![]() |
|














“Zakir Qaralov prokurorluğu “Akkord”un ofisinə çevirmişdi” – Aslan İsmayılov
Tarix 30.04.20, 17:52 |
|

20 ildir Azərbaycanın Baş prokuroru vəzifəsində çalışan Zakir Qaralovun yola salınması gündəmin əsas müzakirə mövzusudur. Cənab Qaralovun fəaliyyəti, Baş prokuror postuna yeni namizəd Kamran Əliyevin prokurorluq sisteminə yeni nəfəs verə bilib-bilməyəcəyi barədə müxtəlif platformalarda diskurslar aparılır.
AzFakt.com xəbər verir ki, Yenisabah.az saytı da mövzunun aktuallığını nəzərə alaraq bu barədə tanınmış hüquqşünas Aslan İsmayılovla söhbətləşib.
- Aslan bəy, Zakir Qaralov nəhayət yola salınır. Bu qərarı necə qarşıladınız?
- Açığı Zakir Qaralovun əvəzlənməsi bir qədər gecikmiş qərardır. Bununla belə, hesab edirəm ki, doğru və müsbət addımdır. Çünki Zakir Qaralovun Baş prokuror təyin edilməsindən sonra prokurorluğun nüfuzuna ciddi zərbə dəyib. O, faktiki olaraq Baş prokuror kimi vəzifəsinin öhdəsindən gələ bilməyib. Daha çox öz biznesi ilə məşğul olub. Onun Baş prokuror olduğu dövrdə Respublika Prokurorluğu “Akkord” şirkətinin ofisi kimi fəaliyyət göstərib.
- Zakir Qaralovu daim tənqid etdiyinizi bilirik. Amma deyəsən, Baş Prokurorluğun “Akkord” şirkətinin ofisi kimi fəaliyyət göstərməsi bir qədər şişirtmə oldu.
- Heç bir şişirtmə yoxdur və mən bunu havadan demirəm. Bəli, mən həmişə Zakir Qaralovu tənqid etmişəm. Dəfələrlər onun qanunsuz əməlləri barədə sosial şəbəkələrdə, mediada çıxışlar etmişəm.
- Amma bu tənqidlərin şəxsi intriqadan qaynaqlandığı barədə iddialar var...
- Xeyr. Mənim Zakir Qaralovla şəxsi planda heç bir problemim yoxdur. Mən də prokurorluq işçisi olmuşam. Bu sistemə bələdəm. Həmişə də təcrübəmdən çıxış edərək Zakir Qaralovu tənqid etmişəm. Bildirmişəm ki, o bu vəzifəyə layiq deyil. Bir hadisə isə mənim ona tənqidi münasibətimi daha da tündləşdirdi. “Akkord” məsələsini də elə bu hadisəni araşdırarkən öyrəndim.
- Söhbət hansı hadisədən gedir?
- Təxminən 10 il əvvəl “Yeni Müsavat” qəzetində oxudum ki, o zaman nəqliyyat nazri olan Ziya Məmmədovun qoçuları Dəvəçidə “KaMAZ” markalı yük maşınının Mehman adlı sürücüsünü döyüblər. Bu azmış kimi Mehmanı tutdurublar. Guya o, nəqliyyat qoçularına fiziki zor tətbiq edib. Yazını oxuyandan sonra müəlliflə əlaqə saxladım və ondan xahiş etdim ki, məni Mehmanın yaxınları ilə calaşdırsın. Bir neçə gün sonra Mehmanın həyat yoldaşı və səhv etmirəmsə, qardaşı yanıma gəldi. Baş verənləri danışdılar, Mehmanın döyülməsini əks etdirən videonu göstərdilər və s. Mən də müqavilə bağlayıb Şüvəlanda yerləşən təcridxanaya gedərək Mehmanla görüşdüm. Çox fağır bir adam idi. İstəyi də bu idi ki, ona həbsdən çıxmağa kömək edim. Deyirdi ki, buradan çıxım, heç kimdən şikayət etməyəcəm. Mən onunla şərt kəsdim ki, sənə kömək edəcəm, amma şikayət davam etməlidir. Çünki Ziya Məmmədovun ölkəni taladığını bilirdim.
Bundan sonra prokuroluqda çalışan yüksək vəzifəli, general rütbəli bir nəfərlə görüşdüm. Açığı düşünürdüm ki, Zakir Qaralovun bu olaydan xəbəri yoxdur. Onu nə qədər tənqid etsəm də, belə bi hadisədən xəbəri ola-ola tədbir görməməsinə inanmırdım. Tam səmimi deyirəm. Nə isə həmin şəxsə dedim ki, bəs bu hadisəni Zakir Qaralova məruzə eləsin. Bilirsiz mənə nə dedi?
- Desəniz biləcəyik...
- Dedi ki, sən nə danışırsan, Zakir Qaralovun qəbuluna düşmək olur, məgər?! Onun kabinetində hər gün “Akkord”un iclası gedir. Yəni, bu adam yalnız öz biznesilə məşğul olub. Bütün işləri tapşırıb tabeliyində olan şəxslərə. Mən bu fakta görə deyirəm ki, Baş Prokurorluq “Akkord” şirkətinin ofisi kimi fəaliyyət göstərib.
- Bəs Zakir Qaralovun bu məsələdən xəbəri olub-olmaması məsələsi nə yerdə qaldı?
- Sonradan mənə məlum oldu ki, Mehmanın həbsini Ziya Məmmədov şəxsən Zakir Qaralovdan xahiş edib. Bax bu olaydan sonra ona münasibətim daha da sərtləşdi.
Bir məqamı da qeyd edim ki, mən təkcə Zakir Qaralovun gedişi ilə prokuroluq sisteminin düzələcəyinə inanmıram. Çünki orada başda Zakir Qaralov olmaqla bir komanda formalaşıb. Onların hamısının məmur-oliqarxlarla alış-verişi var. Ona görə də fəaliyyətləri icraçılıqdan o yana keçmir. Bu komanda dəyişməlidir. Bir fakt deyim. Hələ kriminalist Rövşən Əliyev qətlə yetiriləndə prokurorluğun mühüm işlər üzrə müstəntiqələrindən biri yanıma gəldi. Onun adını heç vaxt açıqlamayacam, sizdən də xahiş edirəm ki, bunu məndən soruşmayın. Həmin müstəntiq mənə dedi ki, ciddi problemlə üzləşib. Soruşdum ki, nə məsələdir? Dedi ki, Rəna Nəsibova adlı bir xanımı tanıyır. Həmin xanım ona deyib ki, çeçen əsilli bir şəxslə yaşayır. Bir gün bu çeçen içkili vəziyyətdə Rəna Nəsibovanın evinə gəlib və lovğalanaraq deyib ki, biz Azərbaycanda kimi istəsək öldürə bilərik. Sonra da törətdikləri qətllər haqqında danışıb. Burada Rövşən Əliyevin qətlindən də söhbət gedib. Mənim yanıma gələn müstəntiq Rəna Nəsibovanı Rüstəm Usubovun yanına aparıb. Rüstəm Usubov həmin vaxt Daxili İşlər Nazirliyinə nəzarət idarəsinin rəisi vəzifəsində çalışıb. Rəna Nəsibova müstəntiqə danışdıqlarının hamısını Rüstəm Usubova danışıb. O da öz növbəsində həmin vaxt Baş prokurorun birinci müavini olan Ramiz Rzayevə zəng vuraraq onun qəbuluna gəlmək istədiyini, ciddi bir məsələnin olduğunu deyib. Müstəntiq olan dostum Ramiz Rzayevlə görüşdə iştirak etməyib. Bununla belə, aydındır ki, Rəna Nəsibova orada da bildiklərini danışıb. Dostum dedi ki, bundan 2 ya 3 gün sonra Rəna Nəsibovanın “peredozirovka”dan öldüyünü eşidib. Dostum çox qorxurdu deyə, ona bildirdim ki, bu barədə heç kimə heç nə demə. Təhlükəni öz üzərimə götürdüm və bu barədə yazı yazdım. Daha sonra ANS-in “Nəzər Nöqtəsi” verilişində üstüörtülü şəkildə dedim ki, Rövşən Əliyevin qətli onun peşə fəaliyyətilə bağlıdır. Bundan bir neçə gün sonra isə çox yüksək vəzifə tutmuş və cəmiyyətdə kifayət qədər böyük nüfuzu olan bir şəxs zəng vurub mənimlə görüşmək istədiyini bildirdi. Onunla elə evimin yaxınlığında görüşdüm. Mənə dedi ki, təcili ölkəni tərk et, səni vurmaq istəyirlər.
Bütün bunları ona görə açıqlayıram ki, Zakir Qaralov və prokurorluqdakı komandanın fəaliyyəti barədə cəmiyyətdə daha dolğun təsəvvür yaransın. Bu adamları nəinki işdən çıxarmaq, hətta həbs etmək lazımdır.
- Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə idaərsinin rəisi Kamran Əliyevin bu posta namizədliyini necə dəyərləndirirsiniz?
- Kamran Əliyevi 30 ildir ki, tanıyıram. Baş prokuror postuna namizədlər arasında ən təmiz imicə malik, savadlı və peşəkar kadrdır. Amma inanmıram ki, o prokurorluğun simasını əhəmiyyətli dərəcədə dəyişə bilsin.
- Buna inanmamağınızın səbəbi nədir?
- Kamran Əliyev müstəqil qərar qəbul edəcək şəxs deyil. Yəni, ehtiyatlı adamdır. Məmur-oliqarx qrupu ona da imkan verməyəcək işləməyə.
- Hər halda Prezident ona etimad göstərib...
- Doğrudur, Prezident ona etimad göstərib. Amma bu etimadı doğrultmaq üçün ona kart-blanş verilməli, dəstək göstərilməlidir. Əks təqdirdə Kamran Əliyev müstəqil şəkildə mühüm qərarlar qəbul edə bilməyəcək. Yenə də deyirəm, onun savadına, dünyagörüşünə, təmizliyinə söz yoxdur. Hər halda mən indiyə qədər onun adının çirkli işlərdə hallandığını görməmişəm. Savadına gəlincə, uzun illərdir ki, beynəlxalq tədbirlərdə Azərbaycan prokurorluğunu məhz o təmsil eləyir.
- Amma bütün bunlara rəğmən onun namizədliyi sizi qane etmir?
- Təbii ki, digər namizədlərlə müqayisədə mən də ona üstünlük verərdim. Ən azından bayaq dediyim kimi təmiz reputasiyaya malikdir.
- Amma onunla bağlı tənqidlər də var. Məsələn, deyirlər ki, Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri kimi yalnız xırda çinovniklərin həbsilə kifayətlənib...
- Ona verilən səlahiyyət bu qədər olub. Kamran Əliyev Zakir Qaralov deyil. Əgər Zakir Qaralov və komandası məmur-oliqarxlarla əlbir olub qanunsuzluqlar törədibsə, Kamran Əliyev bu cür işlərin nə iştirakçısı, nə də icraçısı olub. Ümumiyyətlə, onun hakimiyyətdə ciddi dəstəyi olmayıb. Mənə hələ də onun namizədliyinin irəli sürülməsi təəccüblü gəlir. Çünki bu post uğrunda çox güclü fiqurlar mübarizə aparırdı. Kamran Əliyev onlara qalib gələ bilməzdi. İnanmıram ki, kimsə ona dəstək versin.
- Əgər ona heç bir dəstək verildiyinə inanmırsınızsa, o zaman düşünmək olarmı ki, bu, ölkə başçısının öz seçimidir?
- Ya belədir. Ya da hakimiyyətdəki islahatçı komandanın rolu olub. Mən həmişə demişəm, yenə də deyirəm ki, hakimiyyətdə belə bir komanda var və mümkündür Kamran Əliyevin namizədliyini Prezidentə onlar təqdim etsin.
Xəbərin oxunma sayı : 1063
Müsahibə
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV