“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Özünü qul adlandıran keçmiş nazir müavininin oğlunun rəhbərlik etdiyi şirkətlərin adları açıqlandı – FOTO

Tarix 04.12.21, 15:13

Font ölçüsü : - / +
bitmap-img6


"Mən ömrümün sonunadək Prezidentimizin quluyam" deyən keçmiş nazir müavini İsmayıl İsmayılov əslində Kəmaləddin Heydərovun müasir politoloji dildə desək, kadrıdır. İsmayıl İsmayılovun oğlu Elvin İsmayilov Heydərovlara məxsus biznes şəbəkəsinin idarəçiliyində yaxından iştirak edir.

AzFakt.com-un xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O, əvvəllər "QƏBƏLƏ ATICILIQ KLUBU" MMC-yə rəhbərlik edib. Hazırda Gilan Holdinqə daxil olan "GİLAN İNŞAAT" MMC-nin qanuni təmsilçisi kimi çıxış edir, "QƏBƏLƏ SPORT STORE" MMC-yə rəhbərlik edir.

"QƏBƏLƏ SPORT STORE" idman ləvazimatlarının, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşıb.

İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi daha bir şirkət "CORE CONSTRUCTİON" (keçmiş “Gilan Construction Group”) Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət Heydərovların biznesində yeni şəbəkə hesab oluna bilər.

"CORE CONSTRUCTİON" yaxın dövrdə Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus Avropa-Azərbaycan Məktəbini inşa edib. “Avropa Azərbaycan Məktəbi” təhsil kompleksi” məhdud məsuliyyətli cəmiyyəti 2011-ci ildə Francesco Banchini adlı əcnəbi vətəndaşın adına rəsmi qeydiyyatdan keçirilib. "Core Construction”" həmçinin Bakıdakı City Tower binasının təmiri, AFB Bankın baş ofisinin, Ağdaş biyan zavodunun tikintisini həyata keçirib.








Xəbərin oxunma sayı : 892




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap