Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Yer üzündə Putinin də qorxduğu bir adam var“ - “Die Welt”

Tarix 26.06.19, 21:11

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-la ticarət müharibəsi Çinin Rusiyaya olan məhəbbətini yenidən alovlandırıb.

"Lakin artıq onların bərabər partnyor olduğunu söyləmək mümkün deyil. Hazırda asiyalılar rusları gücünə görə qat-qat üstələyirlər. İndi rus xalqı içində əsrlərdən bu yana qalan qorxu hökm sürür”,-deyə Almaniyanın "Die Welt” qəzeti yazır.

Müəllif Eduard Ştayner iki ölkə arasındakı iqtisadi əməkdaşlığın dinamikasının ildən ilə artdığını bildirir: "Çinin Rusiyanın ticarət dövriyyəsindəki payı son 5 ildə iki dəfə artıb və artıq Pekin Almaniyanı liderlikdən sıxışdırıb çıxarmağı bacarıb.Hazırda iki ölkə arasındakı ümumi ticarət həcmi 108 milyar dollar təşkil edir”.

E.Ştayner hələ 2004-cü ildən başlayaraq Asiyanın iki ən böyük dövləti arasındakı iqtisadi münasibətlərin gücləndiyinə diqqət çəkir. 

Həmin il Çin Rusiyadan aldığı 48,6 milyon ton neftə görə Rusiyaya 6 milyard dollar pul ödəmişdi. 2014-cü ildə Krımın işğalı ilə əlaqədar Qərbin Rusiyaya sanksiyalar təklif etməsindən Çin məharətlə yararlanıb və ümumi məbləği 400 milyard dollar olan 30 illik qaz müqaviləsi imzalayıb. 

"Artıq Çinin ABŞ-la ticarət mübahisəsində Moskva ilə birlikdə vahid düşməni var,”-deyə məqalədə qeyd olunur.

Müəllifin yazdığına əsasən, Rusiya Qərbi potensial investor kim itirdikdən sonra Çinə daha çox ehtiyac hiss eləməyə başlaması Pekini əlinə yaxşı fürsət verib. Çin indi şimal qonşusu ilə danışıqlarda iqtisadi maraqlarını maksimum şəkildə təmin etdirməklə bərabər, müzakirələrdə sərt mövqe sərgiləməkdən çəkinmir və istədiyi bütün yağlı tikələri qopara bilir.

"Rusiya xalqı isə qonşusuna hələ də güvənmir və şübhə ilə yanaşır. Əsas qorxulardan biri milyonlarla çinlinin Rusiyanın şərqindəki torpaqları ələ keçirməsi ilə bağlıdır. Bu qorxunun kökləri 1237-1480-cı illərdə ölkədə hakim olmuş monqol-tatar zülmünə gedib çıxır”,-deyə yazıda göstərilib.

E.Ştayner Rusiya rəhbərliyinin Çinlə münasibətlərində bir detalın gözdən qaçmadığını ifadə edir. 

"Çin prezidenti Vladimir Putinin ələ salaraq zarafatlaşmadığı yeganə ölkə lideridir. Çünki Putin bilir ki Si Tzinpin təhqirə göz yuman adam deyil. Bunu Moskva və Pekinin diplomatları da təsdiqləyirlər. Üstəlik Qərb rəhbərləri ilə görüşə hər zaman gecikən və onları ən az 1 saat gözləməyə məcbur edən Kreml sahibi çinli həmkarı ilə bütün görüşlərə vaxtında gəlir. Əgər Putin də ondan bu qədər qorxursa o zaman Tanrı bizi qorusun”, deyə məqalənin sonunda yazılıb. (musavat.com)



Xəbərin oxunma sayı : 235




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap