Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Yoxsa bu da köçkünlərin alın yazısıdır?“ - Telejurnalistdən İmamverdi İsmayılovla bağlı sərt suallar

Tarix 19.02.20, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


"Bu suallara cavab tapmaq istəyən 54 min seçici var. Zəngilan-Qubadlı camaatının 25 ildən artıqdır ki, deputatı olmuş İmamverdi İsmayılov hansı üstünlüyünə görə bu dəfə də deputat olmalıdır?".

AzFakt.com xəbər verir ki, bu sözləri 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd, telejurnalist Afət Telmanqızı deyib.

Jurnalist daha sonra belə davam edib: "Seçici İmamverdi İsmayılovu sevir? Yox. Seçici ona inanır? Yox. 25 ildə bir dəfə də olsun məcburi köçkün seçisi ilə maraqlanıb? Yox. Onun sözünü deyib? Yox. Parlamentdə onun səsini eşidən olub? Yox. Hansısa təklifini eşidən olub? Yox. Fəal deputatdır? Yox. Dövlətçilik üçün fəaliyyəti olub? Yox.( Əksinə 54 min seçiçini narazı salıb. Sadəcə biznesini genişləndirib) Cavandır? O da yox. Bəlkə YAP-çı olduğu üçün? O da yox. YAP-ın o qədər istedadlı, dövlətçilik mənafeyini qoruyan gəncləri var ki...

Uzun illər məni bu sual da düşündürdü. Axı niyə bizdə Vahid Əhmədov, Qənirə Paşayeva, Zahid Oruc, Fazil Mustafa kimi deputat olmadı? Torpağına həsrət qalmış Zəngilan- Qubadlı camaatı onun səsi olan deputata da 25 ildir həsrət qaldı. Yoxsa bu da köçkünlərin alın yazısıdır? Bu yazını pozmaq isə o qədər çətin deyil...". (mia.az)



Xəbərin oxunma sayı : 2158




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap