Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Yol yenidən qurulur, amma işıq dirəkləri quraşdırılmır”

Tarix 24.04.18, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


Masallı sakini problem ictimailəşdirməklə məsələnin həll oluncağına ümid edir

“Masallı rayonunun yerli əhəmiyyətli avtomobil yolsuzluğu problemi 20 ilə yaxın idi ki, öz həllini tapmırdı. Nəhayət bu ilin fevral ayından etibarən yol əsaslı şəkildə yenidən qurulmağa başlayıb”.

Bunu “Bizim Yol” Masallı rayonunun Hişkədərə kəndinin sakini Əfqan Əliyev bildirib.
“Onu da qeyd edim ki, yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Tikinti işlərinin isə tam olaraq yaxın aylarda yekunlaşdırılması nəzərdə tutulub”,-deyə Ə.Əliyev bildirib.
O, yolun yenidən qurulması ilə yanaşı yolun işıqlandırma sisteminin quraşdırılmasının arzuolunan olduğunu qeyd edib. Ə.Əliyev bu problemi ictimailəşdirməklə məsələnin həll olunacağına ümid edir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən Masallı rayonunun yerli əhəmiyyətli avtomobil yollarının tikintisinin, yenidən qurulmasının, əsaslı təmirinin və körpülərin tikintisinin davam etdirilməsi, o cümlədən Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Səmidxan-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yollarının yenidən qurulması nəzərdə tutulub. Bu tədbiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və yerli icra hakimiyyətdi icra etməlidi.
Qeyd edək ki, Masallı rayonunda 32 min əhalinin yaşadığı kəndlərin, ümumi uzunluğu 24,7 kilometr olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin və Birinci Səmədxanlı-Xallıcalı-Əminli-Məmmədxanlı avtomobil yolları yenidən qurulur.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap