pul qazanıblar? – Tam siyahı
-
Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - SİYAHI
-
Əsgəran avtomobil yolunun inşasına başlanıldı - FOTOLAR
-
Dövlət İnvestisiya Şirkəti pulları belə batırıb... - Hesablama Palatasının ŞOK HESABATI
-
Azərbaycan XİN Fransaya xəbərdarlıq etdi:“Heç bir nəticə verməyəcək”
-
Ermənistana məxsus kvadrokopter zərərsizləşdirildi - RƏSMİ
-
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
-
Nazir Baş İdarəyə rəis müavinini işdən çıxardı - Yerinə Şabanovu təyin etdi
-
Aytən Səfərova yol qəzasına düşüb – Ölən var
TOP 10
ARXİV