Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Yola vermək” dövrü çoxdan arxada qalıb…” – Dövlət xidmətinin rəisi

Tarix 19.05.18, 20:18

Font ölçüsü : - / +
bitmap-img6


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində “Azərbaycan ərazisində mövcud fitosanitar vəziyyət və bitki mühafizəsi sahəsində innovativ idarəetmənin tətbiqi” mövzusunda ümumrespublika müşavirəsi keçirilib.

“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə Dövlət Xidmətinin rəisi Camal Quliyev açıb.

O, çıxışında işçilərinə maksimum dərəcədə fermerlərə yaxın olmağı tövsiyə edib: “Biz fermerlərin yanındayıq, lakin bəzən rayon daxilində məsələlərə müdaxilə edə bilmirik. Son nəticədə dövlət xidməti haqqında mənfi rəy formalaşıb. Rayon şöbələri bu istiqamətdə fəal olmalıdırlar. Bütün proseslərdən kənarda qalmaq, “yola vermək” dövrü çoxdan arxada qalıb. Şöbələr baş verənləri mətbuatdan öncə bilməlidirlər”.

Bundan başqa, C.Quliyevin sözlərinə görə, Azərbaycanda fitosanitar nəzarətinin elektronlaşdırılması, xüsusi proqram təminatının tətbiqi planlaşdırılır. O, bitki mühafizəsi tədbirlərinin çevikliyini, obyektivliyini və etibarlılığını təmin etmək məqsədilə əsas kənd təsərrüfatı bitkiləri üçün zərərli orqanizmə qarşı mübarizə tədbirlərinin vaxtının və həcminin müəyyənləşdirilməsi, məlumat və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi ilə bağlı daxili kommunikasiya sistemlərinin inkişaf etdirilməsi məsələləri barədə müvafiq tapşırıqlar verib, işə həvəssiz yanaşma hallarının qarşısının alınmasınının vacibliyini vurğulayıb.



Xəbərin oxunma sayı : 286




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap