Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Yeni Əli Həsənovlar, Vüqar Səfərlilər peyda olacaq...” - Aslan İsmayılov

Tarix 08.07.20, 10:21

Font ölçüsü : - / +
bitmap-img6


"Dolayısı yolla mətbuatın satın alınmasına son qoyulmalıdır"...

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) “Yeni Azərbaycan”, “Səs”, “Şərq”, “525-ci”, “Yeni Müsavat”, “Bakı-Xəbər” qəzetlərinə aylıq 20 min manat, “Azernews”, “Novoye Vremya”, “Xalq Cəbhəsi”, “Hürriyyət”, “Ədalət” qəzetlərinə aylıq 10 min manat, “Azad Azərbaycan”, “Türküstan”, “Olaylar”, “Paralel”, “Unikal”, “Həftə içi”, “Nedelya” qəzetlərinə isə aylıq 5 min manat, yəni ümumilikdə aylıq 205 min manat, 6 aya isə 1 milyon 230 min manat pul ayırıb. Əlbəttə, bu, əvvəllər ayrılmış pullardan dəfələrlə azdır. Bununla belə bu addımı yanlış sayıram, çünki bunların içində ara-sıra mədəniyyətlə bağlı yazılarına görə oxunan "525-ci qəzet"dən başqa cəmiyyətə fayda verəni, oxunanı da demirəm, heç tanınanı da yoxdur və əksəriyyəti reketçiliklə məşğuldurlar”.

AzFakt.com-un xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

O bildirib ki, elan olunan meyarlar da reallığı əks etdirmir və qərəzlidir: “Ancaq "Yeni Müsavat" qəzetinə baxsaq, ondan da çox oxunan "Azadlıq" qəzetinin kənarda qalması açıq-aşkar ayrı-seçkilikdən xəbər verir. Bu cür davam edəcəyi təqdirdə əminəm ki, az müddətdən sonra artıq yeni əli həsənovlar, vüqar səfərlilər peyda olacaq. Hesab edirəm ki, dolayısı yolla mətbuatın satın alınmasına son qoyulmalıdır. Buna görə də bu cür ayırmalar dayandırılmalı, KİVDF hesabına tikilmiş evlərdən reket jurnalistlərə verilmiş mənzillər geri alınmalı və bu prosesə də son qoyulmalıdır. Azad, cəmiyyətə fayda verəcək mətbuatın inkişaf etməsi üçün tamam başqa meyarlar əsasında konsepsiya hazırlanmalıdır. Bu barədə peşəkarlar tərəfindən dəfələrlə təkliflər verildiyindən onları bir daha təkrarlamaq istəmirəm. Bundan başqa, hakimiyyət anlamalıdır ki, artıq qəzetlər informasiya mənbəyi kimi keçmişdə qaldı. Yeni konsepsiya bu gün əsas təbliğat mənbəyinə çevrilmiş sosial şəbəkələr üzərindən aparılmalıdır.



Xəbərin oxunma sayı : 3376




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap