“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

İyunda Milli Məclisin növbədənkənar iclasları olacaq, sonra... – Deputat Erkin Qədirlidən açıqlama

Tarix 31.05.24, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 31-də spiker Sahibə Qafarova Milli Məclisin yaz sessiyasının yekun iclasında parlamentin növbədənkənar sessiyasının keçiriləcəyini bildirib. Onun sözlərinə görə, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib. Növbədənkənar sessiya iyunda keçiriləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclis sədri prezidentin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

Bəzi təhlilçilər hesab edirdilər ki, beş il əvvəl olduğu kimi, parlament yenidən özünü buraxacaq. Məqsəd payızda gözlənən parlament seçkilərini bir neçə ay əvvələ çəkməkdir.

Milli Məclisin deputatı Erkin Qədirli "Turan"a bildirib ki, növbədənkənar sessiyasının çağırılması hər il baş verir və bu il də istisna olmadı: "Bu, dövlət büdcəsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi ilə əlaqədardır. Bu gün layihə birinci oxunuşdan keçib, amma daha iki oxunuş ilə bağlı müzakirələr keçirilməlidir. Eyni zamanda, bir neçə qanun layihəsi var ki, onların da ikinci və üçüncü oxunuşda qəbul edilməsi qalıb".

Növbədənkənar seçkilərə görə parlamentin çağırılması barədə versiyaya gəlincə, deputat xatırladıb ki, bununla bağlı rəsmi məlumat yoxdur.

2019-cu ilin sonunda parlament hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə özünü vaxtından əvvəl buraxmışdı. Az sonra 2020-ci ilin fevralında, vaxtından təqribən altı ay əvvəl ölkədə növbədənkənar parlament seçkiləri keçirilmişdi.



Xəbərin oxunma sayı : 2044




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap