Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Öz qonşularının tanımadığı prezident - Venesuela ikinci Kubaya çevrilə bilərmi...

Tarix 12.01.19, 0:46

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verildiyi kimi, Venesuelada keçirilən seçkilərdə qalib gəldiyini elan edən prezident Nikolas Maduro dünən növbəti altı illik hakimiyyəti üçün andiçmə mərasimi keçirib.

Translyasiya hətta “Tvitter”dən canlı yayımlanıb.

N.Maduro onu prezident olaraq qəbul etməyən parlamentdə deyil, Ali Məhkəmədə and içib.

İnauqurasiyada Amerika qitəsindən sadəcə Boliviya, Kuba, Nikaraqua, Salvador və Gürcüstanın işğal olunmuş torpaqlarında Rusiya tərəfindən yaradılan oyuncaq “Cənubi Osetiya Respublikası”nın “prezidenti” iştirak edib. Rusiyanın özünü Federasiya Şurasının sədri İlyas Umaxanov təmsil edib.

Lakin Maduronun legitimliyi dünyanın azad və demokratik sayılan ölkələri tərəfindən qəbul edilmir. Bununla bağlı “Lima qrupu” deyilən Latın Amerikası ölkələri xüsusi bəyanat veriblər. Bu qrupa qitənin ABŞ-dan sonra ən qüdrətli dövlətləri, o cümlədən Braziliya, Argentina, Kanada, Kolumbiya, Paraqvay, Çili , Honduras və s. daxildir.

Amerika Dövlətləri Təşkilatı da Maduronu prezident kimi tanımayıb. Qurumun daimi şurası Nikolas Maduronun legitimlik məsələsi ilə razılaşmadığını açıqlayıb.

Paraqvay dövləti Venesuela ilə diplomatik münasibətlərini kəsib. Kolumbiyanın vitse-prezidenti Marta Lusiya Ramirez isə ölkənin “Noticias Caracol” qəzetinə verdiyi müsahibədə hətta Venesuelanı Kolumbiyanın milli təhlükəsizliyi üüçn böyük təhdid adlandırıb.

Vitse-prezident “Tvitter” hesabında bütün dünyanı “Venesuelanın diktatoruluğundan çıxması və demokratiyanın bərpası üçün Tanrıya yalvarmağa” çağırıb.

ABŞ isə inauqurasiyanı hakimiyyətin qəsbi prosesinin davamı adlandıraraq, korrupsiyada, insan haqlarının kütləvi şəkildə pozulmasında və demokratiyanın məhvində iştirak edən bütün hökumət üzvlərinə qarşı sərt sanksiyalar tətbiq edib.

Musavat.com



Xəbərin oxunma sayı : 148




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap