Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

“Yeni yatağın ehtiyatları illik neft hasilatından 60% çoxdur” – Ekspert

Tarix 20.03.20, 16:53

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, ötən gün yayılan məlumata görə, SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, ilkin neft ehtiyatları 60 mln. tondan çox qiymətləndirilən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər.

Bəs bu yataq ölkənin neft-qaz sənayesinə hansı töhfələri verəcək?

Energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə bu yatağın neft-qaz hasilatının və gəlirlərinin artırılması, yerli şirkətin, həmçinin yüksəkixtisaslı kadrların cəlbi baxımından əhəmiyyətini qeyd edib:

“Bildiyiniz kimi, “Qarabağ” yatağı Azərbaycanın müstəqillik dövründə kəşf olunmuş ilk neft yatağıdır. Ona görə də bu hadisə həm Azərbaycanın neft sənayesi baxımından, həm də iqtisadi-inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Neft sənayesi nöqteyi-nəzərindən dəyərləndirəndə bu gün ölkənin əsas strategiyalarından biri neft hasilatınn nisbətən stabil saxlanılması, qaz hasilatının isə artırılmasıdır. Bildiyiniz kimi Azərbaycanın neft yataqlarının böyük əksəriyyəti Sovet dövründən istismarda olan yataqlardır. Bu yataqların bir çoxu uzun müddət istismarda olduğuna görə artıq yaşlı yataqlardır. Yataqlar yaşlandıqca neftvermə əmsalında təbii yolla müəyyən qədər azalmalar baş verə bilir. Buna baxmayaraq son dövrlərdə həm qabaqcıl texnologiyaların tətbiqi, rəqəmsal texnologiyalardan istifadə, eyni zamanda insan kapitalının inkişafı nəticəsində neft hasilatının nisbətən stabil saxlanılmasına nail ola bilmişik”. (report)




Xəbərin oxunma sayı : 703




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap