Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Zəif omikron”un yaratdığı məsuliyyətsizlik– ARAŞDIRMA

Tarix 22.01.22, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


Dünya "omikron” ştammı ilə çalxalanır. Koronavirusun yeni variantı artıq Avropanı sərt karantinə aparır. Təəssüf ki, ölkəmizə də təşrif buyurması çox çəkmədi. Virus amansızdır, sürətlə yoluxdurur, lakin bizim ona münasibətimiz mülayimdir. Təəssüf ki, iki ildir dünyanı təsiri altına alan koronavirusun yeni variantına bu dəfə "xilaskar” kimi yanaşırıq. Düzdür, həkimlər virusun "delta”ya nisbətən daha təhlükəsiz olduğunu bildirir. Lakin onun sürətlə yayılması da artıq sübut olunub. Mütəxəssislər yenə də xilas yolu kimi peyvəndi, sosial məsafəni, tibbi maskaları və gigiyenik təmizliyi vacib hesab edir. Lakin əksəriyyətimiz qorunma yollarına deyil, "xəstəlik daha təhlükəsizdir”  iddiasına köklənir, "buster” dozadan imtina edir, qalib gəldiyimizə inanırıq. Peyvəndlənmənin statistikasına baxanda da bunu aydın görmək olur.

Bu barədə “Kaspi” qəzetinin hazırladığı məqalədə qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "omikron” variantını "yüngül” adlandırmaqdan çəkinməyə çağırıb və ölümcül olduğunu açıqlayıb. ÜST-ün rəhbəri Tedros Adhanom Ghebreyesus bu ştammla yoluxanların rekord sayda olmasının səhiyyə sistemini ciddi təzyiq altında qoyduğunu bildirib: "ABŞ-da 24 saat ərzində bir milyondan çox yoluxma qeydə alınıb.  BMT-nin səhiyyə agentliyi son bir həftədə qlobal halların sayının 71 faiz, Amerika qitəsində isə 100 faiz artdığını bəyan edib. Dünyada ağır yoluxma hallarının 90 faizi peyvənd olunmayanlarda müşahidə olunub”.

ÜST dünyaya açıqlayıb ki, "omikron” xüsusilə peyvənd olunmuşlarda, "delta” ilə müqayisədə daha təhlükəsiz görünsə də, bu, onun mülayim kateqoriyalara aid edilməsi demək deyil: "Əvvəlki variantlar kimi, "omikron” da insanların xəstəxanaya yerləşdirilməsinə səbəb olur, öldürür. Əslində, yoluxmaların dalğası o qədər böyük və sürətlidir ki, bütün dünyada sağlamlıq sistemlərini sıxışdırır. Ona görə də, qaydalara ciddi şəkildə riayət etmək lazımdır”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, "omikron” səhiyyə sistemində müvafiq infrastruktur hazırlığı görməyən və vaksinasiyanı uğurla apara bilməyən ölkələrdə yüklənməyə səbəb olur: "Burada səhiyyə sisteminin inkişafından daha çox vaksinasiyanın tempi mühüm əhəmiyyət kəsb edir. Biz artıq Avropa ölkələrində yoluxmanın sürətlə artmasını müşahidə edirik. İmmuniteti olmayan insan koronovirusun yeni mutasiya olunmuş ştammı ilə ünsiyyətdə olduqda yoluxur və sürətlə də digər insanlara yoluxdurur. Təbii ki, "buster” doza alan insanlarda yoluxmanın riski də bir qədər aşağı düşür. Yoluxduqda belə, xəstəliyi keçirmə sürəti nisbətən yüngül olduğuna görə xəstəxanada hospitalizasiyaya ehtiyac olmur və səhiyyə sistemi müvafiq olaraq yüklənmir”.

Millət vəkili vurğulayır ki, virusun ağır nəticələri ilə üzləşməmək üçün qorunma tədbirlərini gücləndirməliyik: "Hər birimiz qoruma tədbirlərinə ciddi şəkildə riayət etməli, "buster” doza ilə peyvəndlənməliyik. Hətta vaksin olunsaq belə, kütləvi toplaşma məkanından uzaq olmalı, tibbi maskalardan istifadə etməli və sayıqlığı daha da artırmalıyıq”.

Həkim Elvin Hüseynov deyir ki, "omikron”un "delta”ya nisbətən təhlükəsiz olması o demək deyil ki, ağırlaşmalara və ölümə səbəb olmur: "Omikron” variantının yoluxduruculuğu "delta”dan daha yüksəkdir. Çünki "omikron” yuxarı tənəffüs yollarında daha tez böyüyür, çoxalır. "Delta” variantı ilə müqayisədə yoluxma sayı maksimum həddə olsa da, xəstəxanaya müraciət edənlərin sayı azdır. Lakin bu o demək deyil ki, "omikron” variantı təhlükəsizdir və ağırlaşmalara səbəb olmur. Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, istər cavan və sağlam, istərsə də yaşlı və risk qrupuna aid olan insanlar "omikron”a yoluxur. Ağır gedişi olan, hətta ölən xəstələr də var”.

Həkim vurğulayır ki, indiki situasiyada  "pandemiyanın sonu gəlib”, "omikron” ağır xəstəliyə səbəb olmur” kimi fikirlər bildirmək və bütün tədbirlərə etinasız yanaşmaq təhlükəlidir: "Təəssüf ki, bu, demək olar ki, bütün dünyada müşahidə olunur. İndiki situasiyada, xüsusilə də, qış aylarında, insanların yuxarı tənəffüs yolu xəstəliklərinə daha həssas olduğu bir dönəmdə rahatlaşmağın fəsadları ağır ola bilər. Nəzərə almaq lazımdır ki, əhali təkcə gənc, sağlam, hərəkətli insanlardan deyil, yaşlı, xroniki xəstəliyi olan insanlardan da ibarətdir. Məhz həmin insanlarda istənilən orta ağırlıqlı xəstəlik ölümə gətirib çıxara bilər. Ona görə də, bütün mütəxəssislərin, həmçinin mənim də fikrim ondan ibarətdir ki, qoruyucu tədbirlərə eyni ciddiliklə davam edib, mümkün qədər intensiv şəkildə peyvəndlənmənin "buster” dozasından istifadə etmək lazımdır ki, bu dalğadan da az insan itkisi ilə çıxaq”.

Mütəxəssislər də vurğulayır ki, özümüzü, ətrafımızı, cəmiyyətimizi bu bəladan qorumağın yeganə yolu vaksinasiyadır. Atalarımız "ehtiyat igidin yaraşığıdır” deyiblər. Gəlin ehtiyatı əldən verməyək. İşığa ancaq belə çata bilərik.



Xəbərin oxunma sayı : 655




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap