![]() |
|














“Yeni dönəm başlayıb, hamı buna uyğunlaşmalıdır” – Vahid Əhmədov
Tarix 02.11.19, 19:41 |
|

“Rayonlar bir qədər gözdən uzaq olduğundan bəzi icra başçıları, məmurlar orada istədikləri hərəkəti edirlər”
Prezident İlham Əliyev Xaçmaz və Yevlax rayonlarına təyin etdiyi yeni icra başçıları önündə kəskin tələblər qoyub. Belə ki, dövlət başçısı Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinə, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edib. Yeni icra başçıları ilə görüşündə prezident tapşırıq verib ki, onların “işi kabinet işi” olmamalıdır: “Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz”.
Ölkə başçısı gənc icra başçılarına korrupsiya və rüşvətdən uzaq durmağı tapşırıb, əks təqdirdə, onları işdən azad edəcəyini və cəzalandıracağını bildirib: “Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər”.
Dövlət başçısı regionlarda açılmış bəzi gənclər mərkəzlərinin qapısının “qıfıllı” qalmasından narahatlığını ifadə edib. O hesab edir ki, bu mərkəzlərdə gənclər asudə vaxtını keçirməlidir: “Mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir”. Prezident regionlarda dinamik həyat görmək, şəhərlə kənd arasında fərqin azadılmasını istədiyini deyib.
Prezident İlham Əliyev hesab edir ki, ictimai nəzarət rayonlarda daha güclü olmalıdır. O, media nümayəndələrindən bu işdə köməkçi olmalarını istəyib: “”Əgər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. gər biz buna nail olsaq, onda hər hansı bir xoşagəlməz hadisə baş verərsə, biz dərhal ondan xəbər tutub lazımi tədbirləri görəcəyik. Bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq. Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Biz bu problemləri həll etməliyik. Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Sizə də tapşırıram, hər bir ölkədə problem var, biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir”.
Dövlət başçısının çıxışında qeyd etdiyi məsələləri şərh edən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov da dedi ki, bəzi icra başçıları özlərinin müəyyən mənfi cəhətlərini ört-basdır etmək üçün yalan məlumat verməyə məcbur olurlar: “Dövlət başçısı hər bir icra başçısını təyin edərkən onunla söhbət edir və müəyyən göstərişlər verir. Bu hər zaman belə olub, indi də eyni vəziyyətdir. Lakin bunu mediaya açıq şəkildə edir, ictimaiyyətə çatdırırlar. Prezidentin çıxışları həm də əhaliyə bir mesaj vermiş olur ki, insanlar dövlət başçısının hansı göstərişlər verməsindən xəbərdar olsunlar. İkincisi, yalan məlumatların daxil olması halları həqiqətən var. Bütün icra başçılarına aid etmək olmaz, ancaq bəzi icra başçıları rayonda olan vəziyyəti, özlərinin müəyyən mənfi cəhətlərini ört-basdır etmək üçün yalan məlumat verməyə məcbur olurlar. Gərək icra başçısı rayonda mövcud olan bütün kəndləri gəzsin, əhali ilə tanış olsun, onların problemini bilsin. Sabah bu problemlər gündəmə gələndə icra başçısının xəbəri olmalıdır, lazım olanda həmin problemi mərkəzi icra hakimiyyəti orqanına çatdırmaqla həllinə nail olmalıdırlar. Çox təəssüf ki, başçıların əksəriyyətində bu hərəkətlər yoxdur. Ancaq yaxşı nümunələr də var. Məsələn, Qubanın icra başçısı iki ildir təyin olunub. Bu müddət ərzində demək olar ki, Qubanın bütün kəndlərini iki-üç dəfə gəzib, əhali ilə görüşüb. Şikayətlərə qulaq asıb, görüşlər keçirib. Yalan məlumat verənlər ona görə buna məcburdurlar ki, işi görüb axıra çatdıra bilmirlər. Dövlət başçısı 1 il öncə demişdi ki, mən icra başçısı təyin edərkən, onun əməyinə qiyməti həmin rayonda açılan iş yerlərinə və o rayona qoyulan investisiyanın həcminə görə verəcəm. Ancaq bəzi icra başçıları, ümumiyyətlə, müasir texnologiyadan xəbərsizdirlər, investisiya yatırımı ilə maraqlanmırlar. Bu səbəbdən müəyyən problemlə üzləşirlər. Məcbur qalırlar ki, yalan məlumatlar versinlər. Ancaq bunu bütün icra başçılarına şamil etmirəm. Son vaxtlar bu kadrlar arasında gəncləşmə gedir və onların qarşısında bu məsələlər qoyulur”.
Deputatın fikrincə, artıq korrupsiyaya bulaşanlar cəzasız qalmayacaq: “Bizim üçün əhəmiyyətli məsələlərdən biri də dövlət başçısının qeyd etdiyi kimi, rüşvət və korrupsiya hallarıdır. Prezident vurğuladı ki, əgər belə hallara yol versəniz, sizi cəzalandıracağam. Bu ən əhəmiyyətli məsələlərdən biridir, rayonlarda çox ciddi problemdir. Rayonlar bir qədər gözdən uzaq olduğundan bəzi icra başçıları, məmurlar orada istədikləri hərəkəti edirlər, mülkiyyət toxunulmazlığı olmasına baxmayaraq mülkiyyətə toxunurlar. Cənab prezident son çıxışı ilə həm əhaliyə mesaj verdi ki, rüşvət, korrupsiya olmamalıdır. İkincisi də həmin məmurları başa saldı ki, artıq başqa bir dönəm başlayır. İslahatlarla əlaqədar yeni dövr başlayıb, hamı da buna uyğunlaşmalıdır”.
Dövlət başçısının media ilə bağlı fikirlərinə gəlincə, V.Əhmədov qeyd etdi ki, mediada çox ciddi islahatlar getməlidir: “Media bugünkü bazar iqtisadiyyatına uyğun deyil. Son vaxtlar çox arzuolunmaz bir söyüş ritorikası mediada yer alıb. Bunu mediaya kimlərin gətirməsi araşdırılmalı, cəzalandırılmalıdır. İctimai nəzarət də çox ciddi məsələdir. Mən Milli Məclisdə də məsələ qaldırmışam ki, büdcə müzakirələri zamanı, dövlət əhəmiyyətli, sosial əhəmiyyətli məsələlərin müzakirəsi zamanı niyə ictimai təşkilatları dəvət etmirik. Qoy onlar da gəlib öz fikirlərini bildirsinlər. Bundan çəkinmək lazım deyil. Dövlət nəzarəti ilə bir yerdə ictimai nəzarəti də təmin etmək lazımdır. Bu çox ciddi məsələdir və mən bunu alqışlayıram”.
Deputatın fikrincə, ictimai nəzarətlə yanaşı, sərt hüquqi tədbirlər də görülməlidir: “Monopoliya və inhisarçılıqla bağlı ilk növbədə Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Bu məcəllə cənab prezident tərəfindən Strateji Yol Xəritəsinə salınıb. Ola bilər ki, 2020-ci ilin yaz sessiyasında biz bunu qəbul edək. Bu məcəllənin qəbulu bazarda inhisarçılığı ən azı 30-40 faiz azaldacaq, azad rəqabətə yol açacaq. İkincisi? korrupsiya və rüşvətxorluqla əlaqədar olaraq qərarlar daha ciddi olmalıdır. Hesablama Palatası il ərzində 60-65 audit yoxlaması aparır. Çox ciddi auditorlar, kifayət qədər savadlı insanlar çalışır. Həmin audit yoxlamalarının hamısında çox ciddi cinayətlər, mənimsəmələr, korrupsiya halları var. Ancaq sonra həmin faktlar hüquq-mühafizə orqanlarına göndərilsə də, çox ciddi qərarlar qəbul olunmur. Ona görə də bunu sərtləşdirmək lazımdır. Hesablama Palatası bu işlərdə bir qədər sərt addımlar atmalıdır”.
Vəzifədən çıxarılan məmurların mənimsədikləri dövlət vəsaitindən istifadəni təmin etmək üçün V.Əhmədov maliyyə amnistiyasının verilməsini təklif edir. Yeni məmurların bu əməllərə bulaşmaması üçün isə gəlir deklorasiyasının qəbulu vacib məsələdir: “Bütün bu məsələlərin həll olunması üçün əsas iki sənədi qəbul etməliyik. Birincisi, mütləq gəlir deklorasiyası qəbul olunmalıdır. Bu haqda qanun var və sadəcə, Nazirlər Kabinetinin normativ sənədi hazırlanmalıdır. Bu sənəd hazırlanmalıdır ki, ən azından yanvar ayının 1-dən ölkədə gəlir deklorasiyası tətbiq olunsun. İkincisi, ən ciddi sənədlərdən biri ölkədə maliyyə amnistiyası olmalıdır. Maliyyə amnistiyası olmasa, yenmə də bu vəsaitin xaricdə saxlanılması, xaricdə müəyyən əmlakların alınması və sair kimi hadisələr davam edəcək. İnsanlar vəzifədə işlədikləri zaman müəyyən sərvətlər əldə ediblər ki, artıq bunun qanuni, yoxsa qeyri-qanuni olması ikinci məsələdir. Əsas məsələ o vəsaitlərin Azərbaycana gətirilməsidir və həmin şəxslərə şərait yaradılmalıdır. Onlara demək lazımdır ki, sizə maliyyə amnistiyası veririk, lakin o maliyyə yalnız Azərbaycanda investisiya şəklində və ya digər sahələrdə istifadə oluna bilər. Yalnız terrorizmdə, narkobiznesdə və bu kimi qapalı sahələrdə istifadə edilə bilməz. Bu baxımdan maliyyə amnistiyası haqqında da qanun qəbul olunmalıdır”.
Xəbərin oxunma sayı : 1183
Siyasət
Xəbərlər
-
Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir? - VİDEO
-
Bağçalara qəbul başlayır - Proses necə keçiriləcək?
-
Abortla bağlı yeni qanun qəbul edilə bilər - VİDEO
-
Qərb Ukraynaya silah tədarükünü bərpa edib - Zelenski
-
Xocalı girovlarının ifadələri: Dəhşətli faktlar ortaya çıxdı
-
Mingəçevir sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq
-
“Yadıma düşmür ki, nəvaxtsa mən onu söyüm...“ - Zülfüqarov Məmmədyarova cavab verdi
-
Kolumbiya üsyançılarının sayı artır - hökumət narahatdır
-
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
-
“Azəriqaz”da absurd təyinat…- Nəqliyyat mühəndisi maliyyə sektorunda
-
15 mini icra başçısının sürücüsünə vermək adı ilə aldı - Sahibkarın başına iş gəldi
-
Baş prokuror Nərimanovda vətəndaşları qəbul etdi - Fotolar
-
“Qaçqınkom“un tenderi şübhələr yaratdı: “SS-İnşaat“ kimindir?
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı - Müzakirə
-
Natiq Cəfərli quru sərhədlərinin bağlı qalmasını tənqid etdi - “Belə də iş olar?!”
-
“Stomatoloq.Mehemmed” necə pasiyentləri implant edir? - Araşdırma
-
Dövlət Miqrasiya Xidməti əməkdaşlarının geyim forması dəyişdi - Fərman
-
Biləcəridə şəhid ailəsinin evini dağıtdılar - FOTOLAR
-
Serftifikasiyadan kəsildi, məktəbə texniki işçi kimi düzəlmək istədi - Dələduzluğun qurbanı oldu
-
Pekin düşmənlərinə qarşı “kiber-arılar“ yaradır - SENSASİNON DETALLAR
-
Əhalinin banklardakı əmanətləri 15 milyard manatı keçib - Statistika
-
Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırıldı - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Nikahların sayı artıb, boşanmalar azalıb - Doğulanların və ölənlərin sayı isə...
-
Mənzil qiymətləri niyə sürətlə artır? - Bazara təsir edən amillər
-
Dənizçi pasportu almaq istəyən 181 nəfəri belə aldadıblar - DƏLƏDUZLUQ İŞİ
-
“Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır“ - “Financial Times“
-
Növbəti dörd gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq - XƏBƏRDARLIQ
-
“Veysəloğlu“ Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu - FOTOLAR
-
Sosial yardım məbləğində artımlar olacaq? - Deputat
-
PKK silahları təhvil verməyə başladı - FOTOLAR/VİDEO
-
Xocalıda girov götürülmüş qadın: Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı
-
Bosniyalı müsəlmanların qətli - Srebrenitsa soyqırımından 30 il ötür
-
Azərbaycanda orta aylıq əmək haqqı 9 % artıb - Rəsmi
-
Prezident daha bir fərman imzalayıb - Şübhəli əməliyyatlarla bağlı
-
Lisey və gimnaziyalara qəbul - 200 şagirdin nəticəsinin əlavə araşdırılmasına zərurət yaranıb
-
“Yaşayış minimumu haqqında” qanun dəyişib - Fərman
-
Magistraturanı bitirənlər bu qədər maaş alacaq - SİYAHI
-
“Bakinski raboçi”, “Respublika” və “Xalq qəzeti”... - Prezident bu nəşrlərlə bağlı fərman verdi
-
İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi - FOTO
-
Pakistanda avtobusa silahlı hücum olub - 9 nəfər öldürülüb
-
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
-
Bakıda dəfn mərasimində DƏHŞƏT: Oraqla qardaşının BAŞINI KƏSDİ
-
20 avtobus marşrutu müsabiqəyə çıxarılır - SİYAHI
-
Köhnədir, oturacaqları sınıqdır - 50 nömrəli avtobusdan ŞİKAYƏT
-
Bakı zənginlərinin qumar oynadığı məkan: “Ağ klub“un aqibəti necə oldu? (VİDEO)
-
ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər - Tramp
-
Sumqayıtda əliliyi olan şəxslər üçün quraşdırılan panduslar yarımçıq qaldı - VİDEO
-
İsrail yaxın vaxtlarda bir neçə ərəb dövləti ilə sülh sazişi imzalaya bilər - Netanyahu
-
Azərbaycan 103 ölkəyə ixrac, 153 ölkədən idxal edib - Statistika
-
Bazarlarda satılan şaftalıların üzərinə boya vurulur? - VİDEO
-
Azərbaycanda əhalinin yanacaq xərclərinin nə ilə bağlıdır? - VİDEO
-
“Ciyər axşamı”ndakı qanlı davanın səbəbi bilindi - Məclis sahibi də etiraz edib
-
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
-
Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - Valideynlər danışdı
-
Metroda ən çox sərnişin bu stansiyalardan istifadə edir - SİYAHI
-
“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi
-
Bakının ən bahalı və ucuz mənzilləri - Sotu 350 min AZN olan torpaq sahəsi
-
Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi
-
Romada Ukrayna toplantısı: Zelenski Marşall Planı təklif edir
-
“Dedi ki, qardaşı Kürdəxanıda rəisdir” - Restoranda ağlayan qadın aldadılıb
-
Fərid Əhmədov pakistanlı həmkarı ilə görüşdü - Fotolar
-
Bu imtahanın keçirilmə qaydaları dəyişdirildi - Keçid balı artırılıb
-
Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb - Fotolar
-
DİN-də kollegiya iclası: Vilayət Eyvazov yeni tələblər qoydu - FOTO
-
Ən çox şikayət edilən sığorta şirkətlərinin - Siyahısı
-
Lavrov və Rubio arasında görüş olub - Nə müzakirə edilib?
-
Bakı metrosunda ən çox hansı stansiyadan istifadə edilir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Nar” tədbirdə rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - Fotolar
-
Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat
-
Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir? - Vergidən yayınma……
-
İlham Əliyevlə Paşinyan nələri müzakirə ediblər? - Rəsmi açıqlama
-
Cərrah Elçin Bayramov qonşularına təzyiq göstərir - “Heç kimdən qorxmuram...“
-
Azərbaycan kənd təsərrüfatında fəlakət göstəriciləri: Əkin sahələrinin zərəri 90% artdı
-
İşdən çıxarılan məktəb direktorlarının 20 faizi vəzifəsinə bərpa olunub - Nazir
-
Özünü “vəkil“ kimi təqdim edən Səbiyyə Panəliyevanın dələduzluğu davam edir - ŞİKAYƏT
-
Azərbaycanla Ermənistan bu məsələlərdə razılığa gəldi - Görüşün nəticələri
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Xocalıda yaralanan şəxs: Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım isə...
-
Generalın nömrəsini axtaran müəllimin başına oyun açdılar - DƏLƏDUZLUQ İŞİ
-
İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüş başa çatdı - FOTO
-
“Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək“ - Peskov
-
Miras üstündə mübahisələrə son qoyulur? - Qanun dəyişdi, qaydalar yeniləndi
-
“Polisləri görüb qışqırmağa başladım” - Qız qaçıran 3 nəfər niyə azadlığa buraxıldı?
-
Bahalaşan və ucuzlaşan məhsullar açıqlandı - SİYAHI
-
“Atlant” sahibi ilə kürəkəni məhkəmədə üz-üzə - 14 milyon kimin cibindədir?
-
“Təxminən 20 min uşaq bağçadan kənarda qalacaq“ - Nazir
-
Zelenskidən Rusiyaya xəbərdarlıq: “Sərt reaksiya olacaq!”
-
I və IV ixtisas qrupları üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
-
Arvadını öldürmək istəmişdi - 15 il həbs verildi
-
Məhbus ailələrinin Tolikə qarşı şikayətinə baxılır - Məhkəmə qapalı keçirilir
-
Trampdan daha bir qalmaqallı qərar - Braziliyaya 50% rüsum tətbiq etdi
-
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - Rəsmi cavab
-
Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bağ evi almaq müşkülə çevrilib: Hansı ərazilərdə qiymətlər od tutub yanır?
-
Yol polisindən yağışlı hava ilə bağlı - Müraciət
-
Bakıda iş adamının 2 villasını soydular - Yarım milyon manat oğurlandı
-
Kredit borcu olanların NƏZƏRİNƏ - Manatın məzənnəsi dəyişərsə...
-
Ağdərədə mina partladı - Xəsarət alan var
-
İlham Əliyevlə Paşinyanın görüşü başladı - FOTO/VİDEO
-
Fahreddin Altun vəzifəsindən azad edildi - Yeni TƏYİNAT
-
Direktor və müavinlər... - Daha bir kollecdə yeni təyinatlar olub
-
Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU
-
Böyük Britaniya və Fransa bəyannamə imzalayacaq - Nüvə sahəsində
-
Klublararası Dünya Çempionatı: PSJ "Real"ı darmadağın edərək finala çıxdı
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
TOP 10
ARXİV