Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İyulda itkin düşənlərin meyitləri minalanmış ərazidən niyə çıxarılmır? - DİN-dən açıqlama

Tarix 28.09.21, 15:14

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonu ərazisində minaya düşərək həlak olduqları məlum olan 11 və 21 yaşlı Daşkəsən sakinlərinin meyitlərinin minalanmış ərazidən götürülməsinin yubanması ilə bağlı məsələyə aydınlıq gətirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən şəxslərə aid sübutlar aşkar edilən gündən polis əməkdaşları əraziyə ezam olunublar. Bir neçə gündür ərazidə hava şəraitinin əlverişsiz olması işlərin aparılmasına problem yaradıb: "Artıq günlərdir ki, ərazini qatı qar örtüb. Buna görə də Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları ərazidə təmizləmə işləri apara bilməyib".

DİN rəsmisi qeyd edib ki, qarla örtülmüş ərazini təmizləməklə bağlı istehkam qrupunun göndərilməsi üçün Müdafiə Nazirliyinə müraciət edilib:

"Təmizləmə işləri aparıldıqdan dərhal sonra polis və prokurorluq əməkdaşları həmin yerə daxil olaraq cəsədləri götürüb aidiyyəti üzrə təhvil verəcəklər".

Qeyd edək ki, Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib, bir daha geri qayıtmayıblar. Rayon Polis Şöbəsi və Müdafiə Nazirliyi əməkdaşlarının axtarışları nəticəsində sentyabrın 24-də Göygöl rayonunda minalanmış ərazidə itkin düşən şəxslərə aid gödəkcə, ayaqqabı və atın sümükləri aşkar edilib.



Xəbərin oxunma sayı : 355




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap